Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-511/2025 12.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi ilə, Bakı Şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-814/2024-012 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 01.1986-cı il təvəllüdlü Gürcüstan Respublikası, Dmanisi rayonunda anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu 25166,95 manat məbləğində pul vəsaitinin tutularaq Tələbkar xeyrinə və dövlət rüsumunun əvəzi olan 165.50 (bir yüz altmış beş nat əlli qəpik) manat Borclu, 15.28 (on beş manat iyirmi səkkiz qəpik) manat Tələbkar tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai rayon icra Şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə olu X1 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra müddətində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədiilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin onlar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayəndəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslı olduğundan təmin edilməlidir. İş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-814/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən “X4” markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilən 9.000 manat vəsait üzərində Tələbkar 1/2 (ikidə bir) hissədə, cavabdeh Borclu 1/2 (ikidə bir) hissədə pay hüququnun tanınması və 9.000 manatın yarısı olan 4.500 (dörd min beş yüz) manatın cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə tutulması, “X2 Mikroavtobus” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə edilmiş 35.000 manat vəsait üzərində Tələbkar 1/2 (ikidə bir) hissədə, cavabdeh Borclu 1/2 (ikidə bir) hissədə pay hüququnun tanınması və 35.000 manatın yarısı olan 17.500 (on yeddi min beş yüz) manatın cavabdeh Borclu iddiaçı Tələbkar xeyrinə tutulması, “Hyundai Elantra” markalı, **-ZY-*** dövlət qeydiyyat nişanlı avtomobilin icarəsindən əldə edilən 6.333,90 manatın yarısı olan 3.166,95 (üç min yüz altmış altı manat doxsan beş qəpik) manat Borclu alınaraq Tələbkar ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, dövlət rüsumunun əvəzi olan 165.50 (bir yüz altmış beş manat əlli qəpik) manat cavabdeh Borclu, 15.28 (on beş manat iyirmi səkkiz qəpik) manat iddiaçı Tələbkar tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. İş materiallarından görünür ki, Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən xx.xx.2023-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş Borclu göndərilmişdir. Göründüyü kimi, borcu icra sənədi üzrə öhdəliyini tam təmin etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Borclu tərəfindən icra sənədi üzrsüz səbəbdən icra edilməmiş və icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 44-cü maddəsinə əsasən məcburi icra tədbirləri bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi, könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi əsasları olduqda tətbiq edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclu icra sənədini könüllü icra üçün müəyyən edilmiş vaxtda icra etmədiyindən icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclunun ölkədən getmək hüququ məhdudlaşdırılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. xx.xx.1986-cu ildə anadan olmuş və ünvan 2 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-511/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-511/2025
12.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver