Məhkəmə qərarları › İş №8(011)-601/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-601/2024

07.06.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-601/2024 07.06.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Borclu nümayəndəsi X1 iştirakı ilə, “Borclu məcburi gətirilməsi” barədə Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Vüsal Umarov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Vüsal Umarov təqdimatla məhkəməyə müraciət edərək, Borclu məcburi gətirilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Borclu məhkəməyə elektron ərizə təqdim edərək evin boşaldılmasına etirazı olmadığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsinin rəis müavini Vüqar Hüseynov məhkəməyə yazılı qaydada müraciət edərək, borclu tərəfindən icra sənədi icra olunduğundan Borclu məcburi gətirilməsi barədə təqdimatın baxılmadan saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, təqdimat və materialları nəzərdən keçirərək hesab edir ki, iş materialları geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 152.1.9-cu maddəsinə əsasən, iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normasına əsasən, məhkəmə hesab edir ki, məhkəməyə icra məmurunun “təqdimatın baxılmadan saxlanılmasına dair” ərizəsi daxil olduğundan, təqdimata əlavə edilmiş iş materialları geri qaytarılmalıdır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Vüsal Umarovun “Borclu məcburi gətirilməsi barədə” təqdimatı geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar