Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-590/2024 12.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Ceyhun Həmidovun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 8(011)-511/2019 saylı qərardadı ilə avtomobil üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə təqdimatına Bakı şəhərində məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin böyük icra məmuru Ceyhun Həmidov avtomobil üzərinə qoyulmuş həbsin ləğv edilməsi barədə təqdimatla məhkəməyə müraciət edərək, təqdimatda göstərmişdir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 1156/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 1500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2171/2019 saylı, xx.xx.2019-cü il tarixli icra sənədinə əsasən Tələbkar xeyrinə cavabdeh Borclu 772 manat məbləğində pul vəsaiti tutulmalıdır. İcra sənədinin icrasının təmini tədbiri olaraq Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)- 511/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən Borclu məxsus “Mercedes Benz GL 450” minik markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1156/2019 saylı, xx.xx.2019-cu tarixli icra sənədinə əsasən Borclu dövlətə olan borcu silindiyindən «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4-1-ci və 20.2- c maddələrini rəhbər tutaraq xitam verilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2171/2019 saylı, xx.xx.2019-cü il tarixli tələbin icrası ilə bağlı icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan sözügedən icra sənədini “İcra Haqqında" AR Qanununun 20.1.5-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilmişdir. Göstərilənlərə əsasən təqdimatda Borclu məxsus olan “Mercedes Benz GL 450” minik markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir. İş üzrə borclu və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 8(011)-511/2019 saylı qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes Benz GL 450” minik markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)- 1156/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədindən müəyyən edilir ki, Borclu 1500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 8(011)-511/2019 saylı qərardadından müəyyən edilir ki, Borclu mülkiyyətində olan “Mercedes Benz GL 450” minik markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilmişdir. İş materiallarında olan Xətai rayon İcra şöbəsinin “icraata xitam verilməsi haqqında” 07 avqust 2020-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2171/2019-012 saylı, 05 aprel 2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. İş materiallarında olan Xətai rayon İcra şöbəsinin “icraata xitam verilməsi haqqında” 24 may 2024-cü il tarixli qərarından görünür ki, Borclu dövlətə olan borcu silinmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 3(005)-1156/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, Borclu mülkiyyətində olan “Mercedes Benz GL 450” minik markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan həbsin götürülməsinə dair təqdimat təmin olunmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-in 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli 8(011)-511/2019 saylı qərardadı ilə Borclu mülkiyyətində olan “Mercedes Benz GL 450” minik markalı **-XZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbs ləğv edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası DİN BDYPİ-yə və Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-590/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-590/2024
12.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver