Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-54/2025 21.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin İcra məmuru Orxan İsrafilovun iştirakı ilə, X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin məmuru Orxan İsrafilovun hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: X6 şikayətlə məhkəməyə müraciət edərək, Xətai rayon İcra Şöbəsinin rəisi vəzifəsini icra edən Vüqar Hüseynovun və icra məmuru Orxan İrsafilovun 2(011)-1748/2022 saylı icra işini üç il hərəkətsiz saxlayan hər iki vəzifəli şəxsin hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai rayon məhkəməsi onun (hakim:Ş.Əliyev) 2(011)-1748/2022 saylı mülki iş üzrə cavabdeh Borclu qarşı pul tələbini təmin etmişdir. Qətnamə xx.xx.2022-ci ildə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. İcra vərəqəsi icra edilməsi üçün Xətai rayon İcra Şöbəsinə göndərilmiş, icra məmuru Orxan İsrafılovun icraatına verilmişdir. Xətai rayon İcra Şöbəsinin rəis müavini V.Hüseynov Xətai rayon məhkəməsinə təqdimatla müraciət edərək “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 84.1-ci maddəsini rəhbər tutaraq Borclu “ölkədən getmək hüququnun müwəqəti məhdudlaşdılması” barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmiş, məhkəmə təqdimatı təmin etmişdir. Həmin qanunun 12.1-ci maddəsinə əsasən bu qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. İcra məmuru Orxan İsrafilov icra şöbəsi rəisinin bilavasitə göstərişi əsasında icra işini hərəkətsiz saxlayıb, qətnamə və icra sənədində göstərilənləri icra etməyib. Beləki borclunun evinə baxış keçirilməyib, onun daşınmaz və daşınar əmlakla bağlı əmlakının olub-olmaması yoxlanmayıb. Ona görə də borclunun nümayəndəsi (qardaşı) X7 vasitəsi ilə “yaşayış yeri üzrə” arayış alaraq icra işini icraatına qəbul edib, üç ildir hərəkətsiz saxlayır. Azərbaycan Respublikasının ”İcra Haqqında” Qanunun 87.1-ci maddəsinə əsasən icra sənədinin icra oluması ilə bağlı icra məmurunun hərəkət və ya hərəkətsizliyindən tələbkar və ya borclu icra məmurunun olduğu yer üzrə inzibati məhkəməyə şikayət verə bilər. Bu mənada dəfələrlə şikayətlər verilmiş, lakin məhkəmələr heç bir təsirli tədbirlər görməmiş, icra işi üç ildir hərəkətsiz saxlanmış, məhkəmənin müvafiq qərarı olmadan hissə-hissə ödənilməsi təşkil edilmişdir. İcra işi ilə bağlı məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, borclunun faktiki ünvanı ünvan 1işi borclu yox, başqa şəxs imzalamışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xx.xx.2019-ci il tarixli, 640 saylı Fərmanına əsasən məhkəmə qərarlarının tam və vaxtında icra edilməsi, süründürməçiliyin və digər neqativ halların aradan qaldırılması üçün görülən tədbirlərin gücləndirilməsi göstərilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-54/2025 saylı qərardadı ilə X3 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin məmuru Orxan İsrafilovun hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilsin və Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilovun hərəkətsizliyi qanunsuz hesab edilmişdir. Həmin qərardaddan icra məmuru tərəfindən şikayət verilmiş, qərardad ləğv edilmiş və hazırda X3 şikayət ərizəsinə yenidən baxılır. Məhkəmə iclasında iştirak edən Bakı şəhər Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov ərizədə qeyd edilənlərə etiraz edərək, icra sənədinin icrası məqsədi ilə onun tərəfindən məcburi icra tədbirlərinin görüldüyünü, borclu tərəfindən hissə-hissə ödəniş edildiyini, hətta dünən də ödəniş edildiyini, icra sənədinin hərəkətsiz qalmadığını bildirərək, şikayətin təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayətçi (tələbkar) və borclu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağrılsalar da, onlar, məhkəmədə iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1748/2022 nömrəli xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilməsi, cavabdeh Borclu 4700 (dörd min yeddi yüz) manat pul alınaraq iddiaçı X5 ödənilməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, 67 (altmış yeddi) manat dövlət rüsumu Borclu tutularaq dövlət büdcəsinə ödənilməsi, X4 “X2 7500 manat pul tutularaq ona verilməsi” barədə qarşılıqlı iddia tələbi təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1748/2022-012 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Suraxanı rayon icra şöbəsinin xx.xx.2022-ci il tarixli “icraata başlamaq haqqında” qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1748/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası barədə Borclu ünvanlanmış bildiriş xx.xx.2023cü il tarixdə onun tərəfindən imza edilməklə təhvil alınmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2022-ci il tarixli “icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərarla 2(011)-1748/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi Bakı şəhəri Suraxanı rayon icra şöbəsindən Bakı şəhəri Yasamal rayon icra şöbəsinə göndərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Yasamal icra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Borclu barəsində axtarış elan edilmiş və həmin qərar icra olunması üçün Bakı şəhəri Yasamal rayon Polis idarəsinə göndərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli “icra sənədinin aidiyyəti üzrə göndərilməsi haqqında” qərarla 2(011)-1748/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi Bakı şəhəri Yasamal rayon icra şöbəsindən Bakı şəhəri Xətai rayon icra şöbəsinə göndərilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdə Xətai rayon icra şöbəsi tərəfindən Borclu xəbərdarlıq ünvanlanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Xətai rayon icra şöbəsi tərəfindən Bakı şəhəri Yasamal rayon Polis idarəsinə Borclu barəsində olan axtarış tədbirlərinin surətləndirilməsi üçün tədbirlər görülməsi xahiş edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, borclu kimi axtarılan Borclu xx.xx.2023-cü il tarixdə saxlanılaraq Bakı şəhəri Xətai rayon İcra şöbəsinə təhvil verilmiş və xx.xx.2023-cü il tarixdə Borclu barəsinə açılmış xx.xx.2023-cü il tarixli 91276 nömrəli axtarış işinə xitam verilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Borclu xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsində izahat verərək icra sənədindən xəbərdar olduğunu, işləmədiyi və imkanı olmadığı üçün icra sənədi üzrə tələbi icra etmədiyini, ödəniş etmədiyini, adına rəsmiləşdirilmiş daşınar-daşınmaz əmlak olmadığını, ödənişi hissəhissə yerinə yetirəcəyini bildirmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon icra şöbəsi xx.xx.2023-cü il tarixdə Borclu Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-1748/2022 saylı xx.xx.2022-ci il tarixli icra sənədini icra etmədiyinə görə onun barəsində inzibati xəta haqqında protokolu baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 3(011)-2945/2023 saylı qərarı ilə Borclu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmiş, Bakı Apellyasiya məhkəməsi (hakim: İ.Murğuzov) xx.xx.2023-ci il tarixdə, 3(103)-1724/2023 nömrəli qərarı ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin borclu-cavabdeh Borclu barəsində olan xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Tahir Teymurov xx.xx.2023-cü il tarixdə Xətai rayon İcra Şöbəsinə ərizə verərək cavabdeh-Borclu qanuni qüvvəyə minmiş 2(011)-1748/2022 nömrəli 06 iyul 2022-ci il tarixli icra vərəqəsini qərəzli icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1.-ci maddəsinə əsasən cinayət işinin başlanması barədə müvafiq təqdimat verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)- 4537/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 2367/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə Zərərçəkmiş şəxs X3 şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 noyabr 2023-cü il tarixli, 3(011)- 4537/2023 saylı qərarı verilmiş şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)- 862/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 8(011)-932/2024 saylı qərardadı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilmiş və Borclu ölkədən getmək hüququ Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2 2(011)- 1748/2022-014 saylı xx.xx.2022-ci il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixli qəbzlə Borclu tərəfindən Xətai rayon Məhkəməsinin 2(011)- 1748/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə Xətai rayon icra şöbəsinə 800 manat məbləğində ödəniş edilmiş və həmin məbləğ xx.xx.2023-cü il tarixdə tələbkar T.T. Teymurovun hesabına köçürülmüşdür. İş materiallarında olan qəbzlərdən görünür ki, Tahir Teymurova xx.xx.2023-cü il tarixdə - 800 manat, xx.xx.2023-cü il tarixdə - 200 manat, xx.xx.2024-cü il taixdə - 100 manat, xx.xx.2024-cü il tarixdə - 150 manat, xx.xx.2024-cü il tarixdə - 200 manat, xx.xx.2024-cü il tarixdə - 300 manat, xx.xx.2024-cü il tarixdə - 300 manat, xx.xx.2024-cü il tarixdə -200 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 200 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2024-cü il tarixdə 150 manat, xx.xx.2025-ci il tarixdə 150, xx.xx.2025-ci il tarixdə 150 manat məbləğində pul vəsaitləri ödənilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-309/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından görünür ki, X3 “Bakı şəhər Xətai rayon məhkəməsinin 2(011)-1748/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi üzrə Xətai rayon İcra Şöbəsinin hərəkətsizliyinin qanunsuz hesab olunması barədə qərar qəbul edilməsi” barədə şikayəti rədd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-670/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X3 “Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilovun və İcra Şöbəsinin rəisi Vüqar Hüseynovun xx.xx.2022-ci il tarixli,2(011)- 1748/2022 nömrəli icra işi üzrə hərəkətsizliyinin qanunsuz hesab olunması” barədə şikayəti rədd edilmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Odur ki, şikayət rədd edilməlidir. Məhkəmə ərizə ilə bağlı aşağıdakı qanunvericilik normalarını bildirir: “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasdır. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 76-cı maddəsinə əsasən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər barəsində məhkəmə və digər orqanların qərarları bu Qanunla nəzərdə tutulmuş qaydada icra olunur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayətində əsaslandırdığı hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş icra işlərindən görünür ki, icra məmurları tərəfindən qərardadların icrası ilə bağlı icraata başlamaq haqqında qərarlar qəbul olunmuş, tələblərin icrası ilə bağlı borcluya bildirişlər göndərilmiş və borclu tərəfindən mütəmadi olaraq ödənişlər həyata keçirilmişdir. Ona görə də şikayət əsassız olduğundan, rədd edilməlidir. Belə ki, icra işi ilə bağlı icra tədbirləri icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmişdir, icra məmuru tərəfindən borcluya xəbərdarlıq ünvanlanmış, axtarış nəticəsində tapıldıqdan sonra izahatı alınmaqla icra sənədini icra etmədiyi üçün borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilməklə məhkəməyə göndərilmiş, bundan sonra borclu tərəfindən icra sənədi üzrə ümumi öhdəlikdən 3350 (üç min üç yüz əlli) manat məbləğin ödənilməsi təmin edilmişdir, hazırda da icra işi davam etdirilir, icra məmuru Orxan İsrafilovun və icra şöbəsinin rəisi Vüqar Hüseynovun fəaliyyəti dövründə icra işi üzrə əməlində (hərəkət və hərəkətsizliyində) hər hansı bir pozuntu halları, onlar tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət əsassızdır və buna görə də məhkəmə tərəfindən təmin oluna bilməz. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin məmuru Orxan İsrafilovun hərəkət və hərkətsizliyinin qanunsuz hesab edilməsi və icra işinin davam etdirilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-54/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-54/2025
21.02.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver