Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-566/2023 14.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1589/2023 saylı 28 fevral 2023-cü il tarixli qətnaməsindən X2 tərəfindən verilmiş qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : X2 məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, o, 01 iyul 2021-ci il tarixli kredit müqaviləsinə əsasən 4458.40 manat məbləğində kredit verilmişdir. xx.xx.2023-cü il tarixə Tələbkar ASC-yə 3334.12 manat əsas, 495.08 manat faiz, cəmi 3829.20 manat borc yaranmışdır. Həmin borcdan müəyyən qədər ödəniş etmişdir. 2022-ci ilin iyun ayında 1060 manat, sonra isə 100 manat ayda ödəniş etmişdir. xx.xx.2023-cü il tarixdə 100 manat ödəmişdir. O, pulu götürən ərəfədə işıq idarəsində işləmişdir. Sonra işdə ixtisar olunmuş, pandemiya ilə əlaqədar işsiz qalmışdır. Bu pulu dostuna kömək məqsədilə götürmüşdür. Həmin vaxt subay olmuşdur. Hazırda evlidir, bir körpə 6 aylıq qız övladı var. Həyat yoldaşı ilə qanları tutuşmadığından uşaq problemli doğulmuşdur. Uşaq doğulunca anasına peyvənd vurulmuş, hətta doğulandan 3 gün sonra anasına yenidən peyvənd vurulmuş, uşaq isə xəstəxanada küveysdə 2 həftə qalmışdır. Hələ də uşaq inkişafdan çox geri qalır. Müalicə yolu ilə Allah ümidinə uşağı qoruyurlar. Borclu hazırda çörək zavodunda işləyir, fəhlədir. Maaşı 400 manatdır. Uşağın zəruri ehtiyaclarını yetişdirir. Göstərilənləri nəzərə alaraq, borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1589/2023 saylı 28 fevral 2023-cü il tarixli qətnaməsinin hissə-hissə icra olunması (ayda 100 manat ödənilməklə) barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə tələbkar, borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin tələbkarın nümayəndəsi məhkəməyə etiraz ərizəsi təqdim edərək, ərizənin təmin edilməməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tələbkar, borclu və icra məmurunun iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı möhlət verilməsinə dair ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə belə qənaətə gəlir ki, X2 ərizədə qeyd etdiyi xüsusatlarla bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən, eyni zamanda tələbkar borcun hissə-hissə ödənilməsinə etiraz etdiyindən ərizə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 «məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə möhlət verilməsinə dair» ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakışəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-566/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-566/2023
14.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver