Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-573/2025 30.05.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Novruzova Gülsanə Emin qızının katibliyi ilə, Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin borclular Borclu1, Borclu4, Borclu2 və Borclu3 barəsində məcburi gətirilmə tədbirinin tətbiq edilməsinə dair təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Elşən Bəşirli Borclu1, Borclu4, Borclu2 və Borclu3 məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1261/2024-009 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclular X1, Borclu4, Borclu2 və Borclu3 ünvan 5, ev 1, mənzil 28 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdırlar. İcra sənədi xx.xx.2024-cü il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclular Quliyeva (Şıxalıyeva) Məlahət Məhərrəm qızı, Borclu4, Borclu2 və Borclu3 icra sənədində göstərilən ünvan 2 ünvanına göndərilmişdir. Borclular icraata başlamaq haqqında qərarın surətini və bildirişi qəbul etmiş və edilən çoxsaylı xəbərdarlıqlara baxmayaraq icra şöbəsinə gəlməkdən boyun qaçırmışdırlar. Lakin, borclular bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdirlər. Bakı şəhəri Xətai rayon İcra Şöbəsi, tələbkar və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişdirlər. Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinin nümayədəsinin və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməməkləri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsaslıdır. Buna görə də təqdimat təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1261/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən cavabdehlər Borclu1, Borclu4, Borclu2 və Borclu3 ünvan 5, ev 1, mənzil 28 (Yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılmalıdır. İş materiallarından görünür ki, Xətai rayon İcra şöbəsinin icra məmuru Elşən Bəşirli tərəfindən xx.xx.2024-cü il tarixində icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında borclular Quliyeva (Şıxalıyeva) Məlahət Məhərrəm qızı, Borclu4, Borclu2 və Borclu3 bildiriş təqdim edilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Məhkəmə iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, “İcra haqqında” icra sənədinin icrasının təmin edilməsi məqsədilə borclu barəsində Azərbaycan Respublikası Qanununun 84.2-ci maddəsinə əsasən məcburi gətirmə tədbiri tətbiq olunmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. ünvan 4 ünvanında qeydiyyatda olan və ünvan 5, ev 1, mənzil 28 (Yeni qaydalarla: ünvan 1 ünvanında yaşayan xx.xx.1956-cı il təvəllüdlü borclu Quliyeva (Şıxalıyeva) Məlahət Məhərrəm qızı, xx.xx.1987-ci il təvəllüdlü Borclu2, xx.xx.1989-cu il təvəllüdlü Borclu3, xx.xx.1985-ci il təvəllüdlü Borclu4 Bakı Şəhəri Xətai Rayon İcra Şöbəsinə məcburi gətirilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-573/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-573/2025
30.05.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver