Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-594/2024 14.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Şükürzadə Aysel Qədir qızının katibliyi ilə X1 icra işinə xitam verilməsi barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: X2 şikayət ərizəsi məhkəməyə müraciət edərək, Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun icraatında olan borclu tərəf olduğu E131888/2024-1-30 saylı icra işi üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-525/2023 saylı qətnaməsi ilə Tələbkar iddiaçıya qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi, bağlanmış pəncərə boşluqlarının açılması, qeyri-yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılmasına dair” iddia tələbi təmin edilmiş və həmin qətnamə qanuni qüvvəsini almışdır. Sözgedən qətnamə icra edilməsi üçün aidiyyəti üzrə Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Borclu qeyd edir ki, həmin qətnamə üzrə borclu olduğu El31888/2024-1-30 saylı icra işi hazırda Xətai Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarovun icraatındadır. Tərəfindən ünvan 1 ünvanda yerləşən X5 məxsus qeyri-yaşayış sahəsi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün icarəyə götürülmüşdü. Həmin qeyri-yaşayış sahəsini icarəyə götürdükdən sonra sahibkarlıq fəaliyyətini həyata keçirə bilməsi üçün orada müəyyən tikinti və təmir-bərpa işləri həyata keçirilməsi zərurəti yarandı. Elə buna görə də həmin qeyri-yaşayış sahəsinin mülkiyyətiçisi Daşqın Tağıyev tərəfindən orada müəyyən təmir-bərpa və tikinti işləri həyata keçirildi. Lakin bir müddət sonra icarəyə götürdüyü qeyri-yaşayış sahəsinin aşağısında yerləşən qeyri-yaşayış sahəsinin mülkiyyətçisi, hazırki icra işi üzrə Tələbkar ona qarşı “qanunsuz inşa edilmiş tikililərin sökülməsi, bağlanmış pəncərə boşluqlarının açılması, qeyri-yaşayış sahəsindən istifadəyə yaradılan maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etdi. Belə ki, Tələbkar hazırki iddia tələbi ilə məhkəməyə müraciət edikdən sonra öz sahibkarlıq fəaliyyətini həyata keçirə bilmədiyi üçün, eyni zamanda əlavə icarə haqqı ödəməmək üçün icarəyə götürdüyüm qeyri-yaşayış sahəsini öz mülkiyyətçisi Daşqın Tağıyevə geri qaytarmışdır. Uzun sürən məhkəmə çəkmişməsindən sonra Tələbkar iddia tələbi təmin edilmiş və Xətai Rayon Məhkəməsinin qətnaməsi qanuni qüvvəsini alaraq icra edilməsi üçün aiddiyyəti üzrə icraya yönləndirilmişdir. Bundan sonra o borclu olduğu icra işini icra etmək üçün dəfələrlə Tələbkar mülkiyyətində olan qeyri-yaşayış sahasinin üzərində inşa edilmiş pilləkən sahəsinin sökülməsi üçün həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisi Daşqın Tağıyevlə bu barədə söhbətlər aparıb, hətta ona aidiyyəti olmasa da, öz vəsaiti hesabına sözügedən pilləkan sahəsini sökmək istədiyini bildirsə də Daşqın Tağıyev buna icazə verməmiş və həmin qeyri-yaşayış sahəsinin mülkiyyətçisinin özünün olduğunu bildirərək orada borclu da daxil olmaqla heç kimin söküntü işləri aparamasına icazə verməyəcəyini bildirmişdir. Eyni zamanda bundan sonra Daşqın Tağıyevlə aralarında olan münasibətlər korlanmış, elə buna görə də Daşqın Tağıyev mənim həmin qeyri-yaşayış sahəsinə girişçıxışını qadağan etmişdir. Buna görə o Tələbkar mülkiyyətində olan qeyri-yaşayış sahasinin üzərində inşa edilmiş pilləkən sahələrinin sökülməsini hələ də həyata keçirə bilməmişdir. Hazırda Tələbkar mülkiyyətində olan qeyri-yaşayış sahəsinin üzərində yerləşən qeyri-yaşayış sahəsinin sahibi (mülkiyyətçisi) Daşqın Tağıyev hazırki icra işi üzrə Tələbkar qarşı “dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir. Həmin iddia tələbi üzrə məhkəmə işi də hazırda Xəzər Rayon Məhkəməsinin icraatındadır. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassızdır. Buna görə də şikayət rədd edilməlidir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(011)-525/2023 saylı qətnaməsi ilə iddia təmin edilərək, iddiaçı Tələbkar mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri- yaşayış sahəsinin qarşısında və üstündə cavabdeh X6 tərəfindən sonuncunun istifadəsində olan qeyri-yaşayış sahəsinin pilləkən meydançasının sağ (8,3 metr x 4,9 metr) və sol (4,5 metr x 3,0 metr) tərəfində, hündürlüyü 1,3 metr olan əlavə meydançanın cavabdeh X6 tərəfindən sökülsün və iddiaçı Tələbkar mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən qeyri- yaşayış sahəsinin təbii havalandırma və işıqlandırma üçün quraşdırılmış pəncərə boşluqlarının açılması və qeyri-yaşayış sahəsindən istifadəyə cavabdeh X6 tərəfindən yaradılan maneələr aradan qaldırılması, 50 manat məbləğində ekspertiza tədqiqatının dəyəri cavabdeh X3 alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin mülki iş üzrə icra sənədi xx.xx.2024-cü il tarixdə icra edilməsi Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə göndərilmiş və icra məmuru Vüsal Umarovun xx.xx.2024-cü il tarixli qərarı ilə iş üzrə icraata başlanılmışdır. Məhkəmə ərizə ilə bağlı aşağıdakı qanunvericilik normalarını bildirir: “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən icra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.5. icra sənədi tam icra olunduqda. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Məhkəmə hesab edir ki, şikayətçinin şikayətini əsaslandırdığı hallar məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə ilk olaraq vurğulayır ki, icraata xitam verilməsi icra məmurunun səlahiyyətindədir. Hazırda isə borclu icra sənədi üzrə icraata xitam verilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Odur ki, məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğundan, rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X1 icra işinə xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-594/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-594/2024
14.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver