Məhkəmə qərarları › İş №8(011)-571/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-571/2024

07.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-571/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, X2, ərizəçinin nümayəndəsi və vəkili X6 iştirakı ilə X3nun icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəsinə baxaraq, müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən icra sənədinin verilməsi üçün əsas olmuş sənədin və bakı Apelyasiya Məhkəməsinin qərarının izah olunması üçün müvafiq olaraq həmin qərarı çıxaran məhkəməyə müraciət edilməsi zəruriyyəti yarandığından Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3656/2023-005 nömrəli xx.xx.2023cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə qərardadın qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, borclular X9, X5 uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvani küç 2319, 229 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılmalarına, mənzilin boşaldılaraq tələbkar X12 təhvil verilməsinə, tələbkar X11 həmin mənzilə köçürülməsinə dair Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3656/2023-005 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar Xətai rayon İcra Şöbəsi tərəfindən ona məktub daxil olmuşdur. X3 hal-hazırda icra sənədi üzrə boşaldılması tələb olunan 229 saylı mənzildə həyat yoldaşı və 2 azyaşlı qız övladı ilə birgə yaşayır. İcra məmuru tərəfindən qeyd edilən icra sənədinin icrası, yəni mənzildən məcburi qaydada çıxarılma, icra sənədi üzrə borclular X9 və X4 yox, qanunsuz olaraq məhz ərizəçi və onun ailə üzvlərindən tələb olunur. Halbuki adı çəkilən icra sənədində konkret olaraq borclular X9 və X5 229 saylı mənzildən çıxarılması və mənzilin əmlakları ilə boşaldılması qeyd edilmişdir. Yuxarıda adı çəkilən şəxslər ümumiyyətlə həmin mənzildə heç vaxt yaşamayıblar. Bu barədə icra məmuru Yusifli Türkaya dəfələrlə müraciət edərək ərizəçinin mənzildən məcburi çıxarılmağının əsassız olduğu və icra sənədi üçün əsas olan məhkəmə aktına izah edilməsi üçün məhkəməyə müraciət edilməli olmasını bildirsə də icra məmuru buna məhəl qoymamışdırİcra məmuru X9 və X8 icra sənədi üzrə borclu olduqları halda onlardan qanunla tələb edilməli hərəkətlərin onun və ailə üzvlərindən tələb edilməsi tam əsassız və qanunsuz olmaqla bərabər onun konstutision hüquq olan mülkiyyət hüquqlarımı kobudcasına pozulmasına yol açmaqdadır. Bu səbəbdən də Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3656/2023-005 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədinə və bu sənədə əsas olmuş Bakı Apelyasiya Məhkəməsinin qərarın izah edilməsi üçün icra məmuru tərəfindən müvafiq məhkəməyə müraciət edilməlidir. X2 və onun vəkili ərizənin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etmişdirlər. Məhkəmə tərəflərin izahatları və iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)- 276/2023 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh X11 cavabdehlər X9, X5 uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılması, iddiaçı həmin mənzilə köçürülməyi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddiası rədd edilmiş, X14 ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında ünvan 1 ünvanındakı binanın 3-cü blok 14-cü mərtəbəsində yerləşən 229 nömrəli mənzilə dair bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə etibarsız hesab edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3656/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı X14 və cavabdeh "xxxx" MTK tərəfindən ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin olunaraq Xətai Rayon Məhkəməsinin 2(011)-276/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, cavabdehlər X9, X8 uşaqları ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, S.Ə.Şirvanı küçəsi, 2319-cu məhəllə, yüksək mərtəbəli evin, 3-cü blok, 14-cü mərtəbəsində yerləşən, üç otaqlı, 229 saylı mənzildən əmlakları ilə birlikdə çıxarılması, mənzilin boşaldılaraq iddiaçı X12 təhvil verilməsi, iddiaçı X14 həmin mənzilə köçürülməsi qət edilmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(103)-3656/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi qanuni qüvvəsini alaraq, icraya yönəldilmişdir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsi tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, borcluya tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. Lakin müəyyən edilmişdir ki, mübahisəli mənzildə X9, X8 deyil, X10 və onuin ailə üzvləri yaşayır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 17.1.9-cu maddəsinə əsasən icra məmuru icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması üçün müvafiq məhkəməyə və ya digər orqana müraciət etdikdə icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Göründüyü kimi, icra sənədi üzrə icraat məcburi olaraq dayandırıldığı hallar qanunvericlikdə sadalanmışdır. Ərizəçi icra sənədi üzrə icraatın dayandırılmasının zəruriliyini Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3656/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin izah edilməsi ilə bağlı əlaqələndirsə də, izahla bağlı müvafiq məhkəməyə və ya digər orqana müraciət etdiyinə dair hər hansı dəlil və ya sübut təqdim etməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 icra sənədinin verilməsi üçün əsas olmuş sənədin və Bakı Apelyasiya Məhkəməsinin qərarının izah olunması üçün müvafiq olaraq həmin qərarı çıxaran məhkəməyə müraciət edilməsi zəruriyyəti yarandığından Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3656/2023-005 nömrəli xx.xx.2023cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəsi əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: X1 icra sənədinin verilməsi üçün əsas olmuş sənədin və Bakı Apelyasiya Məhkəməsinin qərarının izah olunması üçün müvafiq olaraq həmin qərarı çıxaran məhkəməyə müraciət edilməsi zəruriyyəti yarandığından Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3656/2023-005 nömrəli xx.xx.2023-cü il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə ərizəsi təmin edilməsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar