Məhkəmə qərarları › İş №8(011)-525/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-525/2025

11.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-525/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, X1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3960/2024 saylı, 05 avqust 2024-cü il tarixli qətnaməsi üzrə X2 tərəfindən verilmiş qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : X2 məhkəməyə qətnamənin hissə-hissə icra olunmasına dair ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3960/2024 saylı, 05 avqust 2024-cü il tarixli qərarı ilə X3 11500 manat məbləğində pul vəsaitinin iddiaçı Tələbkar xeyrinə tutulması haqqında qərar çıxarılmışdır. Borclu hazırda makyaj ustası işləyir və aylıq əmək haqqı 400 manatdır. Ailə vəziyyətinə gəldikdə isə, boşanmışdır, tək qadındır və himayəsində iki övladı vardır. Böyük qızı Bakı Avrasiya Universitetində ödənişli əsaslarla təhsil alır, balaca oğlu isə orta məktəbdə oxuyur. Onların yaşayış və təhsil haqlarını borclu tək başına ödəyir və keçmiş əri tərəfindən də borcluya və uşaqlarının dolanışığına görə heç bir maddi dəstək verilmir. Borclunun səhhətində olan xəstəliyilə (qalxanabənzər vəzdə şiş-kistalar) bağlı müalicəsinin də xərclərini tək qadın olaraq çəkir. Göründüyü kimi bütöv bir ailə borclunun öhdəliyindədir və maddi vəziyyəti çox aşağıdır. Həmçinin borclu məhkəmə qərarının icra edilməsi, yəni borcun qaytarılması üçün əlindən gələni edir və ötən müddət ərzində Xətai rayon icra şöbəsinin hesabına borc məbləğindən hər ay maaşından 250-300 manat olmaqla - 800 manat və sonuncu dəfə 2025-ci ilin fevral ayının 19da 2000 manat olmaqla,ümumilikdə 2800 manat pul ödəmişdir. Göründüyü kimi borclu borcu ödəməkdən yayınmır. Sadəcə olaraq yerdə qalan borc məbləğinin hissə-hissə ödənilməsi ilə bağlı qərarın verilməsi borclunun vəziyyətini bir tək qadın olaraq az da olsa yüngülləşdirəcəkdir. Borclu göstərilənləri nəzərə alaraq, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3960/2024 saylı, 05 avqust 2024-cü il tarixli icra sənədinin hissə-hissə ayda 400 manat olmaqla icra edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Borclu həmçinin bildirmişdir ki, məhkəmə qərarından sonra aylıq 300 manat olmaqla ödəniş etmişdir. Hazırda 7000 manat civarında borcu qalmışdır. İş üzrə tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tələbkar və icra məmurunun iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3960/2024 saylı, 05 avqust 2024-cü il tarixli icra sənədinin surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 yanvar 2024-cü il tarixli, e-2(011)-240/2024 nömrəli qətnaməsi dəyişdirilmiş, cavabdeh X3 11500 manat məbləğində pul vəsaitinin iddiaçı Tələbkar xeyrinə tutulması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməsi, iddia ərizəsi üşün ödənilmiş dövlət rüsumundan 62,25 manatın cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qalan 73,75 manat məbləğin iddiaçıya aid edilməsi qət edilmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, X7 tərəfindən Xətai rayon İcra şöbəsinin hesabına 23 dekabr 2024-cü il tarixdə 250 manat, 16 fevral 2025-ci il tarixdə 300 manat, 19 fevral 2025-ci il tarixdə 2000 manat, 10 aprel 2025-ci il tarixdə 201 manat məbləğində vəsait ödəmişdir. İş materiallarında olan X8 tərəfindən verilmiş Ultrasonaqrafiyadan görünür ki, Gülnar Muradovaya qalxanvari vəz tipik yerləşir qanteləbənzər formadadır, kapsulu vəz boyu izlənir diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, X2 tərəfindən ərizədə qeyd edilmiş xüsusatlarla bağlı heç bir sübut əlavə edilmədiyindən tələbkarın hissə-hissə ödənişlə bağlı razılığı məhkəməyə daxil olmadığından ərizə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 «məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə möhlət verilməsinə dair» ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakışəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar