Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-552/2024 14.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, X2, borclunun nümayəndəsi və vəkili Vəkil, icra məmuru Orxan İsrafilovun iştirakı ilə ərizəçi X3 icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi barədə ərizəsinə baxaraq, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. X2 verdiyi izahatında bildirmişdir ki, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini xahiş edir. Belə ki, borclu ilə aralarında razılıq əsasında tikinti sökülmədən mübahisəli torpaq sahəsi ona təhvil verilsə də, torpaq sahəsindən istifadəyə manələr yaradılır. O həmin əraziyə giribçıxa bilmir, istifadə edə bilmir, borclu ondan əlavə pul istəyir. Bununla bağlı icra şöbəsinə və 34-cü polis bölməsinə şikayət etmişdir. Borclunun nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Borclu tərəfindən tələb tələbkarla qarşılıqlı razılıq şəklində icra edilmişdir. Özü də etiraf edir ki, mübahisəli tikili tələbkara təhvil verilmişdir. Burda məsələ tələbkarın mübahisəli ərazidən istifadəsinə edilmiş maneələrdən gedir. Ancaq tələbkarın həmin ərazidən istifadəsi üçün borclu tərəfindən heç bir maneə yaradılmır. Qeyd edilənlərə əsasən ərizənin təmin edilməməsini xahiş etmişdir. Xətai Rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilov verdiyi izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(011)- 5871/2021 saylı icra sənədi üzrə tələb tam şəkildə icra edilmişdir. Tərəflər arasında olan qarşılıqlı razılaşmaya əsasən torpaq sahəsi və tikili tələbkara təhvil verilmişdir. Sonradan tələbkarın ərizəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Məhkəmə tərəflərin izahatları və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(011)- 5871/2021 saylı qətnaməsi ilə ünvan 1 ünvanında yerləşən torpaq sahəsində olan, iddiaçı X4 məxsus 11/458 inventar nömrəli xx.xx.2017-ci il tarixli texniki pasportda göstərilməyən qanunsuz tikililər cavabdeh Borclu vəsaiti hesabına sökülərək əvvəlki vəziyyətin bərpa edilməsi və torpaq sahəsi cavabdeh Borclu tərəfindən boşaldılaraq iddiaçı X4 təhvil verilməsi qət edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(011)- 5871/2021 saylı qətnaməsi qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. X2 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(011)- 5871/2021 saylı icra sənədi üzrə tələb icra edildiyindən icraata xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədində qeyd edilən tələb borclu tərəfindən tam şəkildə icra edildiyindən icra sənədi üzrə icraata xitam verilmişdir. Beləliklə işdə iştirak edən şəxslərin izahatları və təqdim edilmiş sənədlərdən mübahisəsiz qaydada müəyyən edilmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 26 oktyabr 2021-ci il tarixli, 2(011)- 5871/2021 saylı icra sənədi üzrə tələb borclu tərəfindən tam şəkildə icra edilmişdir. Elə buna görə də, tələbkarın ərizəsi əsasında Bakı şəhəri Xətai rayon İcra Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə “İcraata xitam verilməsi” haqqında Qərar qəbul edilmişdir. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin “İcraata xitam verilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərarı qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq çıxarılmışdır və onun ləğv edilməsi üçün əsaslar mövcud deyildir. Belə olan halda məhkəmə hesab edir ki, şikayət əsassızdır və buna görə də təmin oluna bilməz. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən, 20.1.5. icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.4-cü maddəsinə əsasən, icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı daxil olduqdan sonra məhkəmə 10 gün müddətində həmin qərarın bu Qanunun tələblərinin pozulmaqla qəbul edilməsini müəyyən edərsə həmin qərarı ləğv edir. Həmin Qanunun 20.5-ci maddəsinə əsasən, tərəflər və icra sənədini vermiş digər orqan qərarın onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində həmin qərardan müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 20.7-ci maddəsinə əsasən, icraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icraata xitam verilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-552/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-552/2024
14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver