Məhkəmə qərarları › İş №8(011)-490/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-490/2025

06.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-490/2025 06.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi, Tələbkar Alieva Rukhizanın, Borclu iştirakı ilə Tələbkar Alieva Rukhizanın alimentin indeksasiya edilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Tələbkar Alieva Rukhiza ərizə ilə müraciət edərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3584/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tutulan alimentin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində indeksasiya edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Borclu oglu ilə birgə nikahlarından iki övladlarıxx.xx.2015 il təvəllüdlü X7 oglu və xx.xx.2020 il təvəllüdlü X6 oglu. dünyaya gəlmişdir. Xətai Rayon Məhkəməsinin 13.10. 2023-cü il tarixli, 2(011) 6319/2024 saylı qətraməsinə müvafiq olaraq, Borclu oglu ilə aralarında bağlanmış nikahın pozulması qət edilmişdir. X1 azyaşlı övladının qanuni nümayəndəsi olaraq xx.xx.2025-ci il tarixli, 2(011)-3584/2025 saylı qətnaməsinə əsasən cavabdeh Borclu oglu tərəfindən aylıq hər bir uşağa 220 manat (iki yuz iyirmi), ümümi 440 (dörd yüz qırx) manat miqdarında aliment alır. Son zamanlar ölkədə iqtisadi vəziyyətin dəyişməsi, qiymətlərin artması və uşağın xərclərinin əhəmiyyətli dərəcədə yüksəlməsi səbəbilə bu məbləğ övladlarının minimum ehtiyaclarını belə ödəməkdə çətinlik yaradır. Uşaqlarının saxlanması üçün ay ərzində xeyli miqdarda vəsait xərclənir. Bu məbləğ uşağın minimum dolanacaq xərclərini ödəmədiyi üçün cavabdeh təfrəfındən verilən alimentin artırılması zərurəti yaranmışdır. Tələbkar məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasında ərzəyə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə ərizəyə baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsi və tələbkar məhkəmə iclasına gəlməmişdirlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3584/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən Rukhiza Əliyeva və Borclu arasında xx.xx.2024-cü il tarixində mediasiya prosesi nəticəsində bağlanmış MSB/8/2023-01697 nömrəli “Barışıq sazişi” aşağıdakı məzmunuda təsdiq edilmişdir: İkinci tərəf: Borclu Sazişi imzalandıqdan sonra Birinci tərəf həyat yoldaşı Alieva Rukhiza ilə birgə nikahdan dünyaya gələn övladları xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx.xx.2023-cü il tarixdən etibarən birinci tərəf Alieva Rukhizaya hər növbəti ayın 1-dən 10-a kimi hər uşağa görə 220 (iki yüz iyirmi) manat olmaqla ümumlikdə 440 (dörd yüz qırx) manat sabit pul məbləğində alimenti ödəyəcəyinə dair öhdəlik götürür. Bu vəsaitin Birinci tərəfin ona təqdim edəcəyi və bank hesabına (kartına) ödəyəcəyinə dair öhdəlik götürür. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 110-cu maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarında qeyd edilir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş yaşayış minimumun səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat hüququ vardır. Həmçinin, “Uşaq hüquqları bəyənnaməsi”nə görə uşaq qanunla və digər vasitələrlə sosial müdafiə ilə təmin olunmalı, onun fiziki, əqli, mənəvi, ruhi və sosial baxımdan sağlam və normal yolla azadlıq və ləyaqət şəraitində inkişaf etməsinə imkan verən əlverişli şəraitlə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 232-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər. Məhkəmə ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Alimentin indeksasiya edilməsinin hüquqi əsası ümumi formada Ailə Məcəlləsinin 110-cu maddəsində nəzərdə tutulmuşdur. Həmin müddəanın mənasından da görünür ki, məhkəmə qətnaməsi ilə əvvəl sabit pul məbləğində tutulmuş alimentin indeksasiya olunmasında yeganə meyar kimi müəyyən edilmiş minimum əmək haqqı məbləği əsas götürülür. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin indeksasiya edilməsinin qaydası isə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli Qərarında göstərilmişdir. Həmin Qərarın 8.4-1 və 8.4-2-ci bəndələrindən görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tutulan aliment indeksasiyası iki mərhələ üzrə həyata keçirilməlidir. Birinci mərhələdə sonuncu qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının həmin il ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin neçə misli təşkil etdiyi müəyyən edilməlidir. İkinci mərhələdə isə tutulacaq alimentin məbləğinin ərizə verilən vaxt ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının həmin misli həddində indeksasiya olunmalıdır. Şərh edilənlərdən də göründüyü kimi, alimentin indeksasiyası üçün yeganə meyar yaşayış minimumu yox, minimum əmək haqqının məbləği əsas götürüldüyündən xx.xx.2024-cü il tarixində mediasiya prosesi nəticəsində bağlanmış MSB/8/2023-01697 nömrəli “Barışıq sazişi” ilə tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün tutulan alimentin indeksasiyası 2024-cü il üzrə tutulan alimentin həmin il üzrə müəyyən edilmiş minimum əmək məbləğinin müvafiq misli həddində müəyyən edilərək, alınan nisbət ölkə üzrə müəyyən edilmiş minimum əmək məbləğinə tətbiq edilməklə aparılmalıdır İş materialları əsasında müəyyən olunur ki, xx.xx.2024-cü il tarixində mediasiya prosesi nəticəsində bağlanmış MSB/8/2023-01697 nömrəli “Barışıq sazişi”nə əsasən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşağa görə 220 manat, ümumilikdə 440 manat məbləğində alimentin borcludan tutulması qət edilmişdir. Həmçinin, 2024-cü ildə ölkə üzrə minimum aylıq əmək haqqının məbləği 345 manat olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3584/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MSB/8/2023-01697 nömrəli “Barışıq sazişi” ilə tutulmuş alimentin indeksasiyası 220 manat (qətnamə ilə tutulan alimentin məbləği) : 345 manat (2024-cü il üçün müəyyən edilmiş minimum əmək haqqı) = 0,64 misli həddində müəyyən edilir. Göründüyü kimi, 220 manat 345 manatın 0,68 mislinə bərabərdir. Beləliklə, xx.xx.2024-cü il tarixində mediasiya prosesi nəticəsində bağlanmış MSB/8/2023-01697 nömrəli “Barışıq sazişi” ilə tutulmuş aliment, hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının məbləğinin 0,64 misli həddində indeksasiya edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizə təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3584/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MSB/8/2023-01697 nömrəli “Barışıq sazişi” ilə xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Alieva Rukhizanın xeyrinə sabit pul məbləğində tutulmuş 220 manat alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,64 misli həddində indeksasiya edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3584/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə təsdiq edilmiş xx.xx.2024-cü il tarixli, MSB/8/2023-01697 nömrəli “Barışıq sazişi” ilə xx.xx.2020-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Alieva Rukhizanın xeyrinə sabit pul məbləğində tutulmuş 220 manat alimentin məbləği sonrakı artımlar da nəzərə alınmaqla, ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0,64 misli həddində indeksasiya edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar