Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-601/2025 01.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi X3 iştirakı ilə X3 Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Mahru Nağıyevanın borclunun axtarışı barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: X7 (nümayəndəsi və vəkili) ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Xətai rayon İcra şöbəsinin icra məmuru Mahru X2 axtarışı elan edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X4 Fuad Azər oğluna qarşı “nikahın pozulması, uşağın ananın yanında qalması və alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə İddiaçı Həsənli (Vəlizadə) Leyla Əlif qızı ilə cavabdeh X21 arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 18 avqust 2018-ci il tarixdə bağlanmış 1869 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 14 iyun 2019-cu il təvəllüdlü X5 (Vəlizadə) Leyla Əlif qızının himayəsində saxlanılması, cavabdeh X9 14 iyun 2019-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq Həsənli (Vəlizadə) Leyla Əlif qızına ödənilməsi ilə bağlı qətnamə çıxartrmışdır. X18 borclunun aliment ödənişindən yayındığını iddia edərək Bakı şəhəri Xətai rayonu İcra şöbəsinə şikayət ərizəsilə müraciət edib. Onun verdiyi yanlış məlumatlar əsasında heç bir araşdırılma aparılmadan, xx.xx.2024-cü il Bakı şəhəri Xətai rayonu İcra şöbəsinin icra məmuru X13 X3 axtarış elan edilməsi ilə bağlı qərar çıxartmışdır. Halbuki borclu aliment ödənişi ilə bağlı bütün çekləri Bakı şəhəri Xətai rayonu İcra şöbəsinə icra məmuru X8 təqdim etmişdir. Ödəniş qəbzlərindən də göründüyü kimi, cavabdehin etirazı əsassızdır və icra şöbəsinə bütün məlumatları təqdim etmədən yalan məlumatlar verərək çaşdırmaq niyyətindədir. Cavabdehlə aralarında votsap yazışmalarımız mövcuddur. Bu məlumatlar şəxsi xarakterli məlumat olduğundan məhkəmənin göstərişi ilə təqdim edə bilərəm. Ödəniş qəbzlərini şikayət ərizəsinə əlavə etmişdir. X7 məhkəmə iclasında ərizəsinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi. Tələbkara və icra məmuruna məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizənin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Tərəflərin mediasiya prosesində bağladığı xx.xx.2024-cü il tarixli, MŞB/16-00030 saylı Barışıq Sazişindən görünür ki, birinci bəndindən görünür ki, X6 Leyla Əlif qızı ilə birgə nikahdab doğulan xx.xx.2019-cu il təvəllüdlü övladları X1 üçün hər ay 350 manat aliment pulunu, 1-ci tərəfə yəni X14 ödəyəcəyini öhdəsinə götürdü. -Borclu tərəfindən təqdim edilmiş çeklərdən görünür ki, xx.xx.2024-cü il tarixində 350 manat, xx.xx.2024-cü il tarixində 350 manat, xx.xx.2024-cü il tarixində 500 manat, xx.xx.2024-cü il tarixində 350 manat, xx.xx.2024-cü il tarixində 350 manat, xx.xx.2024-cü il tarixində 350 manat, xx.xx.2024-cü il tarixində 350 manat, xx.xx.2025-ci il tarixində 1200 manat, xx.xx.2025-ci il tarixində 900 manat, xx.xx.2025-ci il tarixində 300 manat məbləğində pulu tələbkara ödəmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(011)-3992/2024 saylı qətnaməsi ilə iddia tələbi təmin edilərək, iddiaçı Həsənli (Vəlizadə) Leyla Əlif qızı ilə cavabdeh X21 arasında 2 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsində 18 avqust 2018-ci il tarixdə bağlanmış 1869 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş 14 iyun 2019-cu il təvəllüdlü X5 (Vəlizadə) Leyla Əlif qızının himayəsində saxlanılması, cavabdeh X9 14 iyun 2019-cu il təvəllüdlü X10 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 300 manat sabit pul məbləğində aliment tutularaq Həsənli (Vəlizadə) Leyla Əlif qızına ödənilməsi, alimentin tutulması 29 mart 2024-cü il tarixdən hesablanması qət edilmişdir. İcra sənədi icra edilməsi üçün Xətai Rayon İcra Şöbəsinə göndərilmişdir. Sorğu edilərək, məhkəməyə təqdim edilmiş icra işinə əlavə edilmiş: -xx.xx.2024-cü il tarixli, e227995/2024-1-47 saylı qərardan görünür ki, məhkəmənin 2(011)-3992/2024-008 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış, tələbin könüllü icrası haqqında bildiriş borclunun ünvanına göndərilmişdir. -xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən alimentin tutulmasının X3 qazancına yönəldilməsi üçün "xxxx" MMC-yə sorğu verilmişdir. -Bakı şəhəri Xətai rayon İcra şöbəsinin xx.xx.2024-cü il tarixli qərarı ilə X3 axtarışı qərara alınmışdır. -“İndigo” Uşaq Bağçası tərəfindən “Ekol” Vəkil Bürosuna ünvanlanmış sorğuya cavabdan görünür ki, 2024-2025-ci tədris ili ərzində X19 bağçada tədris alır. xx.xx.2024, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərində hər biri 350 manat olmaqla, ümumilikdə 1400 manat məbləğində ödənişi əks etdirən qəbzlər X18 tərəfindən “WhatsApp” vasitəsi ilə bağçaya təqdim edilmişdir. Həmin vəsaitlər həqiqətən də tərəflər arasında bağlanmış müqaviləyə uyğun olaraq müvafiq aylar üzrə təhsil haqqının ödənilməsini əks etdirir. -Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Mahru Nağıyevanın xx.xx.2025ci il tarixli məktubundan görünür ki, borclunun aliment borcu 2400 manat təşkil edir. X21 icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi və qalıq qalmış aliment borcunun ödəmədiyi üçün icra məmurunun qərarı əsasında onun barəsində Xətai Rayon Polis Şöbəsi tərəfindən axtarış işi açılmışdır. Məhkəmə hazırkı məsələ ilə bağlı aşağıdakı qanunvericilik normalarını qeyd edir: İcra Haqqında Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 2.2.-ci maddəsinə əsasən icra məmurlarının səlahiyyətləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilir. Həmin Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən onun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur Həmin Qanunun 27.3-cü maddəsinə əsasən axtarış icra sənədinin icra olunduğu yer və ya borclunun məlum olan son yaşayış yeri (olduğu yer) üzrə yaxud onun əmlakının olduğu yer üzrə, habelə tələbkarın yaşayış yeri (olduğu yer) üzrə elan edilir. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. Məhkəmə hazırkı ərizənin dəlillərinə münasibətdə qeyd edir ki, icra məmurunun məhkəməyə təqdim etdiyi məlumatdan görünür ki, borclunun hazırda 2400 manat məbləğində ödənilməmiş aliment öhdəliyi vardır. Belə olduğu təqdirdə icra məmuru tərəfindən qəbul edilmiş qərarın ləğvi üçün əsas yoxdur. Həmçinin icra işinin materiallarından da görünür ki, borclu icra şöbəsinə yaxınlaşmamış və izahatlar verməmişdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: X3 Bakı şəhəri Xətai rayon İcra Şöbəsinin icra məmuru Mahru Nağıyevanın borclunun axtarışı barədə xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsinə dair ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №8(011)-601/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-601/2025
01.08.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver