Məhkəmə qərarları › İş №8(011)-60/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-60/2024

05.02.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-60/2024 05.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənovanın borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılması haqqında təqdimatla məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixli icraata başladığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(004)-3851/2023-018 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən icra sənədi üzrə Borclu və X1 4813,16 manat məbləğində pul vəsaiti və 68.13 manat dövlət rüsumu tutularaq tələbkar X6 Bakı Filialının xeyrinə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilərək qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Həmçinin icraata başlamaq haqqında qərar və bildirişin kötüyü imza etdirilməklə Borclu təqdim edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. “Elektron icra sistemi” vasitəsilə sorğular edilmiş, lakin adına hər-hansı bir əmlak banklarda pul vəsaiti və iş yeri aşkar edilməmişdir. Hazırda icra sənədi üzrə 4881,29 manat borcu qalmaqdadır. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. Təqdimatda Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsi məsələsinə baxılmasını xahiş edilmişdir. İş üzrə icra məmuru, tələbkar və borclu məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş e- 2(004)-3851/2023-018 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən məlum olur ki, cavabdehlər X2, Borclu və X1 müştərək qaydada 4510,77 manat əsas, 302,39 manat faiz borcu olmaqla, ümumilikdə 4813,16 manat pul və ödənilmiş 68,13 manat dövlət rüsumu tutularaq iddiaçı “X6” Bakı Filialının xeyrinə ödənilməlidir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai Rayon İcra Şöbəsinin icra sənədi üzrə icraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərar və icra sənədinin surəti xx.xx.2023-cü il tarixdə Borclu göndərilmiş, xx.xx.2023-cü il tarixdə Borclu həmin qərarla tanış olmuşdur. İş materiallarında olan Borclu Bakı şəhəri Xətai rayon İcra şöbəsində xx.xx.2023-cü il tarixdə verdiyi izahatın surətindən görünür ki, Borclu Qala qəsəbəsi, Stansiya qala ünvanında yaşayır, icra sənədindən məlumatı olmamışdır, imkanı yoxdur, ödəniş edə bilməyəcək, X2 ödəyəcəkdir,adına daşınar və daşınmaz əmlak yoxdur, aidiyyəti təşkilatlarda qiymətli kağızları və ya əmanəti yoxdur. Təqdimata əlavə olunmuş sənədlərlə təsdiq edilir ki, icra məmuru tərəfindən icranın təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bir sıra icra hərəkətləri aparılmışdır. Beləliklə, məhkəmə hesab edir ki, Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(004)-3851/2023-018 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini xəbərdarlıq edilməsinə baxmayaraq könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra etmədiyindən onun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1-ci maddəsi müəyyən edir ki, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra icra məmuru həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərar qəbul edir. Həmin qərar dərhal borcluya, tələbkara, məhkəməyə və müvafiq icra hakimiyyəti orqanına göndərilir. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 84-1-ci maddəsinə və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-3851/2023-018 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu xx.xx.1991-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olan və Qala qəsəbəsi, Stansiya qala ünvanında yaşayan Borclu ölkədən getmək hüququ qeyd edilən icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılsın. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinə həvalə edilsin. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra həmin məhdudlaşdırmanın götürülməsi barədə icra qurumunun rəhbəri tərəfindən təsdiq olunan qərarın dərhal məhkəməyə təqdim edilməsi icra məmuruna həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Sədrlik edən:İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar