Məhkəmə qərarları › İş №8(011)-517/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-517/2023

19.07.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-517/2023 19.07.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi ilə, Borclu iştirakı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin “barışıq sazişinin təsdiq olunması və icraata xitam verilməsi” barədə barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalovun–barışıq sazişinin təsdiq olunması və icraata xitam verilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011 )-6595/2022-010 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr.167, “AAAF PARK” Yaşayış Massivində, A kompleksində inşa edilmiş 4 nömrəli yaşayış binasında, sahəsi 73.5 kv m., 2 otaqdan ibarət 22 nömrəli mənzil, Abşeron rayonu, Məmmədli kəndində 0.10 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi, Abşeron rayonu, Məmmədli kəndində 0.03, ha (**********64 reyestr nömrəli) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, yenədə Abşeron rayonu, Məmmədli kəndində 0.03, ha (**********65 reyestr nömrəli) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və “JEEP GRAND CHEROKEE” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində X1 payı 1/2 hissə, qalan 1/2 hissəsi isə Borclu payı hesab edilməlidir. İcra zamanı tərəflər xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlamış və həmin saziş şöbəyə təqdim edilmişdir. Borclu məhkəmə iclasında izahət verərək təqdimatın təmin olunmasını xahiş etmişdir. Tələbkara, icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq olunmalı və iş üzrə icraata xitam verilməlidir. Təqdimata əlavə olunmuş Bakı şəhər 51 saylı notariat ofisinin xüsusi notariusu X2 tərəfindən təsdiqlənən xx.xx.2023-cü il tarixli sazişindən görünür ki, tərəflər aralarında barışıq sazişi bağlanmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflər mövcud mübahisənin həllinə dair öz aralarında razılığa gələrək əmlaklarla bağlı mübahisənin həllinə dair barışıq sazişi bağladıqlarından və bu barışıq sazişi tərəflərin iradə ifadəsi olduğundan, habelə mübahisə tərəflərinin hər bir iştirakçısı göstərilən barışıq sazişi ilə razı olaraq onun nəticələrini qəbul etdiklərindən və buna görə də barışıq sazişinin təsdiq edilərək, icra sənədi üzrə icraata xitam verilməsini xahiş etdiklərindən, tərəflərin barışıq sazişi təsdiq edilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsinə əsasən borclu ilə tələbkar arasında barışıq sazişi məhkəmə qaydasında təsdiq edildikdə icra sənədi üzrə icraata xitam verilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-cü, 264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalovun təqdimatı təmin edilsin. Borclu və Tələbkar arasında, xx.xx.2023-cü il tarixdə bağlanmış Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

1. Tələbkar Xətai rayon Məhkəməsinin 26 dekabr 2022-ci il tarixli, 2(011)- 6595/2022 saylı qətnaməsi ilə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev pr. 167, "AAAF Park" Yaşayış Massivində, A kompleksində inşa edilmiş 4 nömrəli yaşayış binasında, sahəsi 73.5 kv metr olan, 2 otaqdan ibarət olan 22 nömrəli mənzil, Abşeron rayonu Məmmədli kəndində 0.10 ha yaşayış məntəqələri torpaqları təyinatlı torpaq sahəsi, Abşeron rayonu, Məmmədli kəndində 0.03 ha (**********64 reyestr nömrəli) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Abşeron rayonu, Məmmədli kəndində 0.03 ha (**********65 reyestr nömrəli) kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və "JEEP GRAND CHEROKEE" markalı **-GD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzərində tanınan 1/2 hissədə pay hüququndan və Abşeron rayonu Məmmədli kəndində 0.10 ha "yaşayış məntəqələri torpaqları" təyinatlı torpaq sahəsi üzərində inşa olunan iki mərtəbəli yaşayış evinin tikilməsinə sərf olunan vəsaitin bölünməsi barədə tələbindən imtina edir;

2. Tələbkar öhdəsinə götürür ki, Borclu ilə nigahları pozulmamışdan əvvəl faktiki ayrı yaşadıqları dövr üçün aliment tələbi barədə iddia qaldırmayacaq;

3. Borclu müqavilənin 1-ci bəndində göstərilənlər müqabilində Tələbkar 90000 (doxsan min) manat məbləğində pul ödəməyi öhdəsinə götürür; 4.Tərəflər bu sazişi imzalamaqla bir-birilərinə qarşı gələcəkdə hər hansı bir əmlak tələbi, həmçinin, maddi və mənzəvi ziyan tələbi etməyəcəklərini öhdələrinə götürürlər. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-6595/2022-010 nömrəli, xx.xx.2022ci il tarixli icra sənədi üzrə icraata xitam verilsin. Qərardaddan, onun surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar