Məhkəmə qərarları › İş №8(011)-522/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-522/2024

22.05.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-522/2024 22.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Borclunun nümayəndəsi X4 iştirakları ilə, Borclu Yedigar qızının Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov məhkəməyə təqdimatla müraciət edərək, Borclu Yedigar qızının Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4327/2021-010 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən cavabdeh X1 3305 manat nəbləğində dəymiş zərər, 74 manat dayanacaq haqqı və 100 manat avtomobilə dəymiş zərərin müəyyən edilməsinə dair qiymətləndirmə haqqı olmaqla, ümumilikdə 3479 manat pul vəsaiti tutularaq iddiaçı Tələbkar ödənilməlidir. İddia tələbləri qismən təmin edildiyindən, məhkəmə xərclərinə görə ekspertiza xərci qismində sərf edilmiş 100 manatın 50%, yəni 50 manat cavabdeh X1, qalan 50%, yəni 50 manat iddiaçı Tələbkar tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin X2 hesabına ödənilməlidir. İddia qismən təmin edildiyi üçün iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun 50 %, yəni 15 manat cavabdeh X1 tutularaq iddiaçıya ödənilməlidir, qalan 50 %, yəni 15 manat iddiaçıya aid edilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə icra məmurunun icraatına daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclu X3 icra sənədində göstərilən ünvan 1 ünvanına göndərilmişdir. Borclu icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdır. Lakin, borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Məhkəmə iclasında borclunun nümayəndəsi X5 təqdimata etiraz etməklə yanaşı, məhkəməyə ərizə ilə müraciət edərək, qətnaməni icra etdiklərini, bununla bağlı qəbzləri məhkəməyə təqdim etdiyini bildirmişdir. İş üzrə icra məmuru və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə etiraz ərizəsi ilə müraciət edən Borclu Yedigar qızı ərizəsində qeyd etmişdir ki, icra məmuru ilk növbədə ona çağırış vərəqəsi verməlidir, həmin çağırış vərəqəsində icra şöbəsinə gəlməyi hansı məqsəd daşımağını göstərməlidir. Sonra artıq çağırışa gəlməməyinin səbəbi araşdırılmalı, əgər çağırışdan üzürsüz səbəbdən yayınırsa məcburi gətirilmə barədə qərar qəbul edilməlidir. Lakin icra məmuru ona indiyə kimi çağırış vərəqəsi verməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş qəbzlərin surətindən görünür ki, Borclu Yedigar qızı tərəfindən Tələbkar olan borca görə Xətai rayon İcra şöbəsinin hesabına 17 yanvar 2024-cü il tarixdə 300 manat, 15 fevral 2024-cü il tarixdə 200 manat, 14 mart 2024-cü il tarixdə 200 manat, 15 aprel 2024-cü il tarixdə 200 manat, 13 may 2024-cü il tarixdə 200 manat olmaqla, ümumilikdə 1100 manat məbləğində pul vəsaiti köçürülmüşdür. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə hesab edir ki, borclu qeyd olunan icra sənədinin icrasından qərəzli şəkildə yayınmadığından, tərəfindən mütəmadi olaraq ödənişlər edildiyindən, onun Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsinə zərurət aradan qalxdığından, borclunun Xətai rayon İcra şöbəsinə məcburi qaydada gətirilməsinə dair təqdimat təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilovun Borclu Yedigar qızının Xətai rayon İcra şöbəsinə məcburi gətirilməsinə dair təqdimatı təmin edilməsin. Qərardaddan 10 gün müddətində Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar