Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-49/2025 21.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Şövkətli-Mənsimli Leyla Şahin qızının sədrliyi, Məmmədova Gülbəniz Vaqif qızının katibliyi Borclu iştirakı ilə, X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2206/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin yenidən icra olunması üçün İcra Şöbəsinə göndərilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2206/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin yenidən icra olunması üçün İcra Şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(011)-2206/2020 saylı qətnəməsi ilə o və uşaqlarının ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmələri qət edilmişdir. Qətnamə qüvvəsini almış va icra olunması üçün Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Xətai rayon İcra şöbəsinin icra məmuru tərəfindən o və iki uşağı 15 aprel 2021-ci il tarixində həmin ünvana köçrülmüşdür. Bundan sonra icra işinə xx.xx.2021 -ci il tarixli qararla xitam verilmişdir. Ancaq hazırda yenə də cavabdeh Borclu tərəfindən mənzilə buraxılmır. “İcra haqqında” Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icraata xitam verilmasi üçün əsasdır. Ancaq hazırda Borclu yenidan onu həmin evdə yaşamağa qoymur (qapının açarı dəyişdirilərək evə girişinə mane yaradılmışdır). Məhkəmə iclasında iştirak etmiş borlcu Borclu nəvələrinin xatirinə tələbkarın evə köçürülməsinə razı olduğunu, lakin Ayselin özünün evə köçərək yaşamaq istəmədiyini, Ayselin hazırda başqa yaşayış yerinin olduğunu bildirmişdir. Tələbkar və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və iş materiallırını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2206/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən X6 azyaşlı uşaqları X3 və X5 ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməlidir. xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, X6 azyaşlı uşaqları X3 və X5 ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmüş, bayır qapının bir ədəd açarı Aysel Nəbiyevaya təhvil verilmiş və Borclu icra sənədinin icrasına dair heç bir etirazı olmadığını bildirmişdir. Bakı şəhəri Xətai rayin İcra Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, icra sənədində qeyd olunan tələb tam şəkildə icra olunduğundan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2206/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. Tətbiq edilən hüquq: “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.5. icra sənədi tam icra olunduqda. 73.3. Tələbkarın köçürülməsi haqqında icra məmuru tərəfindən müvafiq akt tərtib olunur. 73.4. Tələbkarın yaşayış və ya qeyri-yaşayış sahəsindən maneəsiz istifadə etmək imkanı təmin olunduqda, icra sənədi icra edilmiş sayılır. 73.5. Tələbkarın köçürülməsi barədə akt tərtib edildikdən sonra, borclu tələbkarın yaşamasına (olmasına) yenidən maneçilik törətdikdə, icra sənədi üzrə icraat təzələnməlidir. 73.6. Tələbkarın yaşamasına (olmasına) maneçilik törədən şəxs icra sənədində göstərilən borclu şəxs olmadıqda, icraat təzələnə bilməz. Bu halda köçürülmə haqqında məsələ məhkəmə qaydasında həll olunur. Məhkəmənin mövqeyi: İş materialları ilə müəyyən olunmşdur ki, X2 azyaşlı uşaqları X3 və X5 ilə birlikdə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülsə də, hazırda tələbkarın evə yaşamasına borclu tərəfindən yenidən maneçilik törədilmişdir. Odur ki, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələbinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar ləğv edilməli, icra sənədi üzrə icraat təzələnməli və icra sənədi yenidən icra olunmaq üçün Xətai rayon İcra şöbəsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-in 231, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli icraata xitam verilməsi haqqında qərarı ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2206/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraat təzələnsin və icra sənədi yenidən icra olunması üçün Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №8(011)-49/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-49/2025
21.01.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver