Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-518/2024 17.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon Məhkəməsinin e-2(011)-4746/2023 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu məxsus əmlakın üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Elşən Bəşirli təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “Ford transit” minik markalı **-LD-*** dövlət qeydiyyat nişanlı və “Ford Explorer XLT” minik markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-4746/2023-017 saylı, xx.xx.2023cü il tarixli icra sənədinə əsasən Borclu ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanındakı mənzildən çıxarılsın və mənzil onun tərəfindən Tələbkar təhvil verilməlidir. Borclu, xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi icra olunduğu tarixədək vurulmuş maddi ziyana görə hər ay üçün 300 (üç yüz) manat, vurulmuş mənəvi zərərə görə 200 (iki yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 (səksən iki) manat alınaraq Tələbkar verilməlidir. İcra sənədi xx.xx.2024-cü iltarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. İcra sənədi mənzilin təhvil verilməsi hissəsində icra olunmuşdur. Lakin Borclu icra sənədində göstərilən borcdan heç bir ödəniş etməmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan “Ford Transit” minik markalı **-LD-*** dövlət qeydiyyat nişanlı və “Ford Explorer XLT” minik markalı **- UK-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. İcra sənədinin icrasını təmin etmək məqsədilə hesab edirəm ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Borclunun nümayəndəsi və vəkili Vəkil təqdimata dair elektron qaydada etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı Tələbkar cavabdeh "xxxx" MMC-yə və Borclu qarşı “mənzil münasibətləri üzrə sair mübahisələr tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4746/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsi tərəfindən mümkün hesab edilmiş və apellyasiya şikayətinə baxılması 08 may 2024-cü il tarixə, saat 09:15-ə təyin edilmişdir. “İcra haqqında” AR Qanununun 17.1.7-ci maddəsinə əsasən icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Bu barədə Xətai rayon İcra şöbəsinə borclu tərəfindən məlumat verilmişdir. Lakin icra məmuru qərəzli və qanunvericiliyin tələbinə zidd olaraq məhkəməyə təqdimat vermişdir. Qeyd edilənləri nəzərə almağınızı xahiş edirik. İcra məmuru, borclu və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Bununla belə, tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilmsi və təqdimatın təmin edilməsini xahiş etmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası MPM-in 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimat və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-4746/2023 saylı 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Borclu ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanındakı mənzildən çıxarılması və mənzilin onun tərəfindən Tələbkar təhvil verilməsi, Borclu, xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi icra olunduğu tarixədək vurulmuş maddi ziyana görə hər ay üçün 300 (üç yüz) manat, vurulmuş mənəvi zərərə görə 200 (iki yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 (səksən iki) manatın alınaraq Tələbkar verilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4746/2023 saylı 20 sentyabr 2023-cü il tarixli qətnaməsi xx.xx.2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1242/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı əsasında icraya yönəldilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4746/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Tələbkar cavabdehlər "xxxx" MMC-ə və Borclu qarşı “mənzil münasibətləri üzrə sair mübahisələr” barədə iddia ərizəsinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-4746/2023 saylı qətnaməsindən şikayət verilməsi üçün buraxılmış müddətin bərpası barədə cavabdeh Borclu tərəfindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddət bərpa edilmiş və Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 4746/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh Borclu tərəfindən verilmiş apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İş materiallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2984/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4746/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayətinin verilməsi qət edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-4746/2023 saylı 20 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, Borclu ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanındakı mənzildən çıxarılması və mənzilin onun tərəfindən Tələbkar təhvil verilməsi, Borclu, xx.xx.2022-ci il tarixdən məhkəmə qətnaməsi icra olunduğu tarixədək vurulmuş maddi ziyana görə hər ay üçün 300 (üç yüz) manat, vurulmuş mənəvi zərərə görə 200 (iki yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 82 (səksən iki) manatın alınaraq Tələbkar verilməsi, dövlət rüsumunun qalan hissədə iddiaçının özünə aid edilməsi qət edilmiş, həmin qətnamə icraya yönəldilmiş, sonradan apellyasiya şikayəti vermə müddəti bərpa edilmiş, apellyasiya məhkəməsinin qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır, bununla belə apellyasiya məhkəməsinin qeyd olunan qətnaməsi qanuni qüvvəsini almamışdır. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə uyğun olaraq icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduğundan və ona dair qəbul edilmiş qərar qanuni qüvvəsini almadığından, yəni təqdimatın verilməsinə əsas olmuş məhkəmə qətnaməsi üzrə icraat davam etdiyinə görə hazırkı icra sənədi üzrə icraat məcburi olaraq dayandırılmalı olduğu halda, icraat dayandırılmamış və hazırkı təqdimat ilə məhkəməyə müraciət edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, icra işi ilə bağlı qanunvericiliyin tələbinə əməl edilmədiyinə görə hazırkı təqdimat da təmin edilə bilməz. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.7-ci maddəsinə əsasən, icraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır.. Həmin Qanunun 19.1.3-cü maddəsinə əsasən, bu Qanunun 17-ci və 18-ci maddələrində nəzərdə tutulmuş hallarda icraat, icra hərəkətləri, habelə icra sənədi və yaxud icra sənədinin verilməsi üçün əsas olmuş tələb, məhkəmə və ya digər orqanın qərarı barəsində mübahisə qaldırıldığı halda - mübahisəyə mahiyyəti üzrə baxılanadək dayandırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, bu Qanunun 17-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının məcburi olduğu hallarda icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırılır. Həmin Qanunun 21.5-ci maddəsinə əsasən, icra sənədi üzrə icraat icra məmuru tərəfindən dayandırıldığı hallarda bu barədə qərar qəbul olunur və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Qəbul edilmiş qərarın surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Həmin Qanununun 21.8-ci maddəsinə əsasən, dayandırılmış icraat üzrə hər hansı icra hərəkətlərinin həyata keçirilməsinə yol verilmir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirlinin “Borclu məxsus “Ford transit” minik markalı **-LD-*** dövlət qeydiyyat nişanlı və “Ford Explorer XLT” minik markalı **-UK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması” barəsində təqdimatı təmin olunmasın. Qərardaddan rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-518/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-518/2024
17.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver