Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-566/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi ilə, Şikayətçi BOKT "xxxx" MMC-nin Bakı şəhəri Xətai rayon İcra şöbəsinin 17 mart 2024-cü il tarixli icra sənədinin qaytarılması haqqında qərarının ləğv edilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şikayətçi BOKT "xxxx" MMC Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1803/2023-011 saylı icra sənədinin 17 mart 2024-cü il tarixdə geri qaytarılması barədə qərarını ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1803/2023-011 saylı icra sənədinə əsasən ünvan 1 ünvanında qeydiyyatda olan Borclu tələbkar "xxxx" Sığorta Şirkəti ASC-non xeyrinə cəmi 304 manat məbləğində pul vəsaitinin tutulması qərara alınmışdır. Həmin icra qeydinə əsasən Borclu cəmiyyətin xeyrinə 304 (üç yüz dörd) manat məbləğində pul tutulmalıdır. Həmin icra sənədi Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusiflinin icraatına daxil olmuş, ondan sonra icra məmuru Türkay Yusifli tərəfindən "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.3-cii maddəsinin tələbini rəhbər tutaraq 8İ-4646 saylı, 29 noyabr 2023-cü il tarixli icra sənədini 17 mart 2024-cü il tarixdə geri qaytarılması barədə qərar qəbul etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1803/2023-011 saylı icra sənədinin 17 mart 2024-cü il tarixdə geri qaytarılması barədə qərarı qanunsuz və əsassızdır. Bununla əlaqədar məhkəmənin diqqətinə çatdırmaq istəyirik ki, Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusiflinin icraatında olan Bank Olmayan Kredit Təşkilatı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dair icra işlərinin yeri qaytarılmasımı səbəb olan dəlillərə dair icra məmuru tərəfindən toplanmış sənədlər ilə tanış olmaq istəyərkən icra məmuru cəmiyyətin nümayəndəsinə "İcra haqqında" Azərbaycan Respublikasının 29-cu maddəsinin tələblərini kobud pozaraq iş materialları ilə tanış olmağa və onlardan çıxarışların çıxarılmasına şərait yaratmaqdan imtina etmişdir. Bundan başqa, icra məmuru tərəfindən geri qaytarılmış icra sənədləri ilə bağlı borclunun izahatı alınmamış, həmçinin qəbul edilmiş qərarında hər hansı əsaslandırma aparmamış “İcra haqqında" Azərbaycan Respublikasının 23.3-cü maddəsinin tələblərinə əsasən icra məmuru tərəfindən hansı görülmüş bütün tədbirlər nəticə verilmədiyi qeyd olunmamışdır. Həmçinin, icra məmuru ərazi üzrə nümayəndəyə bildirmişdir ki, həmin işləri kütləvi şəkildə geri qaytarılmasına səbəb ümimiyyətlə cəmiyyətin işlərini görmək istəməməsi və buna sərf edəcək vaxtının olmaması ilə əlaqələndirmişdir. Tələbkar, borclu və Xətai Rayon İcra Şöbəsinin nümayəndəsi təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar məhkəmə iclasına gəlməmiş, onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, məhkəmə onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslıdır. Buna görə də şikayət təmin edilməlidir. Belə ki, “İcra haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən tələbin icra edilmədiyi və ya qismən icra edildiyi icra sənədi, borcluda tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər olmadıqda və icra məmuru tərəfindən onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı görülmüş bütün tədbirlər nəticə vermədikdə, icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır. Həmin Qanunun 23.2-ci maddəsinə əsasən tələbin icrası bu Qanunun 23.1.2 - 23.1.5-ci maddələrində göstərilən əsaslara görə mümkün olmadıqda, icra məmuru bu haqda müvafiq akt tərtib edir və həmin akt icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və bu barədə tələbkara məlumat verilir. Həmin Qanunun 23.7-ci maddəsinə əsasən icra sənədinin məhkəməyə və ya digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması, avans ödəməsinin isə tələbkara qaytarılması barədə icra məmuru tərəfindən qərar qəbul edilir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1803/2023-011 saylı icra sənədinin qaytarılması barədə 17 mart 2024-cü il tarixli qərardan görünür ki, borclunun adına mülkün, bağ sahəsinin, torpaq sahəsinin, avtomobilin, VÖEN-in, qiymətli kağızın, əmanətin olub-olmaması və təqaüd alıb-almaması barədə aidiyyəti orqan və təşkilatlara sorğular göndərilmiş və borclunun mülkiyyətində keç bir əmlak aşkar edilməmiş və icra sənədi Bakı şəhəri Xətai Rayon Məhkəməsinə geri qaytarılmışdır. Lakin işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, icra məmuru tərəfindən icra sənədinin icra edilməsi istiqamətində bütün zəruri icra tədbirləri həyata keçirilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət əsaslıdır. Odur ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1803/2023-011 saylı icra sənədi üzrə 17 mart 2024-cü il tarixli “İcra sənədinin qaytarılması” haqqında qərar ləğv edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1803/2023- 011 saylı icra qeydi üzrə icra hərəkətlərinin davam etdirilməsi öhdəliyi icra məmuruna həvalə edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şikayət təmin edilsin. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən qəbul edilmiş Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1803/2023- 011 saylı icra sənədi üzrə 17 mart 2024-cü il tarixli “İcra sənədinin qaytarılması” haqqında qərar ləğv edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-1803/2023-011 saylı icra qeydi üzrə icra hərəkətlərinin davam etdirilməsi öhdəliyi icra məmuruna həvalə edilsin. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-566/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-566/2024
07.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver