Məhkəmə qərarları › İş №8(011)-555/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-555/2023

24.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-555/2023 24.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Tələbkar "xxxx" ASC-nin nümayəndəsi X17, X5 və onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2098/2011 saylı 05 iyul 2011-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə X5nun şikayətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2098/2011 saylı 05 iyul 2011-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə X5 şikayət ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, iddiaçı "xxxx" ASC cavabdehlər X15, X11, X4 və X13 qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi, borcun ipoteka predmetinə yönəldilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 45.000 manat əsas, 18.276 manat 75 qəpik faiz və 2,067 manat dəbbə pulu olmaqla, cəmi 65.345 manat 75 qəpik kredit borcunun cavabdeh X7 və 45.000 manat əsas, 18.276 manat 75 qəpik faiz və 2,067 manat dəbbə pulu olmaqla, cəmi 65.345 manat 75 qəpik kredit borcunun cavabdeh X3, habelə iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ ilə yüklü edilmiş X20ma məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0,0523 ha. torpaq sahəsində yerləşən 28 saylı, 5 mərtəbəli, binada 41,43 kv.m. ümumi sahəsi, 27,33 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 14 saylı mənzilə yönəldilməsi, X14 və X8 mənzilə mülkiyyət hüquqlarına xitam verilməsi, mənzilin açıq hərracda satılması, mənzil satıldıqdan sonra X14 və X8 mənzildən istifadə hüququ itirilməklə mənzildən çıxarılmaları baərədə qətnamə qət edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2011 -ci il tarixli 2(011)-2098/2011 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, 45.000 manat əsas, 18.276 manat 75 qəpik faiz və 300 manat dəbbə pulu olmaqla, cəmi 63.576 manat 75 qəpik kredit borcunun cavabdeh X7 və 45.000 manat əsas, 18.276 manat 75 qəpik faiz və 300 manat dəbbə pulu olmaqla, cəmi 63.576 manat 75 qəpik kredit borcunun cavabdeh X3, habelə iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun cavabdehlərdən bankın xeyrinə tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ ilə yüklü edilmiş X15 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0,0523 ha. torpaq sahəsində yerləışən 28 saylı, 5 mərtəbəli, binada 41,43 kv.m. ümumi sahəsi, 27,33 kv.m. yaşayış sahəsindən ibarət 2 otaqlı 14 saylı mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracda satılması, satışdan əldə olunan vəsaitdən 127.153 manat 50 qəpik və 20 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin X15 verilməsi, X14 və X8 olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 28 saylı evin, 14 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi və onların mənzildən çıxarılması və ipoteka predmetinin ilkin satış qiymətinin 130000 manat müəyyən edilməsi və iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən edilir ki, cavabdeh X14 və X8 olan Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 28 saylı evin, 14 saylı mənzilinə istifadə hüquqlarının itirilməsi qət edilmiş, lakin onların həmin mənzilə mülkiyyət hüquqlarının itirilməsi qət edilməmiş və belə olan halda onların mülkiyyət hüquqları hazırkıp qətnamə ilə saxlanılmışdır. Digər bir əsas da ondan ibarətdir ki, qətnamənin icrasının ipoteka predmetinə yönəldilməsi qət edilmişdir. Tələb ipoteka predmeti yetərli olmadığı halda cavabdeh X9 və cavabdeh X3 tutulması məhkəmə qətnaməsi qət edilməmişdir. Belə bir tələb iddianın predmetini və əsasını da təşkil etmir, yəni iddiaçı belə bir tələblə çıxış edib iddia etmir ki, tələbi ipoteka predmeti yetərli olmadığı halda cavabdeh X9 və cavabdeh X1 qalmış məbləğin tutulması həmin iki cavabdehə əlavə olaraq yönəldilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmədiyi və qət edilmədiyi halda həmin hissədə icra vərəqi verilə bilməz və verilmiş icra vərəqi qanunsuz hesab edilməlidir. İcra vərəqi məhkəmənin qətnamə üzrə “qət etdi” hissəsi ilə təsdiq edilir. Göründüyü kimi hazırda tələbin ipoteka predmeti yetərli olmadığı halda cavabdeh X9 və cavabdeh X1 qalmış məbləğin tutulmasına dair qanuni qüvvəsini almamış məhkəmə qətnaməsi mövcud deyil və buna dair icra edilməsi üçün məhkəmə tərəfindən bu növ icra edilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)-2098/2011 saylı qətnaməsi üzrə icra vərəqi də verilməmişdir. Bakı şəhəri Xətai Rayon məhkəməsinin xx.xx.2011 -ci il tarixli 2(011 )-2098/2011 saylı qətnaməsi üzrə icra vərəqəsi yalnız tələbin ipoteka predmetininə yönəldilməsi qət edilmiş və icra vərəqi də həmin tələbə yönəldilmişdir. İş materiallarındakı xx.xx.2009-cu il tarixli 105 saylı kredit müqaviləsinin 8-ci bəndində qeyd edilir ki, borc icra edilmədikdə öhdəliyin icrası girov qoyandan tələb ediliəcək. Tutma girov qoyulmuş əmlaka yönəldiləcək (i/v. 15). İş materiallarındakı xx.xx.2009-cu il tarixli 106 saylı kredit müqaviləsinin 1 -ci bəndində qeyd edilir ki, torpaq sahəsi alınması üçün Hümmət Azadalıyev 50.000 manat məbləğində bankdan pul götürmüş və bu öhdəlik girovla təmin edilmişdir (i/v,18).Həmin kredit müqaviləsinin 10-cu bəndində qeyd edilir ki, öhdəlik icra edilmədikdə tələbin (tutmanının) girov predmrtinə yönəltmək Bankın hüquq və vəzifələrindən biridir (i/v. 20). Müqavilənin 9-cu bəndində (borclunun hüquq və vəzifələri) borclunun kredit üzrə öhdəliyinin icrasının girovla təmin edilməsi vəzifəsi nəzərdə tutulmuşdur.İstər məhkəmə iclasının protokolundakı iddiaçının nümayəndələrinin izahatlarında və istərsə də iddia ərizəsində ipoteka predmeti olan mənzilin qiymətinin borcun ödənilməsi üçün yetərli olmadığı halda tutmanın cavabdehlərin digər əmlaklarına yönəldilməsi barədə tələb yoxdur, belə bir şərt tərəflərin arasında olan müqavilələrdə də mövcud deyil (i/v. 82). Cavabdeh X7 pul tutulmasına dair icra vərəqəsi olmadığından həmin icra icraatı qanunsuz hesab edilməklə icra icraatına xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2(011)-2098/2011 saylı qətnaməsi üzrə cavabdeh X2 qalmış məbləğin tutulması, həmin cavabdehə əlavə olaraq yönəldilməsi məhkəmə qətnaməsi ilə müəyyən edilmədiyi və qət edilmədiyi halda həmin hissədə pul tutulmasına dair icra vərəqsi olmadığından həmin icra icraatının qanunsuz hesab edilməklə icra icraatına xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar "xxxx" ASC-nin nümayəndəsi X21 şikayətin təmin edilməsinə etiraz etməklə yanaşı, şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında X5 və onun nümayəndəsi və vəkili Nümayəndə hər biri ayrı-ayrılıqda şikayəti müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada xəbərdar olunmuş icra məmuru məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyul 2011-ci il tarixli 2(011)-2098/2011 saylı icra vərəqəsindən görünür ki, X12 45000 manat əsas, 18276 manat 75 qəpik faiz və 300 manat dəbbə pulu olmaqla, cəmi 63576 manat 75 qəpik kredit borcu və X3 45000 manat əsas, 18276 manat 75 qəpik faiz və 300 manat dəbbə pulu olmaqla, cəmi 63576 manat 75 qəpik kredit borcu, iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət rüsumu alınaraq "xxxx" ASC-yə ödənilməsi, tutmanın Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0,0523 ha torpaq sahəsində yerləşən 28 saylı, 5 mərtəbəli binada 41,43 kv.m, ümumi 27.33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 14 saylı mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılması, satışdan əldə olunan vəsaitdən 127.153 manat 50 qəpik və 20 manat dövlət rüsumunun "xxxx" ASC-yə ödənilməsi, satışdan əldə olunan vəsaitin qətnamənin icrasından artıq qalan hissəsinin X15 verilməsi, X14 və X8 Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 28 saylı evin, 14 saylı mənzilinə istifadə hüququnun itirilməsi və onların həmin mənzildən çıxarılması, ipoteka predmetinin ilkin satış qiymətinin 130000 manat olması müəyyən edilmişdir. İş materiallarında olan Nərimanov rayon icra şöbəsi tərəfindən X10 nümayəndəsi və vəkili Nümayəndə ünvanlanmış xx.xx.2022-ci il tarixli 16987-3302/11-15-19 nömrəli məktubdan görünür ki, icra sənədi xx.xx.2011-ci il tarixdə icraata daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək, icra olunması üçün borcluya, məlumat üçün tələbkara və müvafiq məhkəməyə bildiriş göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2013-cü il tarixli məlumatına əsasən Bakı şəhəri Xətai rayon məhkəməsinin 2(011)- 2098/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsindən borclu X19 tərəfindən apelyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4770/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi ilə borclu X14 apelyasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4770/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-792/2012 saylı, xx.xx.2012-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4770/2011 saylı, xx.xx.2011-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İcra sənədinin icrası ilə bağlı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0,0523 ha torpaq sahəsində yerləşən 28 saylı, 5 mərtəbəli binada 41,43 kv.m, ümumi sahəsi 27,33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 14 saylı mənzilin hərracdan satışının təmin edilməsi məqsədi ilə icra sənədi xx.xx.2013-cü il tarixdə “Əmlak X6” MMC-yə göndərilmişdir. “Əmlak X6” MMC-nin xx.xx.2013-cü il tarixli protokoluna əsasən Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində istifadədə olan 0,0523 ha torpaq sahəsində yerləşən 28 saylı, 5 mərtəbəli binada 41,43 kv.m, ümumi sahəsi 27,33 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı, 14 saylı mənzili 82875 manata tələbkar "xxxx" ASC tərəfindən hərracdan əldə edilmişdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 47.5-ci maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka qoyana qaytarılmalıdır. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən məhkəmə icra sənədi üzrə icraata xitam verilməsi haqqında məsələyə məhkəmə icra məmurunun təqdimatı əsasında baxır və təqdimatın təmin olunması və ya rədd olunması haqqında qərardad çıxarır. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2098/2011 saylı 05 iyul 2011-ci il tarixli qətnaməsi hazırda qüvvədə olduğundan və hələ də tam şəkildə icra olunmadığından, həmçinin icraata xitam verilməsi haqqında məsələyə məhkəmə icra məmurunun təqdimatı əsasında baxdığına görə, şikayət təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 263-264, 266-268ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2098/2011 saylı 05 iyul 2011-ci il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə X5nun şikayəti təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar