Məhkəmə qərarları › İş №8(011)-552/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-552/2022

14.06.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-552/2022 14.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmurunun Borclu məxsus avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova – Borclu mülkiyyətində olan “Renault Logan” minik markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 6971 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borcludan 1136 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İcra sənədinin icra edilməsi məqsədi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-406 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borcluya məxsus “Renault Logan” markalı, ** CT *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. İcra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunmuşdur. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Belə ki, iş materiallara əlavə edilmiş sənədlərdən də görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-406/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borcluya məxsus “Renault Logan” minik markalı, ** CT *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Təqdimata əlavə edilmiş ərizənin surətindən də görünür ki, tələbkar xx.xx.2022-ci il tarixində Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək, borclu tərəfindən borc tam şəkildə ödənildiyindən icra vərəqəsinin icraatına xitam verilməsini xahiş etmişdir. Təqdimata əlavə edilmiş xx.xx.2022-ci il tarixli qərardan görünür ki, tələbkarın ərizəsinə əsasən icra sənədində qeyd olunan tələb borclu tərəfindən tam şəkildə təmin olunduğundan Azərbaycan Respublikası İcra Haqqında Qanunun 20.1.5-ci maddəsinə əsasən icraata xitam verilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tələbkarın ərizəsinə əsasən borclu borcu tam ödədiyindən, məhkəmənin qeyd edilən daşınmaz əmlakın üzərinə həbs qoyulmasına dair qərardadı ləğv edilməli və daşınmaz əmlakın üzərinə qoyulmuş həbs götürülməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. İcra sənədinin icrasını təmin etmək üçün göstərilən avtomobilin üzərinə həbs qoyulmasına olan zərurətin aradan qalxdığını nəzərə alaraq, məhkəmə hesab edir ki, təqdimat təmin edilərək, məhkəmənin qeyd edilən avtomobilin üzərinə həbs qoyulmasına dair qərardadı ləğv edilməli və avtomobilin üzərinə qoyulmuş həbs götürülməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Təqdimat təmin edilsin. Borclu mülkiyyətində olan “Renault Logan” markalı, ** CT *** qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2022-ci il tarixli, 8(011)-406/2022 saylı qərardadı ləğv edilsin. Borclu mülkiyyətində olan “Renault Logan” markalı, ** CT *** qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs götürülsün. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar