Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-556/2025 11.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, X2 tərəfindən verilmiş “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi” barədə şikayətə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103) -35/2024- 057 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin icra məmuru Orxan İsrafilovun hərəkətlərinin qarunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edən borclunun nümayəndəsi-vəkili Vəkil şikayəti müdafiə edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli icraata başalamaq haqqında qərara əsasən Bakı Apellyasiya Məhkəməsinin 2(103) -35/2024-057 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə X15 borclu şəxs qismində icraata cəlb edilmişdir. İcra sənədinə əsasən X17 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən ümumi sahəsi 59.4 kv.m. olan bir otaqlı mənzildən çıxarılmalı və mənzil boşaldılaraq iddiaçı X5 təhvil verilməsini qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103) -35/2024-057 nömrəli məhkəmə qərarına əsasən Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən ümumi sahəsi 59.4 kv.m. olan bir otaqlı mənzil X18 tərəfindən boşaldılmalı idi. xx.xx.2024-cü il tarixli təhviltəslim aktına əsasən həmin mənzil borclu tərəfimdən X10 təhvil verilib. X9 həmin mənzilə dair 2006-cı il tarixli alqı-satqı müqaviləsi var, müqavilə qüvvədədir və məhkəmə qaydasında mübahisələndirilməyib. Təhvil təslim aktına əsasən X18 ilə X15 arasında razılaşma əldə edilmişdir və həmin razılaşmaya əsasən sözügedən mənzilə çəkilən təmir xərcləri 30 000 manat miqdarında müəyyən edilmişdir. Həmin məbləğin 5000 manatı X15 tərəfindən X14 ödənilmişdir və qalan məbləğ bir il müddətinə ödənilməsi barədə razılıq əldə edilmişdir. xx.xx.2025-ci il tarixli icraata başalamaq haqqında qərara əsasən Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov tərəfindən icra şöbəsinə X18 icra şöbəsinə dəvət edilib və izahatı alınıb. İzahatında qeyd edilib ki, həmin mənzil X11 istfadə və sahibliyində deyil, bu səbədən məhkəmə qətnaməsinin icra edilməsi mümkün deyil. Belə ki, icra vərəqi təsdiq edilib icraata başlamaq haqqında qərar qəbul edilməmişdən qabaq, yəni xx.xx.2024-cü il tarixdə oartriq həmin mənzili alqı-satqı müqaviləsi üzrə sahibi X16 təhvil verib, lakin buna baxmayarq icra məmuru hesab edir ki X11 hərəkətlərində məhkəmə qətnaməsini qəstnən icra etməmək niyyəti var və məcburi icra tədbirlərini davam edir.Mənzilin boşaldılmasına dair bildiriş ünvanlanıb, bildirşdə borclu şəxs kimi X9 adı qeyd edilib və xx.xx.2025-ci il tarixinə saat 11:00-a mənzilin məcburi boşaldılması icra tadbiri təyin edilib. İcra vərəqinə əsasən Mahmudova Lavuza borclu deyil, ona qarşı mənzilin boşaldılmasına dair hər hansı bir tələb, qanuni qüvvəsini almış qətnamə yoxdur. Borclu, icra məmuru və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə ərizəyə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəni və ona əlavə olunan sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 35/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən, İddiaçı X3 cavabdeh X6 qarşı “mənzilin təhvil verilməsi və s.” tələbinə dair iddiası təmin olunmuş, cavabdeh X12 ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilindən çıxarılsın və mənzil boşaldılaraq iddiaçı X5 təhvil verilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının iddiaçı X5 qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiası rədd edilsin. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının cavabdeh X6 qarşı “mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və s.” iddiası rədd edilsin.Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddiaçı X5 qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiası rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının (xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli) tədqiqat dəyəri olan 200 manat cavabdeh X12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Cəfərova Raya Yusif qızı və X7 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3708/2024 saylı xx.xx.2024cü il tarixli qərarına əsasən, Müstəqil tələb irəli sürən üçün şəxs Cəfərova Raya Yusif qızının kassasiya şikayəti təmin edilməsin. Müstəqil tələb irəli sürən üçün şəxs X15 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli 2(103)35/2024 nömrəli qətnaməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının iddiaçı X5 qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs Cəfərova Raya Yusif qızının cavabdeh X6 qarşı “mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və s.” tələbinə dair iddiasının rədd edilməsi və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X9 iddiaçı X5 qarşı “müqavilənin etibarsız hesab olunması” tələbinə dair iddiasının rədd edilməsi hissələrində dəyişdirilmədən saxlanılmışdır. e32639/2025-1-46-004 nömrəli İcra İşindən görünür ki: - Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2025-ci il tarixli “icraata başlamaq haqqında” qərar ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-35/2024-057 nömrəli xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası haqqında X6 ünvanlanmış xx.xx.2025-ci il tarixli bildiriş göndərilmişdir. - xx.xx.2025-ci il tarixli izahatdan görünür ki, X12 Bakı şəhəri Xətai rayon İcra şöbəsinə izahat vermişdir. - xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, mənzilin təhvili (xx.xx.2024) icraata başlamaq haqqında qərardan (xx.xx.2025) əvvəl baş verdiyi üçün hazırda həmin mənzilin X4 istifadə və sahibliyində olmadığı üçün 2(103)35/2024-057 nömrəli icra sənədinin onun tərəfindən icra edilməsi mümkün deyil. - xx.xx.2025-ci il tarixli borclunun məcburi gətirilməsi haqqında qərardan görünür ki, ünvan 2 ünvanında yaşayan X4 məcburi qaydada Bakı şəhəri Xətai rayon İcra şöbəsinə gətirilməsi qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli, e32639/2025-1-46-002 saylı xəbərdarlıq Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən X6 göndərilmişdir. - xx.xx.2025-ci il tarixli Aktdan görünür ki, X12 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən 70-ci mənzildə görülmüşdür. - xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən X4 məhkəmə qərarının icrası ilə bağlı müraciətinə baxılmışdır. - X12 barəsində xx.xx.2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. - xx.xx.2025-ci il tarixli, 17/74№32639/2 saylı məktubdan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-35/2024-057 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrasının xx.xx.2025-ci il tarixə saat 11:00-a təyin edilməsi barədə işdə iştirak edən şəxslərə və maraqlı şəxslərə məlumat göndərilmişdir. - xx.xx.2025-ci il tarixli mütəxəssisin dəvət edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.4 kv.m olan bir otaqlı mənzilin qapılarının məcburi qaydada açılması qərara alınmışdır. - xx.xx.2025-ci il tarixli aktdan və ona əlavə olunmuş qeyddən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən ümumi sahəsi 59.4 kv.m. olan bir otaqlı mənzil boşaldılmışdır lakin mənzildə Mahmudova Lavuza icra vərəqəsi üzrə borclu olmadığından qalmağa və istifadəyə davam etmişdir. - xx.xx.2025-ci il tarixli X13 tərəfindən ünvanlanan ərizədən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yerləşən 70-ci mənzildən Mustafayeva Sevinc və digərləri çıxardılaraq, mənzil boşaldılaraq ona təhvil verilmişdir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 35/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən, cavabdeh X12 ailə üzvləri ilə birlikdə Bakı şəhəri Xətai rayonu Gəncə prospekti 2935A ünvanında yerləşən çoxmərtəbəli binanın 1-ci blok, 11-ci mərtəbəsindəki ümumi sahəsi 59.47 kv.m olan bir otaqlı mənzilindən çıxarılsın və mənzil boşaldılaraq iddiaçı X5 təhvil verilməli, İş üzrə keçirilmiş məhkəmə ekspertizalarının (xx.xx.2024-cü il və xx.xx.2023-cü il tarixli) tədqiqat dəyəri olan 200 manat cavabdeh X12, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxslər Cəfərova Raya Yusif qızı və X7 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir, Xətai rayon İcra şöbəsi (icra məmuru Orxan İsrafilov) tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, icra işi ilə bağlı icra tədbirləri icra haqqında qanunvericiliyin tələb etdiyi forma və qaydalara uyğun olaraq həyata keçirilmişdir, bundan sonra ev boşaldılaraq və ünvanda yaşayan şəxslər çıxardılaraq tələbkara təhvil verilmişdir. İcra məmuru Orxan İsrafilovun fəaliyyəti dövründə icra işi üzrə əməlində (hərəkət və hərəkətsizliyində) hər hansı bir pozuntu halları, onlar tərəfindən icra hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsaslar məhkəmə tərəfindən müəyyən edilməmişdir Məhkəmə qeyd edir ki, məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi hazırda qüvvədə olduğundan və onun icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburi olduğundan, icra məmuru tərəfindən həyata keçirilmiş tədbirlər ona qanunvericiliklə verilən səlahiyyətlər və hüquqlar daxilində olduğundan, icra məmuru tərəfindən icra haqqında qanunvericiliyin pozulması halları müəyyən edilmədiyindən icranın həyata keçirilməsi məqsədilə icra məmuru tərəfindən həyata keçirilən tədbirlər formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmin Konstitusiyanın 129-cu maddəsinə əsasən, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. İcra Haqqında Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Həmin Qanunun 6.1.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədləri sayılır. Həmin Qanunun 84.1-ci maddəsinə əsasən, icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə, o cümlədən qərarlarının icra olunmamasına görə, icra sənədinin itirilməsinə və ya onun vaxtında göndərilməməsinə görə, habelə borclunun iş yeri və ya yaşayış yeri, onun gəlirləri və əmlak vəziyyəti haqqında dəqiq olmayan məlumat təqdim edilməsinə görə icra məmuru təqsirkar şəxslərin inzibati məsuliyyətə cəlb olunması üçün qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrasına maneçilik törətmə halları istisna olmaqla). Eyni zamanda icra qurumunun və ya icra xidmətinin rəhbəri tərəfindən icra məmurunun qanuni tələblərini yerinə yetirməyən vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi barədə yuxarı və ya aidiyyəti təşkilatlara təqdimat göndərilə bilər. Vəzifəli şəxsin qanunsuz hərəkətlərinə şərait yaradan halların aradan qaldırılması barədə təqdimata baxılmasının nəticələri haqqında 1 ay müddətində məlumat verilməlidir. “İcra mməurları haqqında” Qanunun 8-ci maddəsinə əsasən, icra xidməti icra məmurunun icra ilə əlaqədar aşağıdakı hüquqları vardır: öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat almaq; borclunun iş yerində icra sənədlərinin icrası vəziyyətini yoxlamaq; müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar vermək; zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək; əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək (qanuna əsasən icra sənədləri üzrə tələb yönəldilə bilməyən əmlak növlərindən başqa); tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəltmək; tələbi borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəltmək; tələbi borclunun digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəltmək; icra sənədlərində göstərilmiş predmetləri borcludan almaq və tələbkara vermək; borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görmək; icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq; icra sənədlərində göstərilən digər tədbirləri həyata keçirmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək; müvafiq icra hakimiyyəti orqanı və digər dövlət orqanlarından (qurumlarından) icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı onların səlahiyyətlərinə uyğun olaraq yardım almaq; icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar məlumatları müvafiq icra hakimiyyəti orqanının “Elektron icra” informasiya sistemi vasitəsilə əldə etmək; qanunda nəzərdə tutulmuş qaydada eyni vaxtda birdən çox məcburi icra tədbiri görmək. İcra xidməti icra məmurunun məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar aşağıdakı hüquqları vardır: kömək üçün polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının, daxili qoşunların hərbi qulluqçularının dəvət olunması üçün icra qurumunun rəhbərinə müraciət etmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı). Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutub məhkəmə qərara aldı: X1 Bakı şəhəri Xətai rayon İcra şöbəsinin məmuru Orxan İsrafilovun hərəkət və hərkətsizliyinin qanunsuz hesab edilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №8(011)-556/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-556/2025
11.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver