Məhkəmə qərarları › İş №8(011)-586/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-586/2025

03.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-586/2025 03.07.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, Tələbkarı X3, Borclunın iştirakı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Orxan İsrafilov – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanılan Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-4746/2024- 017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay qazancı və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutularaq X4 ödənilməlidir. Alimentin tutulması müddəti xx.xx.2024-cü il tarixdən müəyyən edilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş, həmin tarixdə icraata başlanılmış, borcluya qərarın və bildirişin surəti göndərilmişdir. Borclunun əmək haqqısı müəyyən olunmuş və xx.xx.2024-cü il tarixdə icra sənədinin tələbi icra olunması üçün iş yerinə göndərilmişdir. Sonradan borclunun 2024-cü ilin dekabr ayından ödənişsiz məzuniyyətə buraxılması müəyyən edilmiş və hazırda 5 ay aliment borcu mövcuddur. (2000 manatadək). Hesab edir ki, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Tələbkar X5 məhkəmə iclasında təqdimatın təmin edilməsini xahiş etdi. Borclu məhkəmə iclasında təqdimatın təmin edilməməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuruna təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, o (nümayəndəsi) məhkəmə iclasına gəlməmişlər. Onun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-4746/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay qazancı və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutularaq X4 ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra edilməsi üçün bildiriş Borclu tərəfindən qəbul edilmişdir. Həmçinin, borclu qərarı, bildirişi qəbul etmişdir. “Bue Caspian LTD” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndələyinin xx.xx.2025-ci il tarixli 2025-329-25m saylı əmrindən görünür ki, Borclu xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 91 təqvim günü müdətində ödənişsiz məzuniyyət verilmişdir. “Bue Caspian LTD” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndələyinin xx.xx.2025-ci il tarixli 2025-376-25m saylı əmrindən görünür ki, Borclu xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinədək 91 təqvim günü müdətində ödənişsiz məzuniyyət verilmişdir. “Bue Caspian LTD” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndələyinin xx.xx.2025-ci il tarixli 2025-402-25m saylı əmrindən görünür ki, Borclu ödənişsiz məzuniyyəti xx.xx.2025-ci il tarixində sonlandırılmışdır. Əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Borclu “Bue Caspian LTD” şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndələyində kapitanın 2-ci köməkçisi/DPO vəzifəsində işləyir, əmək haqqı 3195 manat təşkil edir. 2025-ci ilin may ayına dair əmək haqqının hesablanması barədə hesabatdan görünür ki, Borclu ödəniləcək olan 1.617,81 manat əmək haqqından 198,49 manat gəlir vergisi, 32,36 manat Həmkarlar İttifaqına üzvlüyə görə haqq, 346,74 manat məbləğində isə aliment ödənişi tutulmuş və 1.040,22 manat məbləğində pul vəsaiti borcluya ödənilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” 2.4-cü maddəsinə əsasən, təqdimatda borclunun soyadı, adı, atasının adı, doğulduğu yer və tarix, qeydiyyatda olduğu və yaşadığı ünvan, vətəndaşlığı, icra sənədinin icrası ilə əlaqədar həyata keçirilmiş tədbirlər, borcluya icraata başlamaq haqqında qərarın və könüllü icra üçün bildirişin verilməsi, həmin vaxtda və daha sonra borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi barədə məlumatlar qeyd olunmalıdır. Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin həmin Paktın qeyd edilən maddəsinə dair qəbul etdiyi xx.xx.1999-cu il tarixli 27 saylı X7 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. Hazırkı təqdimata baxılarkən borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilmədiyi müəyyən edilməmişdir. Belə ki, 2(011)-4746/2024-017 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu hər ay qazancı və (və ya) başqa gəlirlərinin dörddə bir hissəsi məbləğində aliment tutularaq X4 ödənilməlidir. Borclu X1 xx.xx.2025-ci ildən xx.xx.2025-ci il tarixədək ödənişsiz məzuniyyətdə olduğu mübahisəsiz haldır. Bu da onu deməyə əsas verir ki, borclunun qeyd edilən dövrdə hər hansı gəliri olmamışdır ki, onun da 1/3 hissəsi aliment ödənişi kimi tələbkarın xeyrinə tutulsun. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat əsassızdır və buna görə də təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclunın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar