Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-569/2023 17.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu “ölkədən getmək hüququnun məhdudlaşdırılması” barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-1984/2023-005 saylı, 15 mart 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1.202,14 manat məbləğində pul vəsaiti və 34.45 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-1419/2023-006 saylı, 14 fevral 2023-cü il tarixli icra sənədinə əsasən Borclu 360 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədləri 15 aprel 2023-cü il və 02 may 2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Hazırda icra sənədləri üzrə borcdan ödənişlər edilməmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsi və işdə iştirak edən şəxslər təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Tələbkar "xxxx" MMCnin nümayəndəsi ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak edən şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq, icra işi materiallarını nəzərdən keçirərək hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, işin bütün hallarını, eyni zamanda icra sənədlərinin icraya yönəldilməsindən xeyli müddət ötməsinə baxmayaraq bu günədək icra olunmadığını, habelə borc məbləğinin həcmini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə tərəfindən tədqiq edilmiş təqdimata əlavə edilmiş sənədlərdən və icra işinin materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(011)-1419/2023-006 saylı, 14 fevral 2023-cü il tarixli icra sənədinə əsasən 15 aprel 2023-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş, 12 may 2023-cü il tarixində borclu bildirişə imza ataraq qərarın surətini və bildirişi rəsmi qaydada almışdır. 12 may 2023-cü il tarixində icra şöbəsi tərəfindən borclunun izahatı alınmış, sonuncu icra vərəqindən məlumatsız olduğunu və ödənişlər etməkdən boyun qaçırmadığını qeyd etmişdir. Daha sonra borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədilə “Elektron icra” sistemi vasitəsilə verilmiş sorğulara əsasən borclunun mülkiyyətində hər hansı əmlak aşkarlanmamışdır. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova tərəfindən Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-1984/2023-005 saylı, 15 mart 2023-cü il tarixli icra sənədinə əsasən 02 may 2023-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın və tələbin könüllü icrası barədə bildiriş surəti borclunun icra vərəqində qeyd olunan ünvanına rəsmi qaydada göndərilmişdir. Daha sonra borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədilə “Elektron icra” sistemi vasitəsilə verilmiş sorğulara əsasən borclunun mülkiyyətində hər hansı əmlak aşkarlanmamışdır. 14 iyul 2023-cü il tarixdə borclunun yaşadığı yeri müəyyən etmək mümkün olmadığından icra məmuru tərəfindən akt tərtib edilmişdir. Daha sonra 14 iyul 2023-cü il tarixdə borclunun axtarışı elan edilmişdir. Daha sonra 14 iyul 2023-cü il tarixində Xətai rayon İcra şöbəsinin icraatında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1984/2023-005 saylı, 15 mart 2023-cü il tarixli icra sənədi Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1419/2023-006 saylı, 14 fevral 2023-cü il tarixli icra sənədinə birləşdirilmiş və işin icrası icra məmuru Kəmalə Həsənovaya həvalə edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, icra məmuru tərəfindən qətnamələrin icrası üçün görülmüş bütün tədbirlər nəticə etibarilə səmərə verməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 231.3-cü maddəsinə əsasən, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslara uyğun olaraq icra sənədi üzrə icraatın məhkəmələr tərəfindən dayandırılmalı olduğu hallarda icra üzrə icraatın dayandırılması məsələləri, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icra məmurunun təqdimatına əsasən həll edilir. Məhkəmələrin verdiyi icra sənədinə əsasən başlanmış icraat icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən, inzibati-iqtisadi məhkəmənin verdiyi icra sənədinə əsasən başlanmış icraat isə həmin inzibati-iqtisadi məhkəmə və ya icra məmurunun olduğu yer üzrə müvafiq inzibati-iqtisadi məhkəmə tərəfindən dayandırılır. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması məsələsinə icra məmurunun olduğu yer üzrə məhkəmə tərəfindən baxılır. İcra üzrə icraatın dayandırılması, habelə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara bu Məcəllənin 231.2-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada baxılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı : Təqdimat təmin edilsin. 07 avqust 1993-cü il tarixdə Qusar rayonu, Lanqu kəndində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №8(011)-569/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-569/2023
17.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver