Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-486/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, X1, Tələbkar MMC-nin nümayəndəsi X3 iştirakı ilə, X1 icra sənədinin hissə-hissə icra olunması barədə ərizəsinə baxaraq MÜƏYYƏN ETDİ: Borclu ailə vəziyyətinin və işsiz olması nəzərə alınaraq borcun hər ay 100 manat məbləğində hissə hissə ödənilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhər Xətai rayon Məhkəməsinin 2(011)- 810/2022-003 nömrəli 19.01.2022-ci il tarixli icra sənədinə əsasən ondan 3297 manat məbləğində pul vəsaiti və 51,43 manat dövlət rüsumunun tutularaq Tələbkar MMC-nin xeyrinə ödənilməlidir. O, 10.03.2022-ci il tarixdən etibarən hər ay 100 manat məbləğində ödəniş edir. Boşanıb, himayəsində 2 azyaşlı övladı var. Heç yerdə işləmir, iş yeri yalnız övladlarına ayrılan alimentdir. Borclu məhkəmə iclasında ərizəni müdafiə edərək bildirdi ki, hal-hazırda heç bir yerdə işləmir. Əvvəl ödənişləri vaxtlı-vaxtında ödəyirdi, pandemiya dövründə çətinliklər yarandı. Rəsmi qaydada olmasa da, qeyri-rəsmi formada ayda 250 manat aliment alır. Borcu da alimentdən ödəyir. Tələbakarın nümayəndəsi məhkəmə baxışı zamanı izahat verərək, borclunun hazırda 3148,43 manat məbləğində borcunun olmasını bildirərək, borclunun ərizəsinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə borclunun və tələbkarın nümayəndəsinin izahatını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır. Belə ki, ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (011)-810/2022 nömrəli 19.01.2022-ci qətnaməsi ilə 16.07.2020-ci tarixli müqaviləyə əsasən 1700 manat əsas, 17 manat dəbbə pulu, 14.08.2020-ci il il tarixli müqaviləyə əsasən 1565 manat əsas, 15 manat dəbbə pulu olmaqla, cəmi 3297 manat borc və 51,43 manat məbləğində dövlət rüsumunun borcludan tutularaq Tələbkar MMCyə ödənilməsi, ödənilmiş dövlət rüsumunun 4,48 manat hissəsinin iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarda olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 3 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş 23.05.2022-ci il tarixli **********6 nömrəli arayışla müəyyən olunur ki, borclu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə əsasən 17.04.2020-ci il tarixdən işsiz kimi qeydiyyatdadır. Həmçinin, borclu məhkəmə baxışı zamanı verdiyi izahatında da yeganə gəlirinin 2 azyaşlı uşağına görə aldığı aliment olduğunu bildirmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edildi ki, ərizəçinin maddi durumu borcun birdəfəyə tam ödənilməsinə imkan vermir. Məhkəmə borclunun borcunu birdəfəyə ödəməyə maddi vəziyyətinin imkan vermədiyini nəzərə alaraq, habelə icra sənədinin hissə-hissə icra etməsinə icazə verilməsini xahiş etdiyini, işsiz olmasını nəzərə alaraq ərizənin təmin edilməsini məqsədəmüvafiq sayır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-810/2022 saylı, 19.01.2022-ci il tarixli qətnaməsi borclu X4 tərəfindən ayda 100 manat olmaqla hissə-hissə icra edirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-486/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-486/2022
31.05.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver