Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-482/2025 28.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynova Nuranə Rafiq qızının katibliyi Tələbkar X5 Borclu iştirakı ilə, İcra sənədləri üzrə icraatda tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsinə dair Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalovun təqdimata açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İcra sənədləri üzrə icraatda tərəflər arasında bağlanmış barışıq sazişinə baxılmasına dair Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalov tədimat ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir.
2. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalov onu qeyd etmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5306/2023-006 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə Borclu 197450 manat məbləğində pul vəsaiti və 488 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədinin icrası zamanı Tələbkar etibarnamə ilə nüməyəndəsi ərizə ilə müraciət edərək Tələbkar Borclu ilə barışıq sazişi bağladıqlarını bildirərək barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət olumasını xahiş etmişdir. Odur ki, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq olunması haqqında təqdimata baxılmasını xahiş etmişdir.
Tərəflərin izahatı:
3. Məhkəmə iclasında iştirak edən Tələbkar öz izahatında qeyd etmişdir ki, borclu ilə aralarında barışıq sazişi mövcuddur və barışıq sazişinin bağlanması üçün heç bir təhdid və hədə-qorxuya məruz qalmamışdır. O barışıq sazişinin bütün bəndləri ilə razı olduğunu bildirmişdir.
4. Məhkəmə iclasında iştirak edən Borclu öz izahatında qeyd etmişdir ki, barışıq sazişini könüllü bağlamışdır. Barışıq sazişinin predmeti olan əmlak onun adına qeydiyyatdan keçmişdir və birgə nikah dövründə əldə edilmiş əmlakdır. O qeyd edilən əmlakla bağlı barışıq sazişinin bağlanmasına arvadının razılığının mövcud olduğunu, arvadının azərbaycan dilində başa düşdüyünü, notariat orqanında ona lazımi izah verildiyi qeyd etmişdir. Borclu barışıq sazişinin bütün bəndləri ilə razı olduğunu bildirmişdir.
5. Maraqlı şəxsə və Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən, təqdimata tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş sənədlər:
6. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, məhəllə 2942 A, ev 15, 1 saylı mənzil (Yeni qaydalarla: AZ 1121, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, giriş 117, M 2, m 1) xx.xx.2020-ci il tarixdə № ********** saylı qeydiyyat nömrəsi əsasında tam pay hüququ ilə X3 məxsusdur.
7. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(103)-5306/2023 saylı icra vərəqəsi.
8. xx.xx.2025-ci il tarixli Barışıq Sazişi.
9. xx.xx.2025-ci il tarixli, № 8İ-861 reyestr nömrəli ərizəyə əsasən X7 Borclu məxsus olan, qeydiyyatda olduğu Bakı şəhəri Xətai rayonu, Ceyhun Həsənov küçəsi,məhəllə 2942 A, ev 15, mənzil 1 (Yeni qaydalarla: AZ 1121, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.
10. xx.xx.2025-ci il tarixli, № 8İ-860 reyestr nömrəli ərizəyə əsasən Maraqlı şəxs əri Borclu məxsus olan, qeydiyyatda olduğu birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri Xətai rayonu, Ceyhun Həsənov küçəsi,məhəllə 2942 A, ev 15, mənzil 1 (Yeni qaydalarla: AZ 1121, ünvan 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Eyni zamanda bəyan edir ki, aralarında satılan əmlakın hüquqi rejimini müəyyən edən nikah müqaviləsi bağlanmamışdır. Müqavilədə nəzərdə tutulmuş müddətdə mənzili tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.
11. Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li, xx.xx.2025-ci il arayışa əsasən X9, X7, Borclu ünvan 2 ünvanında qeydiyyatdadır.
12. xx.xx.2025-ci il tarixli, № 8İ-7983 reyestr nömrəli ərizəyə əsasən X9 qeydiyyatda olduğu Borclu məxsus Bakı şəhəri Xətai rayonu, Ceyhun Həsənov küçəsi,məhəllə 2942 A, ev 15, mənzil 1 Yeni qaydalarla: AZ 1121, Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, giriş 117, M2, m 1 ünvanında yerləşən mənzilin satılmasına etiraz etmir. Müqavilədə nəzərdə tutulmuş müddətdə yaşayış sahəsini (ev, mənzil, otaq) tərk etməyi və pasport qeydiyyatından çıxmağı öhdəsinə götürür.
13. İş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikasının Konstitusiyası:
129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
129. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
15. Normativ hüquqi aktlar haqqında Azərbaycan Republikasının Konstitusiya Qanunu: 1.0.9. qanunvericilikdə boşluqlar – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının olmaması; 1.0.10. qanunun analogiyası – konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq edilməsi; 1.0.11. hüququn analogiyası – yalnız konkret ictimai münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid prinsiplərin tətbiq edilməsi; 13.1. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. 13.2. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. 13.3. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir. 13.4. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normalarını tapmaq mümkün olmadıqda hüququn analogiyasından istifadə edilir. Bu zaman Azərbaycan Respublikasının Konstitusiyasında və qanunlarda təsbit edilmiş hüququn konkret sahələrinə aid prinsiplərdən və hüququn ümumi prinsiplərindən istifadə olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır.
16. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında 1950-ci il Konvensiyası: 6.1. Hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
17. İcra Haqqında Azərbaycan Respublikası Qanunu 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.2. məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə;
18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): 14.3. Məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər. 52.3. Tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 52.4. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 153.2. Hakim aşağıdakı hallarda iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir: 153.2.2. eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam edilməsi və ya tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa; 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-25.1. Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.
Məhkəmənin mövqeyi:
19. Məhkəmə iş materiallarını, tərəflərin izahını və icra işini araşdıraraq hesab edir ki, barışıq sazişi təsdiq edilməlidir.
20. Belə ki, məhkəmə qətnaməsinin icrası mərhələsində baxış iclası zamanı iş materiallarına əlavə edilmiş tələbkarla borclu arasında (qətnamənin icrası mərhələsində razılığa gəlinmiş) xx.xx.2025-ci il tarixdə Barışıq sazişi bağlanması, eyni zamanda tərəflərin hər ikisinin iclas zalında barışıq sazişini könüllü iradə ifadəsi ilə bağlamalarını bəyan etmələri müəyyən edilmişdir.
21. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (AR MM) 881.1-ci və 881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyrimüəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.
22. Mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (MM., 1.1. m.). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (MM., 6.1.2 m.) və müqavilə azadlığı prinsipləri (MM., 6.1.5 və 390 m), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür.
23. Müqavilə dedikdə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür. Başqa sözlə, şəxslər ifadə etdikləri iradələri ilə özlərinin mülki hüquq və vəzifələrini əmələ gətirir, dəyişdirir və ya xitam edirlər. İradə bəyanı şifahi, sadə yazılı və ya rəsmi (notarial) formada, birtərəfli və ya müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər, məsələn, vəsiyyətnamə,etibarnamə, müqavilə və s. (MM., 324.1m., 324.2m., 389.1m., 406 m.).
24. Barışıq razılaşmasının bağlanması üçün bir qayda olaraq forma tələb olunmur, lakin razılaşmada hər hansı formanın gözlənilməsini tələb edən əqdlər vardırsa, razılaşma bu əqdlər üçün tələb edilən forma üzrə tərtib olunmalıdır (MM., 881.3 m.). Məsələn, daşınmaz əşyaya sərəncam verilməsi razılaşdırılırsa, belə saziş notarial qaydada təsdiqlənməlidir. Qanunvericilikdə barışıq sazişinin digər formaları da nəzərdə tutulmuşdur. Belə ki, tərəflər arasında mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi yazılı formada bağlanır (“Mediasiya haqqında” Qanun, maddə 33.1). Məhkəmənin təsdiqlədiyi barışıq sazişi isə protokol şəklində tərtib olunur (MM., 881.3 m.).
25. Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir.
26. Barışıq sazişinin bağlanması eyni zamanda, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (“Mediasiya haqqında” Qanun) 1.0.7-ci maddəsində, məhkəmə araşdırması zamanı Mülki Prosessual Məcəllənin yuxarıda qeyd edilən maddələrində və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun (“İcra haqqında” Qanun) 20.1.2-ci maddəsində də nəzərdə tutulmuşdur.
27. Tərəflərin öz aralarında sadə yazılı və ya notarial formada bağladıqları, yaxud mediasiya prosesi nəticəsində və ya məhkəmədə əldə etdikləri barışıq sazişlərinin ortaq cəhəti ondan ibarətdir ki, həmin iradə bəyanları məhkəmədə olan mülki prosesin (yaxud məhkəməyə getmə potensialı olan mübahisənin) tamamlanmasını təmin edir.
28. Hazırkı barışıq sazişi isə tərəflər arasında artıq yekunlaşmış məhkəmə mübahisəsi üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra mərhələsində bağlanmış barışıq sazişidir.
29. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyində icra mərhələsində bağlanan barışıq sazişinin forması, məzmunu, icra mexanizmi və sairə məsələlərlə bağlı bir başa tənzimləyici normalara rast gəlinmir.
30. Məhkhəmə hesab edir ki, məhkəmə icra mərhələsində bağlanmış barışıq sazişini təsdiq etməklə kifayətlənməməli, eyni zamanda barışıq sazişinin forması, məzmunu, icra mexanizmi, bu sazişlə bağlı hüquqi nəticələrə, yəni barışıq sazişinin icrası, icrasını təmin etmə, barışıq sazişinin icra edilməməsinə görə məsuliyyət məsələlərinə də aydınlıq gətirməlidir.
31. Məhkəmə qeyd edir ki, yuxrıda qeyd edilən məsələlərin bir çoxu xarici dövlətlərin mülki prosessual qanunvericiliyində bir başa tənzimlənir. Mülki prosessual hüququn kökündə tərələrin hüquq bərabərliyi prinsipi dayanır. Barışıq prosesinin ilkin mərhələsində də tərəflər barışdırma prosedurunun seçilməsi, onun keçirilmə şərtləri və vasitəçinin, o cümlədən mediator və ya məhkəmə barışdırıcısının və ya digər barışdırıcı namizədin müəyyənləşdirilməsi məsələsində bərabər hüquqlara malikdirlər. Tərəflər arasında bu məsələləri tənzimləyən razılaşma da bağlana bilər.
32. Barışıq sazişi tərəflərin təşəbbüsü ilə mülki işə baxılana qədər, mülki işin baxılmasınını istənilən mərhələsində və məhkəmə aktının icrası zamanı bağlana bilər. Mübahisə predmetinə dair müstəqil tələblər irəli sürən üçüncü şəxslər də barışıq sazişinin tərəfi qismində iştirak etmək hüququna malikdirlər. Mübahisə predmetinə dair müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər isə, barışıq sazişinin şərtləri əsasında onlara hüquqlar verildikdə və ya üzərlərinə öhdəliklər qoyulduqda, həmin sazişdə iştirakçı ola bilərlər. Barışıq sazişi digər şəxslərin hüquq və qanuni mənafelərini pozmamalı və qanunla ziddiyyət təşkil etməməlidir.
33. Məhkəmə araşdırması zamanı və ya icra mərhələsində barışıq sazişi yazılı formada bağlanır və tərəflər və ya onların nümayəndələri tərəfindən imzalanır. Bu halda nümayəndələrin barışıq sazişi bağlamaq səlahiyyətinin xüsusi olaraq etibarnamədə və ya nümayəndənin səlahiyyətini təsdiq edən digər sənəddə nəzərdə tutulması tələb olunur. Barışıq sazişində tərəflər arasında razılaşdırılmış şərtlər, öhdəliklərin həcmi və qarşılıqlı icra müddətləri barədə məlumatlar göstərilməlidir. Barışıq sazişində, cavabdeh tərəfindən öhdəliklərin icrasının təxirə salınması və ya hissə-hissə yerinə yetirilməsi, tələb hüququnun güzəştə verilməsi, borcun tam və ya qismən bağışlanması və ya etiraf edilməsi, öhdəliklərin yerinə yetirilməməsinə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə məsuliyyət (cərimə, penya və s.) və qanuna zidd olmayan digər şərtlər nəzərdə tutula bilər. Barışıq sazişi bir qayda olaraq məhkəməyə təqdim edilmiş iddia tələbləri üzrə bağlanır. Barışıq sazişinə, iddia tələbləri ilə bağlı olan, lakin məhkəmənin baxmadığı məsələlərin də daxil edilməsinə yol verilir. Saziş məhkəmə xərclərinin bölüşdürülməsi məsələsi üzrə də bağlana bilər. Əgər barışıq sazişində məhkəmə xərclərinin bölüşdürülməsi ilə bağlı şərt göstərilməyibsə, bu məsələ barışıq sazişi təsdiq edilərkən MPM-də nəzərdə tutulmuş ümumi qaydada məhkəmə tərəfindən həll edilir. Barışıq sazişi, onu bağlayan şəxslərin sayından bir nüsxə artıq olmaqla tərtib edilir və imzalanır. Bu nüsxələrdən biri, barışıq sazişini təsdiq etmiş məhkəmə tərəfindən iş materiallarına əlavə olunur.
34. Barışıq sazişi işə baxan məhkəmə tərəfindən təsdiq olunur. Əgər barışıq sazişi məhkəmə aktının icrası zamanı bağlanmışdırsa, o zaman bu saziş birinci instansiya məhkəməsi kimi işə baxmış, məhkəmə nəzarətinini həyata keçirən məhkəməyə təsdiq üçün təqdim edilir. Barışıq sazişinin təsdiq edilməsi məsələsinə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilir. Əgər barışıq sazişi bağlamış şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, iclasa gəlməzlərsə və bu şəxslərdən məsələyə onların iştirakı olmadan baxılması barədə ərizə daxil olmamışsa, məhkəmə barışıq sazişinin təsdiqi məsələsinə baxmır.
35. Məhkəmə aktının icrası zamanı bağlanmış barışıq sazişinin təsdiq edilməsi məsələsi mülki prosessual qanunvericiliklə bir başa tənzimlənmir, lakin qanunun analogiyasına uyğun olaraq, bu barədə ərizənin məhkəməyə daxil olduğu gündən etibarən 10 gün müddətində baxılır. (§18) Barışıq sazişinin təsdiqi məsələsinə baxıldıqdan sonra məhkəmə müvafiq qərar (qərardad) qəbul edir. Yuxarıda da qeyd edildiyi kimi əgər barışıq sazişi qanunvericiliyə ziddirsə və ya digər şəxslərin hüquq və qanuni mənafelərini pozursa, məhkəmə onu təsdiq etmir. Barışıq sazişinin təsdiqi məsələsinə baxılarkən, məhkəmə mübahisənin faktiki hallarını, işdə iştirak edən şəxslər tərəfindən təqdim olunmuş arqumentləri və sübutları araşdırır və yalnız sazişin qanuna uyğunluğunu və digər şəxslərin hüquq və qanuni mənafelərinin pozulmadığını yoxlamaq məqsədilə onlara hüquqi qiymət verir.
36. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə aktının icrası prosesində bağlanmış barışıq (və ya mediasiya) sazişinin təsdiqi barədə qərarda, həmçinin göstərilməlidir ki, həmin məhkəmə aktı icraya yönəldilmir. Eyni zamanda, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair tərəflərin barışıq sazişinin təsdiq edilməsi haqqında məhkəmənin qərardadı olarsa iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina ediləcək.
37. Mülki prosessual qanunvericilikdə məhkəmə aktının icrası zamanı bağlanmış barışıq sazişinin təsdiq edilməsindən sonra həmin məhkəmə aktının qüvvədə qalıb qalmaması, icraatın nəticələri baraədə bir başa tənzimedici norma yoxdur. Məhkəmə aktının icrası zamanı bağlanmış barışıq sazişinin təsdiq edilməsi, həmin məhkəmə aktının qüvvədə qalması şərti ilə onun icrasının hissəvi və ya bütövlükdə xitamına səbəb olur. Bu cür tənzimləməyə Rusiya Federasiyası Mülki Prosessual Məcəlləsinin 153.10-cu maddəsində də rast gəlinir. “İcra haqqında” qanunun 20.1.2.-ci maddəsinə əsasən məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir.
38. Məhkəmə qeyd edir ki, icra sənədi üzrə icraata xitam verilmə müvafiq icra sənədinin tam icra edilməsi və ya qanunda nəzərdə tutulmuş digər hallarda icra sənədinin icrası qeyri-mümkün olduqda, hüquqi əsası dəyişdikdə və sairə hallarda həyata keçirilməlidir. Barışıq sazişi isə tələbkarın tələbindən imtinası kimi deyil, sadəcə tələb etmə ilə bağlı kompromis varianta gəlinməsi kimi tərəflərin iradə ifadəsidir. Barışıq sazişi bağlandıqdan sonra icra sənədi üzrə icraata xitam veilməsi ilkin məhkəmə qərarının icrasını yenidən tələb etməni qeyri-mümkün edir və barışıq sazişi icra edilmədikdə və ya tək tərəfli qaydada icra edildikdə digər tərəfin hüquqlarının məhdudlaşdırılmasına və əlavə məhkəmə proseslərinin keçirilməsinə, bununla da prosessual qənaət prinsipinin pozulmasına gətirib çıxarır.
39. Barışıq sazişi onu bağlamış şəxslər tərəfindən, sazişdə nəzərdə tutulan qaydada və müddətlərdə könüllü şəkildə icra olunur. Könüllü şəkildə icra olunmayan barışıq sazişi, MPM-də, “İcra Haqqında” Qanunda müəyyən edilmiş qaydalarla, barışıq sazişini bağlamış şəxsin vəsatəti əsasında məhkəmə tərəfindən verilən icra vərəqəsi əsasında məcburi qaydada icra edilir.
40. Barışıq sazişi icra sənədi kimi icra qurumuna daxil olur. “İcra haqqında” qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır və bu tədbirlər çərçivəsində icra məmuru tərəfindən ilk olaraq, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmaması araşdırılmalı, bundan sonra onun digər əmlakının olub-olmaması müəyyən edilməlidir. Başqa sözlə, bütün bu tədbirlər bir nəticə vermədikdən sonra borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı icra məmuru tərəfindən tədbirlər görülə bilər. Bu cür tərdbirlər nəticə vermədikdə, inzibati tənbeh və cinayət məsuliyyətinə cəlb edilmə ilə bağlı icra məmuru məhkəməyə təqdimat göndərməlidir.
41. Qanunvericilikdə barışıq sazişinin yenidən bağlanması ilə bağlı məhdudiyyət yoxdur. Lakin mülki qanunvericilikdə hüquqlardan sui-istifadə hallarına yol verilməməsi xüsusi olaraq qeyd edilir. Yeni barışıq sazişinin bağlanması dövlətin adından çıxarılmış məhkəmə qərarının icrasının gecikməsinə şərait yaratmamalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, əgər barışıq sazişinin məqsədi borclunun ödəmə qabiliyyətini yaxşılaşdırmaq, bərpa etmək məqsədi daşımamaqla yanaşı kreditor və ya tələbkarın hüquqlarını təhrif edirsə məhkəmə özünün diskresion səlahiyyətindən istifadə etməklə barışıq sazişini təsdiq etməyə bilər.
42. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar).
43. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır. (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar)
44. Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.)
45. Məhkəmə araşdırması zamanı təqdim edilmiş barışıq sazişində və ya onun bir hissəsində qanuna zidd hər hansı bənd, barışıq sazişidə iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan hallar aşkarlanmamışdır.
46. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək barışıq sazişi bağladıqlarından və X12 tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı və maraqlı şəxslər göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən, tərəflərin barışıq sazişinin bəndləri təsdiq edilməlidir.
47. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
1. Borclu ilə Tələbkar arasında xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: 1.1. Tələbkar və Borclu aşağıdakı qaydada qarşılıqlı razılığa gəlirlər ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-16(011)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə həbs qoyulmuş Borclu məxsus Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, ev 15, 1 saylı mənzilin 106.000 (yüz altı min) AZN ödəniş edilməklə alqı-satı müqaviləsi əsasında X1 etiraz etmirlər. 1.2. Borclu Ağcayev X2 Yaşar Emil oğlu ilə alqı-satqı müqaviləsi bağladıqdan sonra Borclu öhdəlik götürür ki, alqı-satqıdan əldə olunmuş vəsaitdən 56.500 (əlli altı min beş yüz) AZN məbləğində vəsaiti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5306/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar ödəməyi öhdəsinə götürür. 1.3. Alqı-satqı müqaviləsi bağlanan zaman yerdə qalan vəsait müvafiq müqavilənin bağlandığı notariat ofisinin depozit hesabından Borclu müqavilə bağlanan günədək "xxxx" ASC-yə yaranmış borcuna ödəniləcəkdir. 1.4. Alqı-satqı müqaviləsindən əldə olunan gəlirdən yerdə qalan vəsait Borclu müvafiq bank hesabına köçürüləcəkdir. 1.5. Tələbkar Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi, ev 15, 1 saylı mənzilə münasibətdə Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-16(011)-91/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadının X12nə əsaslanaraq qismən ləğv edilib, həmin əmlakın həbsdən azad edilməsi ilə əlaqədar məhkəməyə ərizə ilə müraciət etməyi öhdəsinə götürür. 1.6. Borclu ilə X6 arasında alqı-satqı müqaviləsi bağlandıqdan sonra, əvvəlki mülkiyyətçi Borclu və onun ailə üzvləri həyat yoldaşı Ağcayeva Elena, oğulları X10 və X7 1 (bir) ay müddətində həmin mənzildən pasport qeydiyyatından çıxmaqla bağlı öhdəlik götürürlər; 1.7. Borclu bir daha təsdiq və bəyan edir ki, X12 bağlananadək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5306/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar ödənilməli olan 197.450 (yüz doxsan yeddi min dörd yüz əlli) manat ümumi borcundan yalnız 15.000 (on beş min) manat məbləğində ödəniş etmişdir. 1.8. Borclu bir daha bəyan və təsdiq edir ki, X6 ilə aralarında bağlanan alqı-satqı müqaviləsindən əldə etdiyi gəlirdən 56.500 (əlli altı min beş yüz) AZN məbləğində vəsaiti Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5306/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar ödədikdən sonra Tələbkar 125.950 (yüz iyirmi beş min doqquz yüz əlli) AZN məbləğində qalıq borcu qalır və həmin borcu aylıq 1000 (min) AZN məbləğində olmaqla Tələbkar ödəməyi öhdəsinə götürür. 1.9. Tərəflər bəyan edirlər ki, Bu Saziş qüvvədə olduğu müddətdə (borclu şəxslər tərəfindən öhdəliklər yerinə yetirilmədiyi hallar istisna olmaqla) hazırkı Sazişin predmetini mübahisələndirməyəcəklər. 1.10. Bu Saziş işə baxan məhkəmə tərəfindən təsdiq edildikdən sonra hüquqi qüvvəyə minir. 1.11. Bu Saziş eyni hüquqi qüvvəyə malik, Azərbaycan dilində 5 (beş) nüsxədə hazırlanmış və imzalanmışdır. Sazişin 1 nüsxəsi məhkəmədə, 1 nüsxəsi Xətai Rayon İcra Şöbəsində, digər nüsxələr isə tərəflərdə saxlanılır.
2. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.
Hakim: Samirə Eyvazova