Məhkəmə qərarları › İş №8(011)-56/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-56/2023

28.02.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-56/2023 28.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Mehdi Zeynalovun iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin MTT(011)-71/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə Xətai rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalovun xx.xx.2022-ci il tarixli “aliment borcunun hesablanması” haqqında qərarından borclu X8 tərəfindən verilən şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: Borclu X8 Xətai rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalovun xx.xx.2022-ci il tarixli “aliment borcunun hesablanması” haqqında qərarından şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin MTT(011)-71/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə X3 07 oktyabr 2010-cu il təvəllüdlü X1 üçün xx.xx.2022-ci il tarixdən başlayaraq X6 hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında müvəqqəti aliment tutularaq, Dzafarova İradaya verilməlidir. Eyni zamanda xx.xx.2022 tarixdə icraata daxil olmuş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-704/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə birgə nikahdan olan övladları xx.xx.2016-cı il təvəllüdlü X2 Dzhafarovnanın himayəsində saxlanılmaqla xx.xx.2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq, İrada Dzhafarovaya ödənilməli və alimentin tutulması xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X7 tərəfindən qəbul edilmiş “aliment borcunun hesablanması haqqında” xx.xx.2022-ci il tarixli qərar ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin MTT(011)-71/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2(011)-704/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə cavabdehin borcu ümumilikdə 5770,16 manat müəyyən olunmuşdur. Qərar xx.xx.2022-ci il tarixdə cavabdehə təqdim olunmuşdur. Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu X7 tərəfindən qəbul edilmiş “aliment borcunun hesablanması haqqında” xx.xx.2022-ci il tarixli qərar aşağıda göstərilən səbəblərdən düzgün çıxarılmadığı üçün ləğv edilməlidir. Belə ki, qeyd olunduğu kimi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-704/2022 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə birgə nikahdan olan övladı xx.xx.2016-cı il təvəllüdlü X2 Dzafarovanın himayəsində saxlanılmaqla xx.xx.2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən alınaraq hər ay qazancının (başqa gəlirlərinin) dörddə bir hissəsi miqdarında aliment tutularaq, İrada Dzafarovaya ödənilməli və alimentin tutulması xx.xx.2021-ci il tarixdən hesablanmalıdır. Hazırkı icra işinin materiallarında mövcud olan, borclu tərəfindən təqdim edilmiş "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli, 41/22 nömrəli əmrinə əsasən, X8 Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsinə əsasən xx.xx.2022-ci il tarixdən etibarən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Qərarda Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqcusu X7 tərəfindən (tərəfindən verilmiş ərizə əsasında) göndərilmiş sorğuya "xxxx" MMC tərəfinddən verilmiş cavab məktubunda vergilər çıxıldıqdan sonra X6 2021-ci ilin noyabr ayından xx.xx.2022-ci il tarixə kimi ümumilikdə 22564,65 manat əmək haqqı aldığı və həmin məbləğin dörddə bir hissəsinin isə 5641,16 manat təşkil etdiyi göstərilmişdir. Həmçinin qərarda X6 işləmədiyi dövr üçün alimentin hesablanması məqsədilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X7 tərəfindən AR Dövlət Statistika Komitəsinə sorğu göndərilmiş və xx.xx.2022-ci il tarixli cavabına əsasən 2022-ci ilin orta aylıq nominal əmək haqqının 829 manat təşkil etdiyi və həmin məbləğin dörddə bir hissəsinin 207,25 manat təşkil etdiyi göstərilmişdir. Məhz Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru X7 tərəfindən X6 tələbkara olan borcu AR Dövlət Statistika Komitəsinin cavab məktubu əsasında hesablanmışdır ki, bu qətiyyən doğru deyildir. Belə ki, "Azərbaycan Respublikasında 2022-ci il üçiin yaşayış minimumu haqqında" Azərbaycan Respublikasınm Qanununa əsasən 2022-ci il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilmişdir. Bu səbəbdəndə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru X7 tərəfindən borclunun ödəməli olduğm orta aylıq sabit pul məbləğinin 207,25 manat olmaqla hesablanması qətiyyən düzgün deyildir. Bundan başqa qeyd edilən qərarda borclunun tələbkar İrada Dzhafarovanm xeyrinə xx.xx.2022-ci il tarixdə 400 manat və xx.xx.2022-ci il tarixdə 300 manat aliment ödədiyi və həmin məbləğlər çıxılmaqla tarixli icra sənədləri üzrə X6 borcu ümumilikdə 5770,16 manat müəyyən olunmuşdur ki, bu da qətiyyən doğru deyildir. Belə ki, hazırkı şikayətiə əlavə etdiyi ödəniş qəbzlərinin surətlərindən göründüyü kimi borclu X8 tələbkar İrada Dzhafarovanın qəbzlərinin surətlərindən göründüyü kimi borclu X8 tələbkar İrada Dzhafarovanın "xxxx" ASC-də olan 4169 7412 3396 8764 nömrəli plastik kart üzrə hesabına xx.xx.2022-ci il tarixdə ödədiyi 400 manat və xx.xx.2022-ci il tarixdə ödədiyi 300 manat alimentdən savayı, həmçinin xx.xx.2022ci il tarixdə 400 manat və xx.xx.2023-cü il tarixdə 400 manat alimenti könüllü şəkildə ödəmişdir. Ona görə də Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin böyük icra məmuru X7 tərəfindən qəəbul edilmiş “aliment borcunun hesablanması haqqında” xx.xx.2022-ci il tarixli qərarda icra sənədləri üzrə X6 borcu ümumilikdə 5770,16 manat müəyyən edilməsi qətiyyən düzgün deyildir. Göstərilənlərə əsasən Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X7 tərəfindən qəbul edilmiş “aliment borcunun hesablanması haqqında” xx.xx.2022-ci il tarixli qərar göstərilən səbəblərə görə ləğv olunmalıdır. Məhkəmə iclasında çıxış edən Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalov izahatında bildirmişdir ki, qeyd olunan icra sənədləri üzrə icra məmuru tərəfindən borclunun əmək haqqının müəyyən edilməsi üçün müvafiq sorğular edilmiş, X6 2021-ci ili noyabr ayından xx.xx.2022-ci il tarixədək əmək haqqı vergilər çıxıldıqdan sonra ümumilikdə 22564,65 manat müəyyən edilmişdir. Həmin məbləğin ¼ hissəsi 5641,16 manat təşkil etmiş, eyni zamanda 2022-ci ilin orta aylıq nominal əmək haqqının 829 manat təşkil etdiyi müəyyən olunmuşdur. Həmin məbləğin ¼ hissəsi 207,25 manat təşkil edir. İcra məmuru eyni zamanda izahatında bildirmişdir ki, borclu tərəfindən tələbkar İrada Dzhafarovanın xeyrinə xx.xx.2022-ci il tarixdə 400 manat və xx.xx.2022-ci il tarixdə 300 manat aliment ödənilmişdir. İş üzrə digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə digər tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayəti nəzərdən keçirərək hesab edir ki, borclu X8 tərəfindən verilmiş şikayət ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli aliment borcunun hesablanması haqqında qərarın surətindən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin MTT(011)-71/2022 saylı, xx.xx.2022-ci il tarixli və 2(011)- 704/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə borclu X6 ümumilikdə borcu 5770,16 manat müəyyən edilmişdir. İş materiallarında olan 14/22 saylı, xx.xx.2022-ci il tarixli "xxxx" MMC tərəfindən verilmiş əmrin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci maddəsinin 1-ci hissəsinə əsasən tutduğu vəzifədən azad edilmiş, onunla bağlanmış əmək müqaviləsi ləğv edilmişdir. İş materiallarında Bakı şəhəri Xətai rayon İcra şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqcusu X7 tərəfindən göndərilmiş sorğuya "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, vergilər tutulduqdan sonra X6 2021-ci ilin noyabr ayından 2022-ci ilin iyul ayına kimi ümumilikdə əmək haqqı 24837,65 manat təşkil edir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2022-ci il tarixli, 06/1- 62 nömrəli məktubundan görünür ki, muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 2022-ci ilin yanvar-avqust aylarında 829 manat təşkil etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 106.3-cü maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir. Həmin məcəllənin 106.4-cü maddəsinə bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq yetkinlik yaşına çatmayanlara ödənilən aliment üzrə borcların miqdarı aliment ödəməli olan şəxsin onu ödəmədiyi dövr ərzindəki qazancına və başqa gəlirlərinə görə müəyyən edilir. Həmin şəxs göstərilən dövrdə işləmədikdə və ya onun əmək haqqının və (və ya) başqa gəlirlərini təsdiqləyən sənəd təqdim edilmədikdə, aliment üzrə borcların miqdarı borc tutulduğu vaxtda Azərbaycan Respublikası üzrə orta əmək haqqına görə müəyyən edilir. Borcların bu cür müəyyən edilməsi tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozarsa, həmin tərəf məhkəməyə müraciət edə bilər. Bu halda məhkəmə tərəflərin maddi və ailə vəziyyətini və diqqətəlayiq olan digər halları nəzərə alaraq aliment üzrə borcları sabit pul məbləğində müəyyən edə bilər. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Mehdi Zeynalovun izahatından və icra işi materiallarından müəyyən edilir ki, aliment borcu qanunvericilikdə nəzərdə tutulmuş qaydaya riayət edilməklə X6 əmək haqqına uyğun olaraq hesablanmışdır. Beləliklə, borclu X6 şikayəti əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 162-ci, 263-264cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə Q ə r a r a a l d ı: Borclu X8 tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin MTT(011)-71/2022 nömrəli, xx.xx.2022-ci il tarixli və 2(011)-704/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədləri üzrə Xətai rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalovun xx.xx.2022-ci il tarixli “aliment borcunun hesablanması” haqqında qərarından verilən şikayət təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar