Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-515/2023 26.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4936/2023 saylı, 21 iyun 2023-cü il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : X2 məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, 2(011)-4936/2023-cü il saylı 21 iyun 2023-cü il tarixli qətnaməyə əsasən ondan “X8” Azərbaycan QSC-nin xeyrinə ümumi 688,45 manat tutulması barədə qətnamə çıxarılmışdır. Əvvəllər ödənişləri vaxtlıvaxtında etsə də, sonradan borcunu ödəmək çətinləşmişdir. Hal-hazırda işsiz olduğu üçün və heç bir yerdən əlavə gəliri olmadığı üçün ona borcu tam ödəyə bilməmişdir. Göstərilənləri nəzərə alaraq, borclu vəziyyətin nəzərə alınaraq həmin borcun 2 aydan sonra 100 manat olmaqla, qətnamənin hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə borclu, tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə borclu, tələbkar və icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı möhlət verilməsinə dair ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. İddiaçı “X8” Azərbaycan QSC-nin cavabdeh X4 qarşı “borcun ödənilməsi” tələbinə dair 2(011)-4936/2023 saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X1 ərizəsində qeyd etdiyi məhkəmə qətnaməsi mövcud olmadığından hazırkı mərhələdə ərizə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 «məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə möhlət verilməsinə dair» ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakışəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-515/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-515/2023
26.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver