Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-609/2024 04.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, X1, Borclu X3 nümayəndəsi Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1168/2024 saylı, 14 mart 2024-cü il tarixli qətnaməsi üzrə borclu X5 tərəfindən verilmiş qətnamənin hissə-hissə icra olunmasına dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Borclu X5 məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1168/2024 nömrəli, 14 mart 2024-cü il tarixli cra sənədinə əsasən ondan 500 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun X2 xeyrinə ödəməlidir. Üzürlü səbəbdən xəstəliyi ilə əlaqədar hal-hazırda heç bir yerdə işləmədiyi üçün həmin məbləği bir dəfəyə ödəmək imkanı yoxdur. Evin və ailənin bütün xərcləri yoldaşının üzərindədir. Göstərilənləri nəzərə alaraq, borclu qətnamənin hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında tələbkar X4 ərizəyə etiraz edərək, X3 borcun hissə-hissə ödənilməsi ilə bağlı ərizəsinin təmin edilməməsini xahiş etmişdir. Eyni zamanda məhkəmə iclasında tələbkar borclunun nümayəndəsi tərəfindən icra sənədi üzrə 400 manat pul vəsaitini qəbul etmişdir. Məhkəmə iclasında X3 nümayəndəsi Nümayəndə ərizənin mahiyyətinə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmiş, nümayəndə eyni zamanda məhkəmə iclas zalında tələbkara icra sənədi üzrə 400 manat ödəniş etmişdir. İş üzrə icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə borclu və icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qətnamənin hissə-hissə icra edilməsi ilə bağlı möhlət verilməsinə dair ərizəni iş materialları ilə birlikdə nəzərdən keçirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin tələbinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Məhkəmə hesab edir ki, borclu X3 nümayəndəsi məhkəmə iclas zalında icra sənədinin icra edilməsi məqsədilə 400 manat ödəniş edildiyindən, ərizədə qeyd edilmiş xüsusatlarla bağlı heç bir sübut əlavə edilmədiyindən, eyni zamanda tələbkar hissə-hissə ödənişin qəbulundan imtina etdiyindən ərizə təmin edilməməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Borclu X3 «məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə möhlət verilməsinə dair» ərizəsi təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakışəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-609/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-609/2024
04.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver