Məhkəmə qərarları › İş №8(011)-518/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-518/2025

04.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-518/2025 04.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, X2 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-114/2025 saylı, 12 fevral 2025-ci il tarixli qətnaməsi üzrə X3 tərəfindən verilmiş qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : X3 məhkəməyə qətnamənin hissə-hissə icra olunmasına dair ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, barəsində Xətai Rayon Məhkəməsində 12 fevral 2025-ci il tarixli, e- 2(011)-114/2025 saylı qətnaməsi çıxarılmışdır. Maddi vəziyyətinin çox aşağı olması, səhhətilə bağlı müalicə aldığı, əlavə olaraq öhdəliyində başqa banka krediti olduğu, aliment ödədiyi üçün qətnamə üzrə müəyyən edilmiş məbləği tam şəkildə və xx.xx.2025-ci il tarixli, e-109751/2025-1- 40-004 saylı icra sənədində icra məmuru Elşən Bəşirli tərəfindən qəbul edilmiş və müəyyən edilmiş 10 gün ərzində ödəmək imkanı yoxdur. Borclu göstərilənləri nəzərə alaraq, ödəməli olduğu borcun hissə-hissə ödənilməsi və ilkin ödənişin 35 gün sonraya təyin edilməsi, ya da əmlakının satılmasına qədər (3-5 ay) möhlət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X3 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-114/2025 saylı, 12 fevral 2025-ci il tarixli icra sənədinin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, X9 küçəsində yerləşən, 9 saylı evin, 24 saylı mənzilin alınması və təmiri üçün ödənilmiş 85629,45 manat pul vəsaitində ½ hissədə Tələbkar, 1/2 hissədə X5 paylarının müəyyən edilməli və həmin məbləğ cavabdeh X4 alınaraq, iddiaçı Tələbkar ödənilməlidir. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 236 manat dövlət rüsumunun 50%, yəni 118 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 50 %, yəni 118 manat iddiaçıya aid edilməli, eyni zamanda iddia qismən təmin edildiyindən, 100 manat ekspertiza xərcinin 50%, yəni 50 manat cavabdehdən, qalan 50 %, yəni 50 manat iddiaçıdan tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilməlidir. İş materiallarında olan Tələbkar tərəfindən məhkəməyə təqdim edilmiş teleqramda qeyd edilmişdir ki, icra sənədinin hissə-hissə icra edilməsinə zərurət yoxdur. Belə ki, borclu məhkəmədə iddia icraatında olan dövrdən birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri, Xətai rayonu, X9 küçəsi, ev 9, 24 saylı mənzilin satılmasını söz vermiş, lakin bu günə kimi heç bir tədbir görməmişdir. Qeyd olunanlara əsasən, borclunun ərizəsinin təmin edilməməsi xahiş edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, X3 tərəfindən ərizədə qeyd edilmiş xüsusatlarla bağlı heç bir sübut əlavə edilmədiyindən, həmçinin tələbkar qətnamənin hissə-hissə icra edilməsinə etiraz etdiyindən ərizə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 «məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə möhlət verilməsinə dair» ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakışəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar