Məhkəmə qərarları › İş №8(011)-602/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-602/2025

05.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-602/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Tələbkarın nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Tələbkar Bakı şəhəri Xətai rayon İcra şöbəsinin hərəkətləri (hərəkətsizliyi) barədə şikayətinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Tələbkar şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin e-2(077)-143/2024 nömrəli icra sənədi üzrə hərəkətsizliyi və həmin icra sənədinə Bakı şəhəri Xətai rayon İcra şöbəsində baxılmasının qanunsuz hesab edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Şuşa rayon Məhkəməsinin e-2(077)-143/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi icraya yönəldilmiş və həmin qətnamənin icrası ilə əlaqədar verilmiş icra sənədi Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Mahru Nağıyevanın icraatındadır. Həmin işlə əlaqədar tərəflərindən cavabdehə dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, e-2(077)-143/2024 nömrəli icra sənədinin daxil olduğu gündən hazıra qədər görülmüş tədbirlər barədə onlara heç bir məlumat verilməmiş və icra hərəkətlərinə dair sənədlərin (icra işinin) surətləri rəsmi qaydada onlara təqdim edilməmişdir. Hesab edir ki., cavabdeh Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən 1 ildən artıq müddət keçməsinə baxmayaraq, Şuşa Rayon Məhkəməsinin e-2(077)- 143/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə heç bir tədbir görülməmişdir. Eyni zamanda, borclu Məmmədova (Tağıyeva) Nigar Elgiz qızının Bakı şəhəri Xətai rayon ərazisində qeydiyyatda olmamasına baxmayaraq, nədənsə icra işi Bakı şəhəri Xətai rayon İcra şöbəsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi və vəkili Vəkil izahatında bildirmişdir ki, təmsil etdiyi müvəkkilinin keçmiş həyat yoldaşı hazırda iş üzrə borcludur, 2 uşağı atasının yanında qoyub getmişdir. Uşaqların yükü atanın üzərindədir. Keçən ilin aprel ayında Şuşa Rayon Məhkəməsi işi icraya göndərib. İcra işi materialları isə ona təqdim edilməyib. İcra işinin sənədlərindən məlum olur ki, borclu gəlib izahatında bildirib ki, pulu yoxdur. Məhkəmə qətnaməsində heç bir əsas olmadan hər ay hər uşaq üçün 120 manat alimentin tutulması qət edilmişdir. Hazırda borclunun ölkədən çıxışına məhdudiyyət qoyulub. Sənədləri araşdırdıqda və daha sonra sübut olundu ki, şəxs burada yaşamır. İndi 4 minə yaxın pul yığılıb qalıb ancaq icra məmurunun hərəkətsizliyi davam edir. Borclu şəxs aliment məsələsi meydana gəldikdən sonra o rəsmi işləməməyə başlamışdır. Uşaqların saxlanılmaları üçün lazım olan vəsait hamıya məlumdur. İş materiallarında bir arayış da mövcuddur ki, axtarış verilməsinə cavab olaraq hüquq mühafizə orqanı bildirmişdir ki, şəxsin qeydiyyat ünvanı olduğundan axtarışa verilməsi mümkün deyil. Şikayətin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Borclu məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağrılsa da, o, məhkəmədə iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən, şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Şuşa Rayon Məhkəməsinin e- 2(077)-143/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh Borclu xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 120 (bir yüz iyirmi) manat olmaqla, cəmi 240 (iki yüz qırx) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar verilməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli borclunun axtarışı haqqında qərardan görünür ki, Borclu barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, e142085/2024-1-47-006 saylı məlumatdan görünür ki, Xətai rayon icra şöbəsi tərəfindən Bakı şəhəri Xətai rayon Polis idarəsinin İctimai Təhlükəsizlik şöbəsinə Borclu yaşayış yeri məlum olmadığından axtarış barədə qərar icra olunması üçün göndərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 3-13-55/2-38005 saylı məktubdan görünür ki, Borclu hazırda ünvan 1 ünvanında qeydiyyatda olduğu üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhəri Xətai rayon Polis idarəsi tərəfindən barəsində axtarış işi açılmadan geri qaytarılmışdır. İş materiallarından görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 8(011)- 1119/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək Borclu ölkədən getmək hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Borclu xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsində izahat verərək icra sənədindən xəbərdar olduğunu, işləmədiyi və imkanı olmadığı üçün icra sənədi üzrə tələbi icra etmədiyini, ödəniş etmədiyini, adına rəsmiləşdirilmiş daşınar-daşınmaz əmlak olmadığını, məcburi köçkünlüklə bağlı dövlət tərəfindən verilən 60 manat çörək pulunu 2022-ci ilin avqust ayından həyat yoldaşının aldığını və həmin məbləğ aliment borcuna hesablandıqdan sonra yerdə qalan borcu hissə-hissə yerinə yetirəcəyini bildirmişdir. İş materiallarında olan Şuşa Rayon İcra Hakimiyyətinin xx.xx.2024-cü il tarixli, 22/432 saylı arayışından görünür ki, Borclu hal-hazırdakı tarixədək Şuşa rayon üzrə vahid aylıq müavinəti Tələbkar məxsus kartdan alır. İş materiallarında olan sənədlərdən görünür ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(011)-6464/2024 saylı qərarı ilə MN-№ ******* saylı, xx.xx.2024-cü il tarixli protokola əsasən Borclu Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinərək 500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, Borclu xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsində izahat verərək icra sənədindən xəbərdar olduğunu, işləmədiyi və imkanı olmadığı üçün icra sənədi üzrə tələbi icra etmədiyini, ödəniş etmədiyini, adına rəsmiləşdirilmiş daşınar-daşınmaz əmlak olmadığını, işsizliklə bağlı DOST Mərkəzinə müraciət bildirmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə Borclu barəsində Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsinə əsasən MN №-2090965 saylı protokol tərtib olunmuşdur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 3(011)-2173/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Borclu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 23292 saylı qəbzdən görünür ki, 200 manat ödəniş edilmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən edilməlidir. Məhkəmə ərizə ilə bağlı aşağıdakı qanunvericilik normalarını bildirir: “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.-ci maddəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.1.-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən borclu fiziki şəxsdirsə, icra hərəkətləri onun yaşadığı yerdə yaxud onun iş yerində və ya onun əmlakının olduğu yerdə həyata keçirilir. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən borclunun müəyyən hərəkətləri etmək vəzifəsinə dair tələblər icra sənədlərində göstərilən qaydada və yerdə icra olunur. Həmin Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.1. borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi; 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; 43.1.3. tələbin borclunun üçüncü şəxslərdə olan pul vəsaitlərinə və digər əmlakına yönəldilməsi; 43.1.4. icra sənədində göstərilmiş müəyyən əşyaların borcludan götürülüb tələbkara verilməsi; 43.1.5. bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq icra sənədinin icrasını təmin edən başqa tədbirlər. Həmin Qanunun 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqinin əsasdır. Həmin Qanunun 70.4-cü maddəsinə əsasən icra sənədinin icrası mümkün olmadıqda, icra məmuru icra sənədinin məhkəməyə və ya icra sənədini vermiş digər orqana (notariusun icra qeydinin isə tələbkara) qaytarılması haqqında qərar qəbul edir. İcra məmurunun bu qərarı icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Tərəflər həmin qərardan onun surətini aldıqdan sonra 30 gün müddətində müvafiq məhkəməyə şikayət verə bilərlər. Həmin Qanunun 76-cı maddəsinə əsasən əcnəbilər, vətəndaşlığı olmayan şəxslər və xarici hüquqi şəxslər barəsində məhkəmə və digər orqanların qərarları bu Qanunla nəzərdə tutulmuş qaydada icra olunur. Məhkəmə hesab edir ki, şikayətçinin şikayətində əsaslandırdığı hallar məhkəmə araşdırılması zamanı qismən öz təsdiqini tapmışdır. Belə ki, məhkəməyə təqdim edilmiş icra işindən görünür ki, icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı icraata başlamaq haqqında qərar qəbul olunmuş, tələblərin icrası ilə bağlı borcluya bildiriş göndərilmiş və borclu barəsində inzibati protokol tərtib edərək, baxılması üçün məhkəməyə göndərmişdir. Qeyd edilən hallar onu deməyə əsas verir ki, icra məmuru icra sənədinin icrası ilə zəruri hesab edilən bütün tədbirləri görmüşdür. Məhkəmə icra işinin materiallarında borclunun dediyi kimi ünvan 2 ünvanında yaşadığını təsdiq edən hər hansı arayış olmadan icra hərəkətlərinin Bakı şəhəri Xətai rayon İcra şöbəsi tərəfindən keçirilməsi barədə ərizəçinin şikayətini əsaslı sayır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Şikayət qismən təmin edilsin. Şuşa Rayon Məhkəməsinin 2(077)-143/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icra işinin Bakı şəhəri Xətai rayon İcra şöbəsində baxılmasına dair icra məmurunun hərəkətləri qanunsuz hesab edilisn. Şikayət qalan hissədə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar