Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-559/2023 09.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Ceyhun Həmidovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 8(011)-186/2023 saylı qərardadı ilə avtomobilin üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə təqdimatına Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Ceyhun Həmidov təqdimatla məhkəməyə müraciət edərək, təqdimatda göstərmişdir ki, Bakı şəhəri Xətai rayon icra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3950/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 154 manat sabit pul məbləğində aliment, eyni zamanda X1 3 yaşına çatanadək saxlanılması üçün hər ay 50 manat aliment tutularaq tələbkar X2 xeyrinə ödənilməlidir. İcra sənədinin icrasının təmini tədbiri olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-186/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadına əsasən Borclu məxsus olan “Opel Astra H” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Tələbin icrası ilə bağlı tələbkar X3 17 iyul 2023-cü il tarixdə ərizə ilə şöbəyə müraciət edərək Borclu aliment borcunun olmadığını bildirmişdir. Göstərilənlərə əsasən təqdimatda Borclu məxsus olan “Opel Astra H” minik markalı, **- EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. İş üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədiyinə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlmədiklərinə və ya nümayəndələrinin iştiraklarını təmin etmədiklərinə görə məhkəmə iclası onların və ya nümayəndələrinin iştirakları olmadan keçirilsin. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-186/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Opel Astra H” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, iş materialından və təqdimatdan məlum olur ki, icra tədbirləri davam etdirilən zaman borcun tam qaydada ödənişi təmin edilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Borclu mülkiyyətində olan “Opel Astra H” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan həbsin götürülməsinə dair təqdimat təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-186/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə Borclu mülkiyyətində olan “Opel Astra H” minik markalı, **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası DBYP-nə və Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə tapşırılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-559/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-559/2023
09.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver