Məhkəmə qərarları › İş №8(011)-595/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-595/2024

01.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-595/2024 01.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədovun borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Xatir Məmmədov borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başladığı Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2705 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Tələbkar xeyrinə borclular Borclu2 və Borclu1 Səyyad qızından maddi zərərə görə 992000 (doqquz yüz doxsan iki min) manat, məhkəmədə iddia qaldırılması üçün xərclərə görə 1414 (min dörd yüz on dörd) manat, cəmi 993414 (doqquz yüz doxsan üç min dörd yüz on dörd) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğdə pul vəsaiti borclular Borclu2 və Borclu1 Səyyad qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclulara göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. İcra sənədi üzrə borcdan ödəniş edilməmişdir. Təqdimatda borclular Borclu1 Səyyad qızı və Borclu2 ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Tələbkar məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. İş üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2705/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli icra sənədinə əsasən məlum olur ki, borclular Borclu1 Səyyad qızından və Borclu2 maddi zərərə görə 992000 (doqquz yüz doxsan iki min) manat, məhkəmədə iddia qaldırılması üçün xərclərə görə 1414 (min dörd yüz on dörd) manat, cəmi 993414 (doqquz yüz doxsan üç min dörd yüz on dörd) manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada tutularaq Tələbkar xeyrinə ödənilməsi və iş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğdə pul vəsaiti borclular Borclu2 və Borclu1 Səyyad qızından tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi müəyyən edilmişdir. İş materiallarından məlum olur ki, Xətai Rayon İcra Şöbəsinin 16 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar və icra sənədinin surəti 06 may 2024-cü il tarixində Borclu2 və Borclu1 Səyyad qızına göndərilmiş və 08 may 2024-cü il tarixdə Xətai Rayon İcra Şöbəsinin 16 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar və icra sənədinin surəti borclular Borclu2 və Borclu1 Səyyad qızı tərəfindən qəbul edilmişdir. Təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir sıra icra hərəkətləri aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, borclular Borclu2 və Borclu1 Səyyad qızı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(103)-2705/2023 nömrəli 16 oktyabr 2023-cü il tarixli icra sənədini xəbərdarlıq edilməsinə baxmayaraq könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi müəyyən edir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 84-1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2705/2023 nömrəli, 16 oktyabr 2023-cü il tarixli icra sənədi üzrə borclular xx.xx.1966-cı il tarixdə Cəlilabad ünvan 1 ünvanında qeydiyyatda olan Borclu1 Səyyad qızının və xx.xx.1973-cü il tarixdə Cəlilabad ünvan 1 ünvanında qeydiyyatda olan Borclu2 ölkədən getmək hüququ qeyd edilən icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə həvalə edilsin. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərarın dərhal məhkəməyə təqdim edilməsi icra məmuruna həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar