Məhkəmə qərarları › İş №8(011)-552/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-552/2025

12.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-552/2025 12.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova X4, tələbkar (ərizəçi) Tələbkar “alimentin indeksasiya olunması” barədə ərizəsinə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: Tələbkar (ərizəçi) Tələbkar “borc indeksasiya olunmaqla ödənilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, 09 iyul 2010-cu il təvəllüdlü X2, 13 mart 2012-ci il tvəllüdlü X3 və 06 avqust 2016-cı il təvəllüdlü X1 adlı uşaqlarının yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəllər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-174/2024 saylı, 08 iyul 2024-cü il tarixli qətnaməsi ilə hər uşağa görə təyin edilmiş 220 manat məbləğində alimentin indeksasiyası barədə qərardad çıxarılmasını Tələbkarın ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə ona əlavə edilmiş sənədlərlə tələbkara geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 232.1-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Həmin Məcəllənin 232.2-ci maddəsinə əsasən ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. Ərizəyə əlavə edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-174/2024 saylı, 08 iyul 2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı “nikahın pozulması, uşaqların cavabdehdən alınması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiası təmin edilmişdir. Göründüyü kimi tələbkar tərəfindən məhkəməyə ərizə verilərkən prosessual qanunvericiliyin ərazi aidiyyəti ilə bağlı imperativ tələbinə əməl edilməmişdir. Alimentin indeksasiya olunması barədə ərizə ilə ilkin alimentin müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilmiş məhkəməyə verilməli olduğu halda, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə verilmişdir. Beləliklə, tələbkar tərəfindən indeksasiya barədə ərizə mülki-prosessual qanunvericiliyin tələblərinin pozulması ilə bağlı verildiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232-ci maddələrini rəhbər tutaraq, Qərara aldım: Tələbkar (ərizəçi) Tələbkar “alimentin indeksasiya olunması” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Tələbkara izah edilsin ki, ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar