Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-506/2023 12.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi Tələbkarın nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova – Borclu məxsus « TOYOTA COROLLA » minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Xətai rayon icra şöbəsinin icraatında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5491/2021-002 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 1658 manat pul vəsaiti tutularaq tələbkar “ABC Telecom" MMC -nin xeyrinə ödənilməlidir.İcra sənədinin icra edilməsi məqsədi ilə Xətai rayon məhkəməsinin 8(011)- 182/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “TOYOTA COROLLA” minik markalı **-DG-*** dövlət qeydiyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur.İcra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə təmin olunmuşdur.Qeyd olunanlara əsasən, Borclu mülkiyyətində olan “TOYOTA COROLLA” minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair qərardad çıxarılması xahiş edilmişdir. Tələbkarın nümayəndəsi X2 məhkəmə iclasında təqdimatın təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin olar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin icra məmurunun və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, materiallara əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-182/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Borclu məxsus olan « TOYOTA COROLLA » minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli “İcraata xitam verilməsi haqqında” Qərardan görünür ki, icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatı əsaslı olduğundan təqdimat təmin edilməli və Borclu məxsus olan « TOYOTA COROLLA » minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə əsasən icra məmuru icraata xitam verilməsi barədə qərar qəbul etdikdən sonra icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tələbkar icra sənədinə xitam verilməsini xahiş etdiyindən, icra şöbəsi tərəfində icraata xitam verilməsi barədə qərar qəbul edildiyindən avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 573-574, 578-579-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Təqdimat təmin edilsin. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-182/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus olan « TOYOTA COROLLA » minik markalı, **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün (ləğv edilsin). Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-506/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-506/2023
12.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver