Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-554/2024 04.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, Borclunun nümayəndəsi və vəkili Vəkil1 qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Borclu Məlikov Cəlal Mirzaağa oğlu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-570/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsinin icra qaydasının “xx.xx.2013-0ü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün Məlikov Cəlal Mirzaağa oğlundan onun qazancının 1/3 hissəsi miqdarda Borclu xeyrinə tutulan alimentin ½ hissəsinin onların hər biri üçün müvafiq olaraq alimentin ¼ hissəsi miqdarında olmaqla X1 və X2 adına açılacaq bank hesabına köçürülsün.” kimi müəyyən edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Məlikov Cəlal Mirzaağa oğlundan onun qazancının 1/3 hissəsi miqdarda Borclu xeyrinə tutulan alimentin 1/2 hissəsinin onların hər biri üçün müvafiq olaraq alimentin % hissəsi miqdarında olmaqla X1 və X2 adına açılacaq bank hesabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Belə ki, Məlikov Cəlal Mirzaağa oğlunun aylıq qazancından cavabdehin xeyrinə tutulan alimentin minimum miqdarı olan 3000 manatdan (hansı ki, bir çox aylarda 5000 və daha artıq olur) artıq olan məbləğin 50%-i, yəni uşaqlar yetkinlik yaşına çatanadək onların adına açılmış bank hesabına köçürüləcək məbləğ 2000 manata yaxındır və yenə bir çox aylarda onun miqdarı 3000 manata yaxınlaşır və hətta daha da artıq olur. Bu məbləğ uşaqlar arasında bərabər bölündükdə isə onların hər birinin adına ayrıca olaraq açılmış bank hesablanna köçürüləcək məbləğ ən azı 1000 manat təşkil edir. Borclu özünün və uşaqlarının yaşayışını və digər ehtiyaclarını təmin etmək üçün isə hər ay ən azı 2000 manat, bir çox aylarda isə 3000 manata yaxın vəsait qalır ki, bu miqdar onlann hər üçünün layiqli həyat səviyyəsini təmin etmək üçün kifayət edir. Eyni zamanda, iddiaçı tərəfindən uşaqların bir çox ehtiyaclarının mütəmadi olaraq qarşılandığını da nəzərə alsaq, qeyd edilən məbləğdən artıq olan tutulmanın onun cavabdeh tərəfindən sui-istifadə olunmasına gətirib çıxaracağı nəticəsinə gəlmək qaçınılmazdır. Ona görə də bu sui-istifadənin qarşısının alınması, onun minimuma endirilməsi üçün iddiaçıdan cavabdehin xeyrinə tutulan alimentin 50 faizi uşaq yetkinlik yaşına çatanadək onun adına açılmış bank hesabına köçürülməlidir. Bu həm də uşağı, iddiaçının qazancı ilə bağlı gələcəkdə yarana biləcək risklərdən sığortalanması məqsədi daşıyır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-570/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3446/2023 nömrəli iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(102)-4168/2023 nömrəli qərarı ilə Məlikov Cəlal Mirzaağa oğlunun kassasiya şikayəti qimən təmin edilmişdir. Hazırda isə qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. Borclu Məlikov Cəlal Mirzaağa oğlu təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bu məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tələbkarın nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında ərizəyə etiraz edərək, ərizənin əsassız olduğundan təmin edilməməsini xahiş etdi. Bakı Apellyasiya Məhkəməsinin 2(1030-3446/2023 saylı qətnaməsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 14605/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iki uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq tələbkar Borclu ödənilməsi qət edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-570/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Məlikov Cəlal Mirzaağa oğlundan onun qazancının ⅓ hissəsi miqdarda Borclu xeyrinə tutulan alimentin ½ hissəsinin onların hər biri üçün müvafiq olaraq alimentin ¼ hissəsi miqdarında olmaqla X1 və X2 adına açılacaq bank hesabına köçürülməsi barədə qətnamə qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3446/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsi ilə cavabdeh Borclu apellyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-570/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Məlikov Cəlal Mirzaağa oğlunun cavabdeh Borclu qarşı xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün Məlikov Cəlal Mirzaağa oğlundan onun qazancının ⅓ hissəsi miqdarda Borclu xeyrinə tutulan alimentin ½ hissəsinin onların hər biri üçün müvafiq olaraq alimentin ¼ hissəsi miqdarında olmaqla X1 və X2 adına açılacaq bank hesabına köçürülməsi barədə iddia tələbinin təmin edilməməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 50 manat iddiaçı Məlikov Cəlal Mirzaağa oğlundan alınaraq cavabdeh Borclu ödənilməsi, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu məbləğinin iddiaçıya aid olunması qət olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-4168/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3446/2023 nömrəli iş üzrə 19 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə icraata xitam verilərək, iddiaçı Məlikov Cəlal Mirzaağa oğlunun kassasiya şikayəti qismən təmin edilmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixdə qəbul etdiyi “Uşaq hüquqları haqqında” Konvensiyasının 3-cü maddəsindən görünür ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən, məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Qeyd olunan Məcəllənin 56.1-ci maddəsinə əsəsən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 231.1.-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə qeyd edir ki, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur. Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Hazırki vəziyyətdə isə həmin tələbin təmin edilməsinin uşağın maraqlarına uyğun olması, eyni zamanda uşağa verilən alimentdən düzgün istifadə olunmadığını düşünməyə əsas verəcək hər hansı hal məhkəmə tərəfindən müəyyən olunmamış və ərizəçi tərəf tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər. (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282) Sadalananlara əsasən məhkəmə hesab edir ki, Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı müddəalarının hazırkı işə tətbiqi baxımından ərizəçi öz hüquqi mövqeyini sübut edə bilməmiş və hər hansı mötəbər sübutlar məhkəməyə təqdim etmədiyindən ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 04/2023-cü il tarixli Qərardadına əsasən ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Borclu Məlikov Cəlal Mirzaağa oğlunun nümayəndəsi və vəkili Vəkil1 qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-554/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-554/2024
04.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver