Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-593/2025 30.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Hüseynova Mehri Polad qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-849/2024 saylı 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin 50 faizinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə Borclu ərizəsinə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-849/2024 saylı 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin 50 faizinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Bundan sonra borclunun nümayəndəsi və vəkili Vəkil ərizə ilə müraciət edərək, qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İş üzrə borclu, tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-849/2024 saylı 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin 50 faizinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə ərizə ilə məhkəməyə müraciət etdikdən sonra, borclunun nümayəndəsi məktubla məhkəməyə müraciət edərək, ərizənin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Bununla bağlı olaraq ərizənin baxılmasına ehtiyac qalmadığından ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 13, 152.1.9-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-849/2024 saylı 24 yanvar 2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin 50 faizinin uşaqların adına açılmış bank hesabına köçürülməsi barədə Borclu ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-593/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-593/2025
30.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver