Məhkəmə qərarları › İş №8(011)-54/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-54/2023

19.01.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-54/2023 19.01.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi ilə, Borclu mülkiyyətində olan avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Tural Rəhimov təqdimatla məhkəməyə müraciət edərək, Borclu mülkiyyətində olan “BMW 735” minik markalı **-ON- *** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz c240” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz c240” minik markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərindən həbsin götürülməsi məsələsinə baxılmasını məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5264/2019-011 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu və X1 2990,4 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir, xx.xx.2019-cu il tarixdə icra sənədinin icrası ilə bağlı icraata başlamaq haqqında qərar qəbul edilmiş, tələbin kpnüllü icrası haqqında borcluya bildiriş verilmişdir, aparılmış icra tədbirləri nəticəsində Borclu adına olan “BMW 735” minik markalı **-ON-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz c240” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı, “Mercedes Benz c240” minik markalı **-MT-*** dövlət qeydiyyat nişanlı avtomobillər aşkar edilmiş və Xətai rayon Məhkəməsinin 8(011)-999 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə həbs qoyulmuşdur, tələbkar "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli məktubuna əsasən sözügedən icra sənədi tam olaraq icra edilmişdir. Tələbkar, borclu və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmiş, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 5264/2019-011 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən, Borclu və X1 müştərək qaydada sığorta ödənişinin əvəzi olaraq 2960 (iki min doqquz yüz altmış) manat və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat, 40 (qırx) qəpik, ümumilikdə 2990 (iki min doqquz yüz doxsan) manat 40 (qırx) qəpik məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Təqdimata əlavə edilmiş Xətai Rayon Məhkəməsinin 8(011)-999/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, təqdimat qismən təmin edilmiş, Borclu məxsus “BMW 735” minik markalı **-ON-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C240” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə edilmiş "xxxx" ASC tərəfindən Xətai rayon İcra Şöbəsinə ünvanlanan 6906/L №-li 25 oktyabr 2022-ci il tarixli ərizənin surətindən görünür ki, Borclu 2990,4 manat alınaraq "xxxx" ASC-yə ödənilməsi barədə iş üzrə borc məbləği "xxxx" ASCyə ödənilmişdir, göstərilənləri nəzərə alınaraq icra sənədi tam icra olunduğu üçün iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə Xətai rayon İcra Şöbəsi tərəfindən “İcraata xitam verilməsi” haqqında Qərar qəbul edilmiş, icra sənədində qeyd olunan tələb Borclu tərəfindən tam şəkildə icra olunduğundan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-5264/2019-011 nömrəli xx.xx.2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, borcunu tam ödəməklə borclunun əmlakı üzərinə həbs qoyulması əsasları aradan qaldırıldığından və məhkəmə qərardadı ilə borcluya məxsus iki avtomobilin (“BMW 735” minik markalı **-ON-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C240” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı) üzərinə həbs qoyulduğundan, təqdimat qismən əsaslıdır və buna görə də qismən təmin edilməli, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)-999/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə Borclu məxsus “BMW 735” minik markalı **-ON-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C240” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülməlidir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.4-cü maddəsinə əsasən tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün; borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün borclunun əmlakı üzərinə həbs qoyulur. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.8-cü maddəsinə əsasən, icra sənədi məhkəməyə və ya icra sənədini vermiş digər orqana qaytarıldıqdan sonra icra məmuru təyin etdiyi bütün icra tədbirlərini ləğv edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat qismən təmin edilsin. Borclu məxsus “BMW 735” minik markalı **-ON-*** dövlət qeydiyyat nişanlı və “Mercedes Benz C240” minik markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə qoyulmuş həbs götürülsün. Təqdimat qalan hissədə rədd edilsin. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar