Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-543/2022 15.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Tələbkarın nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin Borclu məxsus avtomobilin üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova - icra sənədi üzrə Borclu məxsus **-GR-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit” yük markalı üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7930/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 583,1 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir.Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus **-GR-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit” yük markalı avtomobil müəyyən edilmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışdırlar. Lakin tələbkar məhkəmə iclasına gəlməmiş, Bakı şəhəri Xətai rayon İcra Şöbəsi isə nümayəndəsinin iştirakını təmin etməmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin nümayəndəsinin və tələbkarın məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxış iclasında iştirak edən tələbkarın nümayəndəsi icra vərəqəsi üzrə ödənişin tam edildiyinə görə təqdimatın təmin edilməməsini xahiş etdi. Məhkəmə təqdimatın dəlillərini və borclunun təqdim etdiyi sənədləri araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7930/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 583,1 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMCnin xeyrinə ödənilməsi qət edilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən Borclu xx.xx.2022-ci il tarixdə tələbin könüllü icrası haqqında bildiriş göndərilmişdir. Tələbkarın nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən Xətai rayon İcra Şöbəsinə ünvanlanmış ərizədən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-7930/2021-007 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu qızından tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməli olan borc ödənildiyi üçün həmin icra vərəqəsinin icraatına xitam verilməsi xahiş edilmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Borclu icra vərəqəsində göstərilən tələbi könüllü şəkildə icra etdiyinə görə onun barəsində məcburi icra tədbirinin tətbiq edilməsi üçün hər hansı əsas mövcüd deyil. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbirlərinin siyahısan daxil edilmişdir. Həmin Qanunun 44.1-ci maddəsi ilə məcburi icra tədbirlərinin tətbiqinin əsasları müəyyən edilmişdir. Belə ki, məcburi icra tədbirinin tətbiqi üçün bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədi icra məmuruna təqdim olunmalı, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilməli və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçməlidir. “İcra haqqında Qanunun 44.2-ci maddəsinə əsasən isə yuxarıda qeyd edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra sənədi üzrə Borclu məxsus olan **-GR-*** dövlət qeydiyyat nişanlı, “Ford Transit” yük markalı avtomobilin üzərinə həbs qoyulması barədə təqdimatı rədd edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-543/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-543/2022
15.07.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver