Məhkəmə qərarları › İş №8(011)-611/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-611/2023

20.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-611/2023 20.10.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi Behbudov Orxan Elşən oğlunun katibliyi Borclu Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X1, Tələbkar2 MMC-nin nümayəndəsi X2 iştirakları ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Borclu məxsus daşınmaz əmlakın üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova – Borclu məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5988/2020-005 nömrəli, xx.xx.2020-ci il traixli icra sənədinə əsasən Borclu 7333 manat məbləğində pul vəsaiti və 25,5 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-5813/2021-016 nömrəli, xx.xx.2021- ci il tarixli icra sənədinə əsasən Borclu 689 manat məbləğində pul vəsaiti tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-8169/2021-009 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 994.89 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1893/2023-004 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 500 manat məbləğində inzibati cərimə tutularaq dövlət nəfinə ödənilməlidir.İcra sənədləri icraata daxil olduğu tarixdən Bakı şəhəri Xətai rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 32,20 kv m2 olan qeyri əmlak sahəsinin olduğu müəyyən edilmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5988/2020-005 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə 6052 manat, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5813/2021-016 nömrəli, xx.xx.2021 -ci il tarixli icra sənədi üzrə 630 manat, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)- 8169/2021-009 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə 964,89 manat, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 3(011)-1893/2023-004 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borc 500 manat təşkil edir. Borclu məhkəmə iclasında izahat verərək, bildirdi ki, təqdimatda göstərilən qeyriyaşayış sahəsini sonradan ipotekaya qoyaraq, ədə edilən pul vasitəsi ilə tələbkarlara olan borclarını ödəyəcək. Hazırda onun əmlakı ipotekadadır. Buna görə də əmlakın üzərinə həbs qoyulmamasını xahiş etdi. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, təqdimatın təmin edilməsini xahiş etmişdir. Tələbkar2 MMC-nin nümayəndəsi X4 məhkəmə iclasında izahat verərək, təqdimatın təmin edilməsini xahiş etmişdir. İcra məmuru, və digər Tələbkar3 MMC təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin olar məhkəmə iclasına gəlməmişlər İcra məmurunun və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat əsassızdır. Buna görə də təqdimat təmin edilməməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 2(011)- 5988/2020 saylı icra vərəqəsindən görünür ki, Cavabdeh Borclu xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 438 manat ödənilməmiş hissə, 31 manat dəbbə pulu olmaqla 469 manat, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 715 manat ödənilməmiş hissə, 54 manat dəbbə pulu olmaqla 769 manat, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1034 manat ödənilməmiş hissə, 110 manat dəbbə pulu olmaqla 1144 manat, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 407 manat ödənilməmiş hissə, 22 manat dəbbə pulu olmaqla 429 manat, xx.xx.2048-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 583 manat ödənilməmiş hissə, 55 manat dəbbə pulu olmaqla 638 manat, xx.xx.2018-ci il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 804 manat ödənilməmiş hissə, 73 manat dəbbə pulu olmaqla 877 manat, xx.xx.2019-cu il il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 155 manat ödənilməmiş hissə, 18 manat dəbbə pulu olmaqla 173 manat, xx.xx.2019cu il il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 1920 manat ödənilməmiş hissə, 176 manat dəbbə pulu olmaqla 2096 manat, xx.xx.2019-cu il il tarixli nisyə alqı-satqı müqaviləsi üzrə 676 manat ödənilməmiş hissə, 62 manat dəbbə pulu olmaqla 738 manat, ümumilikdə 7333 (yeddi min üç yüz otuz üç) manat borc və ödənilmiş dövlət rüsumunun 25,50 (iyirmi beş manat əlli qəpik) manat hissəsi alınıb iddiaçı "xxxx" MMC-yə verilməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə bildirişin və icraata başlamaq barədə qərarı surəti xx.xx.2021-ci ildə Borclu təqdim edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, e- 8169/2021 saylı icra vərəqəsindən görünür ki, 22 fevral 2019-cu il tarixli müqaviləyə görə 610,70 (altı yüz on manat yetmiş qəpik) manat məbləğində ödənilməmiş məbləğ, 384,19 (üç yüz səksən dörd manat on doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 994,89 (doqquz yüz doxsan dörd manat səksən doqquz qəpik) manat məbləğində pul vəsaiti və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu Borclu alınaraq Tələbkar3 MMC-nə ödənilməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovanın xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə bildirişin və icraata başlamaq barədə qərarı surəti xx.xx.2022-ci ildə Borclu təqdim edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, e- 2(011)-5813/2021 saylı icra sənədindən görünür ki, 22 fevral 2020-ci il tarixli müqaviləyə görə 507 (beş yüz yeddi) manat məbləğində əsas borc, 152 (yüz əlli iki) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 689 (altı yüz səksən doqquz) manat pul vəsaiti Borclu alınaraq Tələbkar2 MMC-nə ödənilməlidir. Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru X5 xx.xx.2021-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanılmış və tələbin könüllü icrası barədə bildirişin və icraata başlamaq barədə qərarı surəti xx.xx.2021-ci ildə Borclu təqdim edilmişdir. Bakı şəhəri Xətai Rayon İcra şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-5988/2020-005 nömrəli, xx.xx.2020-ci il, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)-5813/2021-016 nömrəli, xx.xx.2021-ci il, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011)- 8169/2021-009 nömrəli, xx.xx.2021-ci il, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 3(011)-1893/2023-004 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədləri birləşdirilmiş və həmin icra işinin icrası Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Kəmalə Həsənovaya həvalə edilməsi qərara alınmışdır və həmin qərarın surəti borclunun ünvanına göndərilmişdir. "Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından görünür ki, ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 32.20 kv.m olan daşınmaz əmlak Borclu adına qeydiyyata alınmışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" KB ASC ilə Borclu arasında xx.xx.2020-ci il tarixində İpoteka Müqaviləsi bağlanılmış, Borclu mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsi yuxarıda qeyd edilmiş kredit müqaviləsi üzrə öhdəliyin icrasının təminatı olaraq ipotekaya qoyulmuşdur. Qeydiyyat nömrəsi ********** olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsi Borclu mülkiyyətində olmaqla, "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-31/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən iddiaçı "xxxx" ASC-ninin cavabdeh Borclu qarşı “pul” tələbinə dair iddiası qismən təmin edilmiş, Borclu ilə "xxxx" KB ASC ilə arasında bağlanılmış xx.xx.2020-ci il tarixli 02NAR/20 saylı əsas kredit müqaviləsinin çərçivəsində bağlanmış xx.xx.2020-ci il tarixli 02NAR/20 saylı əlavə kredit müqaviləsi üzrə əsas borca görə 10241,49 (on min iki yüz qırx bir manat qırx doqquz qəpik) manat, faiz borcuna görə 1001,78 (bir min bir manat yetmiş səkkzi qəpik), ümumilikdə 11243,27 (on bir manat iki yüz qırx üç manat iyirmi yeddi qəpik) manat məbləğində borc, məhkəməyə iddianın verilməsi üçün ödənilmiş 124,43 (yüz iyirmi dörd manat qırx üç qəpik), ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı ödənilmiş xidmət haqqında görə 130 (yüz otuz) manat məbləğində pul vəsaiti cavabdeh Borclu tutularaq "xxxx" KB ASC-yə ödənilməsi, tələbin Borclu məxsus olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsinə ilkin satış qiyməti 20000 (iyirmi min) manat məbləğində müəyyən edilməklə açıq hərracdan satılması, Daşınmaz əmlakın satılmasından əldə edilən vəsaitdən əsas borca görə 10241,49 (on min iki yüz qırx bir manat qırx doqquz qəpik) manat, faiz borcuna görə 1001,78 (bir min bir manat yetmiş səkkzi qəpik), ümumilikdə 11243,27 (on bir manat iki yüz qırx üç manat iyirmi yeddi qəpik) manat məbləğində borc, məhkəməyə iddianın verilməsi üçün ödənilmiş 124,43 (yüz iyirmi dörd manat qırx üç qəpik), ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə bağlı ödənilmiş xidmət haqqında görə 130 (yüz otuz) manat məbləğində pul vəsaiti "xxxx" KB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş pul vəsaiti artıq olduqda qalan pul vəsaiti Borclu qaytarılması, Borclu məxsus olan Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsinə tutma yönəldikdə və o satıldıqdan sonra ən geci 1 ay ərzində həmin qeyri-yaşayış sahəsi cavabdeh Borclu tərəfindən boşaldılaraq təhvil verilməsi, məhkəmə xərcləri dəyəri olaraq 60 (altmış) manat məbləğində ekspertiza xərci cavabdeh Borclu alınaraq dövlət büdcəsinə ödənilməsi, məhkəmə xərcləri dəyəri olaraq ipoteka predmeti olan 300 (üç yüz) manat Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsinin qiymətləndirilməsi xərci cavabdeh Borclu alınaraq "xxxx" MMC-yə ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 19NARSİ/23 saylı sonrakı ipoteka müqaviləsindən görünür ki, sonrakı ipoteka predmenti "xxxx" KB ASC ilə Borclu arasında bağlanmış xx.xx.2020-ci il tarixli 02NAR/20 saylı əsas kredit müqaviləsinə əsasən borcalanın öhdəliklərinin icrasının təmin edilməsi üçün xx.xx.2020-ci il tarixli 3M-187 reyestr nömrəsi İpoteka müqaviləsinə əsasən "xxxx" KB ASC-yə ipoteka qoyulmuşdur. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən İpoteka saxlayanla Borc alan arasında Bakı şəhərində bağlanmış xx.xx.2023-cü il tarixli 19NAR/23 saylı Əsas kredit müqaviləsinə əsasən borc verən borc alana 30 000 AZN məbləğində, illik maksimum 28 faiz, minimum 1 ay, maksimum 120 ay müddətinə, xx.xx.2033-cü il tarixədək müddət ərzində bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 43-cü maddəsinə əsasən, məcburi icra tədbirlərindən biri borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsidir. Həmin Qanunun 44.3-cü maddəsinə əsasən icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edildikdə və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddət keçdikdə icra məmuru tərəfindən məcburi icra tədbirlərinin tətbiqinə yol verilir. Həmin Qanunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 7.3-cü maddəsinə əsasən ipoteka qoyanın üçüncü şəxslər qarşısında öhdəliklərinin icrası üçün başqa əmlakı kifayət etmədikdə, ipoteka predmetinə üçüncü tərəfin tələbi bu Qanunla müəyyən edilmiş qaydada ipoteka saxlayanın tələbləri ödənildikdən sonra yönəldilə bilər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən qanunla və ya əvvəlki ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka qoyan digər öhdəliklərini təmin etmək üçün əvvəldən ipoteka qoyulmuş əşyanı yenidən girov qoya bilər (sonrakı ipoteka). Həmin Qanunun 9.3-cü maddəsinə əsasən Sonrakı ipoteka saxlayanın tələbləri onların icra müddətindən asılı olmayaraq əvvəlki ipoteka saxlayanın tələbləri tam ödənildikdən sonra növbəlilik qaydasında ipoteka predmetinin dəyərindən ödənilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsaən ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka predmeti ipoteka qoyan tərəfindən yalnız ipoteka saxlayanın yazılı razılığı ilə digər şəxsə özgəninkiləşdirilə bilər və ya ona dair etibarnamələr (nəqliyyat vasitələrini idarə etmək hüququna dair etibarnamələr istisna olmaqla) və digər sərəncamlar verilə bilər (istifadə, icarə və sair). Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, təqdimat ilə üzərinə həbs qoyulması tələb edilən Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən 32,2 kv.m. qeyri-yaşayış sahəsi həm xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi, həm də xx.xx.2023-cü il tarixli sonrakı ipoteka müqaviləsi ilə "xxxx" KB ASC-nin xeyrinə yüklü edilmişdir. Belə ki, müqavilə üzrə ödənişlər vaxtında həyata keçirilməzsə, ipoteka saxlayanın əsas öhdəliyin icrasını təminatı olan həmin qeyri-yaşayış sahəsinə tələbi yönəltmək hüququ vardır. Bundan başqa həmin əmlak hərrac vasitəsi ilə satılarkən növbəlilik qaydasında ilk olaraq ipoteka saxlayanların borcu ödənilməlidir. Hazırkı təqdimatın təmin edilməsi və təqdimatda göstərilən borcun həmin əmlak hesabına təmin edilməsi barədə icra tədbirlərinin görülməsi ipotekasaxlayanı ipoteka predmentindən məhrum etməklə nəticələnə bilər. Göründüyü kimi sonrakı ipoteka müqaviləsi xx.xx.2023cü il tarixindən xx.xx.2033-cü il tarixinədək müddətə bağlanmışdır. Həmçinin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-31/2023 saylı, xx.xx.2023cü il tarixli qətnaməsi ilə həmin qeyri-yaşayış sahəsinin hərracdan satılması qət edilmişdir. Buna görə də həmin əmlakın üzərinə həbs qoyulması həmin qətnamənin də gələcəkdə icrasına mane olacaqdır. Bundan başqa borclu əvvəlki məhkəmə iclaslarında verdiyi izahatında Bakı şəhəri, Xətai rayonu, Zığ yolu, 22b ünvanında yerləşən qeyri-yaşayış sahəsini mebel mağazası kimi (mebel sexi) istifadə etdiyini və yeganə qazanc yerinin həmin qeyri-yaşayış sahəsi olduğunu bildirmişdir. Bunun əksini təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş məlumatlardan da borclunun əmək müqaviləsinin və pensiya/müavinət olması müəyyən edilməmiş, onun adına “VÖEN” olmuşdur. Həmin əmlakın üzərinə həbs qoyulması borclunu gəlir əldə etməkdən də məhrum edəcəkdir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova – Borclu məxsus ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin üzərinə həbs qoyulmasına dair təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar