Məhkəmə qərarları › İş №8(011)-590/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-590/2023

18.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-590/2023 18.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Məhkəmə iclas katibi Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, Tələbkar vəkili və nümayəndəsi Vəkil iştirakı ilə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-230/2022 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədi üzrə “borclunun əmlakı üzərinə həbs qoyulması” barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənova Borclu məxsus daşınmaz əmlakın üzərinə həbsin qoyulması barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-230/2022-022 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-230/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadadının “qərara aldı” hissəsi “02 noyabr 2022-ci il tarixdən hesablanmaqla 23 iyun 2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 400 manat olmaqla, cəmi 800 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilsin” kimi izah edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-230/2022-008 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 23 iyun 2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər uşaq üçün 400 manat olmaqla, cəmi 800 manat sabit pul məbləğində aliment cavabdeh Borclu tutularaq Tələbkar ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e2(011)- 182/2023-027 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 17 fevral 2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 400 manat, cəmi 800 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. İcra sənədləri Bakı şəhəri Xətai rayon icra şöbəsinə daxil olduğu tarixdən və qanunamüvafiq qaydada icraya yönəldilmişlər. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanıpa göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasitəsilə sorğular edilmişdir. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi "Şəms" b/y-nın 146/1 saylı bağ sahəsinin bir hissəsinin olduğu müəyyən edilmişdir. İcra sənədi üzrə ödənilməmiş aliment borcu 2.300 manat təşkil edir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının üzərinə həbs qoyulmalıdır. Tələbkar vəkili və nümayəndəsi Vəkil məhkəmə iclasında öz izahatında bildirmişdir ki, borclu tərəfindən 2.300 manat borc ödənilmişdir. Bu səbəbdən də o, təqdimatın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinə və bocluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmışlar. Lakin onlar məhkəmə iclasına gəlməmişlər. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmurunun və işdə iştirak etmiş şəxslərin məhkəmə iclasına gəlməmələri məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 16(011)-230/2022-022 nömrəli, xx.xx.2022-ci il tarixli icra vərəqəsinə əsasən 23 iyun 2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X1 üçün hər ay hər bir uşaq üçün 400 manat olmaqla, cəmi 800 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. İş materiallarına əlavə edilmiş Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 182/2023-cü il tarixli icra vərəqəsinə əsasən xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 400 manat, cəmi 800 manat sabit pul məbləğində aliment Borclu tutularaq Tələbkar ödənilməlidir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, xx.xx.2023-cü il tarixdə Tələbkar Fərqan qızına 2.300 manat məbləğində pul köçürülmüşdür. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə məcburi icra tədbirləri aşağıdakılardır: 1) borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 2) tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 3) tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 4) icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 5) bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44-cü maddəsinə görə məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 1) bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 2) icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 3) könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi. Həmin Qanunun 44.2-ci maddəsinə görə bu Qanunun 44.1-ci maddəsində müəyyən edilmiş əsaslardan hər hansı biri olmadıqda məcburi icra tədbirlərinin tətbiqinə yol verilmir. Göründüyü kimi icra sənədi üzrə borc ödənildiyindən borclunun əmlakı üzərinə həbsin qoyulmasına əsas yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Borclu məxsus məxsus daşınmaz əmlakın üzərinə həbsin qoyulması barədə Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar