Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-483/2025 01.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi Tələbkar iştirakı ilə, Ərizəçi Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3359/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3359/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinnə indeksasiya edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin baxılmamış saxlanılmasını və ərizəsinə əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Borcluya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilsə də, borclu məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tələbkarın ərizəsini və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizə baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə iddia ərizəsi baxılmamış saxlanır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi Tələbkar Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3359/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasına dair ərizəsi baxılmamış saxlansın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-483/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-483/2025
01.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver