Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-611/2024 18.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli tərəfindən verilmiş əmlak üzərinə həbs qoyulması barədə təqdimata Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Türkay Yusifli əmlak üzərinə həbs qoyulması barədə təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-8472/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cəmi 137 manat sabit pul məbləğində aliment tutularaq Tələbkar1 xeyrinə ödənilməlidir. Xətai Rayon Məhkəməsinin 2(011)-3049/2020-018 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu hər ay 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq tələbkar X4 xeyrinə ödənilməlidir. İcra sənədləri müvafiq olaraq xx.xx.2017-ci il və xx.xx.2020-ci il tarixlərdə Bakı şəhəri Xətai rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Belə ki, “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “Hyundai İ30 ’’ minik markalı, **-XA-***, “Hyundai İ30 ” minik markalı, **-EH-***, “BMW 325İ ” minik markalı, 99- EX- 796, “Kia Cerato” minik markalı, **-NH-***, “Honda insight” minik markalı, **-EV-***, “X9” minik markalı, **-LF-***, “X10 ” minik markalı, **-RZ-***, “X10 ” minik markalı, **-RZ- *** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır. Borclu hər iki icra sənədi üzrə ümumilikdə 4256 manat aliment borcu yaranmışdır. Göstərilənləri nəzərə alaraq, icra sənədi üzrə Borclu məxsus olan avtomobillərin üzərinə tələb həcmində həbs qoyulması barədə qərardadın çıxarılması məhkəmədən xahiş edilmişdir. İş üzrə icra məmuru, borclu və tələbkar məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Məhkəmə onların iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-8472/2017 nömrəli, xx.xx.2017-ci il tarixli icra sənədinə əsasən məlum olur ki, Qax Rayon Məhkəməsinin 2(024)-05 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasənda cavabdeh Borclu iddiaçı Tələbkar1 xeyrinə tutulan alimentin miqdarı dəyişdirilərək, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Borclu iddiaçı Tələbkar1 xeyrinə hər ay 137 manat sabit pul məbləğində aliment tutulmalıdır. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai Rayon İcra Şöbəsinin xx.xx.2017-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar və icra sənədinin surəti xx.xx.2017-ci il tarixdə Borclu göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)- 3049/2020-018 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən Borclu 17 sentyabr 2018-ci il təvəllüdlü X1 üçün hər ay cavabdeh Borclu qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq X5 ödənilməlidir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar və icra sənədinin surəti xx.xx.2020-ci il tarixdə Borclu göndərilmişdir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun (bundan sonra bu Qanuna istinad ediləcək) 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. (Maddə 50.2) İş materiallarında olan “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatından məlum olur ki, Borclu məxsus “Hyundai İ30 ’’ minik markalı, **-XA-***, “Hyundai İ30 ” minik markalı, **-EH-***, “BMW 325İ ” minik markalı, 99-EX- 796, “Kia Cerato” minik markalı, **-NH-***, “Honda İnsight” minik markalı, **-EV-***, “X9” minik markalı, **-LF-***, “X10” minik markalı, **-RZ-***, “X10” minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri vardır Məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə tutulacaq pul vəsaitinin məbləği nəzərə alaraq hesab edir ki, Borclu məxsus olan “Honda İnsight” minik markalı **-EV-*** dövlət qeydiyyat nişanlı və “X10” minik markalı, **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat qismən təmin edilsin. Borclu məxsus olan “Honda İnsight” minik markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı və “X10” minik markalı **-RZ-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardadın icrası müvafiq olaraq Azərbaycan Respublikası DİN BDYPİ-yə və Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-611/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-611/2024
18.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver