Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-559/2024 06.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirlinin Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5306/2022 nömrəli icra sənədi üzrə tələbkarın tələbdən imtinasının qəbul edilməsi barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli Bakı şəhər Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-5306/2022 nömrəli icra sənədi üzrə Tələbkar tələbdən imtinası məsələsinə baxılması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5306/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclu xx.xx.1983-cü il təvəllüdlü Tasdemır Erhandan 32240 manat tutularaq Tələbkar ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəlmişdir. İcra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və bildirişlə birlikdə borclu Tasdemır Erhanın ünvanına göndərilmişdir. Borcluya icra sənədində qeyd olunan tələbi könüllü təmin etməsi üçün on gün könüllü müddət təyin edilmişdir. Tələbkar xx.xx.2024-cü il tarixli ərizə ilə Xətai rayon icra şöbəsinə müraciət edərək borclu Tasdemır Erhan ilə razılığa gəldiyini, iddiasından imtina etdiyini, heç bir tələbinin olmadığını bildirmiş və icra sənədinə xitam verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak etmiş şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Belə ki, təqdimata əlavə edilmiş, tərəfindən İcra Şöbəsinə ünvanlanan xx.xx.2024-cü il tarixli ərizədə tələbkar Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1786/2019 nömrəli, xx.xx.2019-cü il tarixli icra sənədinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, tələbkarın tələbdən imtinası barədə ərizəsində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1786/2019 nömrəli, xx.xx.2019-cü il tarixli icra sənədinə xitam verilməsini xahiş etdiyindən, icra məmuru isə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5306/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borclunun tələbdən imtinası məsələsinə baxılmasını xahiş etdiyindən hazırki təqdimat təmin edilməməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.1-ci maddəsinə əsasən, məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə icra sənədi üzrə icraata xitam verilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 20.2-ci maddəsinə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №8(011)-559/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-559/2024
06.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver