Məhkəmə qərarları › İş №8(011)-606/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-606/2024

06.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-606/2024 06.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Borclu nümayəndəsi və vəkili Vəkil, İcra məmuru Ceyhun Həmidovun, Tələbkar nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2956/2023-008 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair” Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən verilmiş təqdimata məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Ceyhun Həmidov təqdimatla məhkəməyə müraciət edərək, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1ci maddəsini rəhbər tutaraq borclu X1 məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ceyhun Həmidov təqdimatı müdafiə edərək bildirdi ki, xx.xx.2024-cu il tarixli qərarla icraata başladığı Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş 2(103)-2956/2023-008 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən xx.xx.1990ci ildə anadan olmuş və ünvan 1i ünvanında qeydiyyatda olan və ünvan 2ənzilə tərəflərin hər ikisinin 72 hissədə payları müəyyən olunmalıdır. Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə iddiaçı Tələbkar 2/3 hissədə, cavabdeh X5 1/3 hissədə payları müəyyən olunmalıdır. “İnfiniti” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 2500 manat cavabdeh X4 alınaraq iddiaçı Tələbkar ödənilməlidir. Dövlət rüsumu qismində ödənilmiş 50 (əlli) manat cavabdeh X4 alınaraq iddiaçı Tələbkar ödənilməlidir. 45 (qırx beş) manat dövlət rüsumu cavabdeh X4 alınaraq Dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu X6 göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəfimizdən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aldiyyəti təşkilatlara sorğular göndərilmişdir. xx.xx.2023cü il tarixdə X8 qərar və bildirişi qəbul etmişdir. xx.xx.2024-cü il tarixdə X8 izahat verərək, borcundan heç bir ödəniş etmədiyini, hazırda analıq məzuniyyətində olduğunu, imkanı olduğunda ödəyəcəyini bildirmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası tam şəkildə təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədilə, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak edən Vəkil etiraza uyğun izahat verərək bildirdi ki, təqdimatda qeyd olunanlarla tam olaraq razı deyil və təqdimatın təmin olunmasına etiraz edir. İlk növbədə, qeyd olunan təqdimat Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsində hər bir Azərbaycan Respublikası vətəndaşı üçün nəzərdə tutulmuş azadlıq hüququmu pozur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin ikinci bəndində qeyd olunub ki, azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrumetmə yolu ilə məhdudlaşdırıla bilər. Həmçinin Azərbaycan Respublikası Konstitusiyasının 28-ci maddəsinin üçüncü bəndində qeyd olunub ki, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Həmçinin onuda qeyd edim ki, "İcra Haqqında" Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsinə əsasən məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. "İcra Haqqında" Azərbaycan Respublikası qanununun 84-1.1-ci maddəsinin məzmunundanda göründüyü kimi icra məmuru tərəfindən yalnız üzürsüz səbəbdən icra Sənədinin könüllü icra üçün müəyyən edilmiş müddətdə icra etməyən borclunun ölkədən "əə hüququnun məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə müraciət edilə bilər, o, xx.xx.2023-cü il tarixdə üçüncü dəfə ana olub. Bununla əlaqədar olaraq üç illik analıq məzuniyyətinə buraxılmışam və bu yo abdən hazırda həm işləmirəm və həmçinin heç bir yerdən hər hansı maddi gəlirim yoxdur. Əlavə olaraq, hazırda təzə doğulmuş övladımın xəstəlikləri ilə əlaqədar olaraq bütün xırda gəlirlərimidə onun müalicəsinə ancaq xərcləyirəm. Həmçinin Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X11 tərəfindən barəmdə verilmiş təqdimatda qeyd edilibki, mənim borclu olaraq mülki vəziyyətim yoxlanılıb. Lakin təqdimatdan mülkiyyətimdə olan əmlaklardan heç bir söz deyilməyib əzərinizə çatdırımki, mənim mülkiyyətimdə daşınmaz əmlaklar qeydiyyatdan keçir və nədənsə icra məmuru tərəfindən təqdimatda bununla əlaqədar heç bir şey qeyd edilməyib, icra məmuru mənim mülkiyyətimdə daşınmaz əmlaklar ola-ola ıcra sənədi üzrə tələbi mulkiyyətımdə olan əmlaklara yönəltmək əvəzinə ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatla məhkəməyə nəyə görə müraciət edib? Həmçinin mənim hazırki maddi durumum mənim icra sənədi üzrə borcumu ödəməyə imkan verrməsə də, mülkiyyətimdə olan daşınmaz əmlakların satılması nəticəsində icra sənədi üzrə tələb tam təmin edilə bilər və bu səbəbdən heç bir əsaslandırılma aparılmadan və heç bir sübut göstərmədən mənim Azərbaycan Respublikası Konstitusiyası ilə təmin edilmiş ölkədən getmək hüququmun pozulmasına yönəlmiş təqdimatın təmin edilməsi tam qanunsuz və əsasız olacaqdır. Bununla əlaqədar qeyd etmək istərdim ki, Avropa Məhkəməsinin Battista İtaliyaya qarşı olan qərarında, şəxsin borclu olduğu məbləği ödəmək iqtidarında olub-olmadığını nəzərə almadan borcun ödənilməməsi ilə bağlı ölkədən getməyin məhdudlaşdırılmasının avtomatik tətbiq — edilməsini Konvensiyanın 4 saylı Protokolunun 2-ci maddəsinin pozuntusu kimi qiymətləndirmişdir. Həmçinin əqdimatda ölkədən getmək hüququmun müvəqqəti məhdudlaşdırlması tələb edilsədə hansı müddətə məhdudlaşdırlmanın istənildiyi qeyd edilməyib. Beləki, təqdimatdan belə çıxır ki, əgər mən gələcəkdə yataq xəstəsi olub icra sənədi üzrə borcumu ödəyə bilməsəm mənim ölkədən getmək hüququm ömrümün sonunadək məhdudlaşdırılacaq. Hesab edirəm ki, təqdimatın bu formada təmin edilməsi absurd olmaqla yanaşı qanunsuz və ədalətsiz qərarın qəbul edilməsi ilə nəticələnər. Həmçinin mən hazırda Gədəbəy rayonu, Qaraməmmədli kəndində qeydiyyatda olmaqla daimi yaşayıram. Bu barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X11 yazılı məlumat versəmdə o icra sənədinin yaşayış yerim üzrə Gədəbəy rayon İrra şöbəsinə göndərmək istəmir və öz şəxsi maraqları naminə bununla əlaqədar hər hansı tədbir görmür. Belə ki, həm yolun uzaq olması və həmçinin himayəmdə azyaşlı uşaqların olması ilə əlaqədar olaraq mən Bakı şəhəri Xətai rayon İcra şöbəsinə gələ bilmirəm və icra məmurunun qanunsuz hərəkətlərindən şikayət etmək hüququndan yararlana bilmirəm. Göstərilənləri nəzərə alaraq və həmçinin qüvvədə olan qanunvericilik aktlarının tələblərin rəhbər tutmaqla hesab edirəm ki, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X11 tərəfindən verilmiş təqdimat əsassız və qanunvericilik aktlarının tələblərinə uyğun olmadığı üçün təmin edilməməlidir. Məhkəmə iclasında iştirak edən Ələsgər Məhərrəmov izahatında bildirdi ki, Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(011)-318/2023 saylı qətnaməsi ilə ünvan 2ənzilə Tələbkar və X5 hər ikisinin ½ hissədə payları, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə iddiaçı Tələbkar 2/3 hissədə, cavabdeh X5 1/3 hissədə payları müəyyən olunmuş, qətnamə həmin hissədə qanuni qüvvəsini almaqla icraya yönəldilmişdir və hazırda Xətai rayon icra şöbəsinin icra məmuru Ceyhun Həmidovun icraatındadır. X15 tərəfindən həmin qətnamə hələ də icra edilməmiş, pul ona ödənilməmişdir. X13 qeyd etdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə, iclasda iştirak edən şəxslərin izahatlarını dinləyib, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2956/2023-008 saylı xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən, ünvan 2ənzilə tərəflərin hər ikisinin ½ hissədə payları müəyyən olunmalı, Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev 23, 22 saylı mənzilə iddiaçı Tələbkar 2/3 hissədə, cavabdeh X5 1/3 hissədə payları müəyyən olunmalı, “İnfiniti” markalı **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 2500 manat cavabdeh X4 alınaraq iddiaçı Tələbkar ödənilməli, dövlət rüsumu qismində ödənilmiş 50 (əlli) manat cavabdeh X4 alınaraq iddiaçı Tələbkar ödənilməli, 45 (qırx beş) manat dövlət rüsumu cavabdeh X4 alınaraq Dövlət büdcəsinə ödənilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 25 manat iddiaçı Tələbkar alınaraq cavabdeh X6 ödənilməlidir. Təqdimata əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Suraxanı rayon icra şöbəsi “icraata başlamaq haqqında” Qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılmış, Borclu 10 gün müddətində icranı könüllü olaraq təmin etməsinin təklif olunması, icra könüllü təmin edilmədikdə: a) borclu barəsində məcburi icra tədbirləri görülsün, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişinin borcludan tutulması; b) icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınması və həmin əmlakın üzərinə həbs qoyulması qərara alınmışdır. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu xx.xx.2023-cü il tarixli qərarı və tələbin könüllü icrası barədə bildirişi xx.xx.2023-cü il tarixdə imza etməklə qəbul etmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu xx.xx.2024-cü il tarixdə Xətai rayon icra şöbəsində veridiyi izahatda Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2956 saylı, xx.xx.20253-cü il tarixli icra sənədinə əsasən “İnfiniti” markalı, **-FV-*** dövlət qeydiyyat nişanlı avtomobilin satışından əldə olunan 2500 manat məbləğində pul ondan alınaraq X2 xeyrinə tutulmalı olduğunu, icra vərəqəsində qeyd olunan borcdan ödəniş edə bilmədiyini, buna səbəb işləməməsi olduğunu, öhdəliyində 3 azyaşlı uşaq olduğunu, eyni zamanda aktiv kreditləri olduğunu və hər ay 1230 manat kredit ödədiyini, borcunu imkanı olanda ödəyəcəyini, 261 nömrəli məktəbdə işlədiyini, lakin hazırda analıq məzuniyyətində olduğunu, üzərində icra vərəqəsi üzrə həbs qoyulan iki evi olduğunu, tam əmək qabiliyyətli olduğunu, xəstəliyi və əlilliyi olmadığını, heç bir növ müavinat almadığını, sorıuncu dəfə 2014-cü ildə Gürcüstanda olduğunu bildirmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Borclu xx.xx.1990-cı ildə Bakıda anadan olmuşdur, ünvan 1ində qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirilməmiş, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlanılmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat əsassızdır və buna görə də rədd edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsasən, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 4 iyul 2014-cü il tarixli Qərarına əsasən məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3cü maddəsinin müddəalarından çıxış edərək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin həmin Paktın qeyd edilən maddəsinə dair qəbul etdiyi xx.xx.1999-cu il tarixli 27 saylı X10 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının xx.xx.2013-cü il tarixli 2- N Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” Təlimatın 2.2-ci bəndinə əsasən, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2. icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi səbəblərini müəyyənləşdirir; 3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Göstərilənlərə əsasən və «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 84- 1.1-cü maddəsini və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 264-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2956/2023-008 saylı xx.xx.2023-cü il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədilə Borclu “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına” dair Bakı şəhəri Xətai rayon icra şöbəsinin icra məmuru Ceyhun Həmidov tərəfindən verilmiş təqdimat təmin edilməsin. Qərardaddan, rəsmi qaydada verildikdən 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar