Məhkəmə qərarları › İş №8(011)-547/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-547/2023

07.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-547/2023 07.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, Tələbkarın nümayəndəsi X1 ilə Borclu məxsus avtomobilin üzərindən həbsin götürülməsi barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova təqdimatla məhkəməyə müraciət edərək, Borclu məxsus “QAZ-24” minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6124/2020-004 saylı, 10 noyabr 2020-ci il tarixli icra sənədinə əsasən 1.927 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat cavabdeh Borclu tutularaq "xxxx" MMC-yə ödənilməlidir. İcra sənədinin icra edilməsi məqsədi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-205/2021 saylı, 11 mart 2021-ci il tarixli qərardadı ilə Borclu məxsus olan “QAZ-24” minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin edilmişdir. Məhkəmə iclasında tələbkarın nümayəndəsi təqdimatın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə təqdim etdiyini bildirdi. İşdə iştirak edən digər şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onların iştirakı olmadan təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, təqdimat təmin olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-205/2021 saylı 11 mart 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatına əsasən Borclu məxsus “QAZ-24” minik markalı, **-RZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İş materiallarından görünür ki, Xətai rayon İcra şöbəsinin 24 iyun 2023-cü il tarixli icraata xitam verilməsi haqqına qərarına əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 noyabr 2020-ci il tarixli 2(011)-6126/2020-004 saylı icra sənədi üzrə icraata icra haqqında AR qanununun 20.1.5-ci maddəsinə əsasən (icra sənədi tam icra olunduqda) xitam verilmişdir. “İcra haqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası MPM-nin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. Həmin Məcəllənin 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6124/2020-004 saylı, 10 noyabr 2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu tərəfindən icra sənədində göstərilən tələb tam icra olunduğundan görülən tədbirin zəruriliyi aradan qalxmışdır. Odur ki, təqdimat təmin edilərək Borclu məxsus “QAZ- 24” minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 162, 231, 263-264 və 267-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-205/2021 saylı 11 mart 2021-ci il tarixli qərardadına əsasən Borclu məxsus “QAZ-24” minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar