Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-612/2025 05.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ X4-Mənsimli Şahin qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi Tələbkarın nümayəndəsi X1 və Borclu iştirakı ilə, Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Xatir Məmmədov Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş 2(011)-6559/2019-008 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən 191567,45 manat pul və 30 manat dövlət rüsumu Borclu alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Yuxarıda qeyd olunan icra sənədi xx.xx.2019-cu il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər. İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə borcluya göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Həmçinin borcluya məxsus avtomobillərin üzərinə əbs qoyularaq icra olunması üçün AR DİN Baş Dövlət Yol Polis İdarəsinə göndərilmişdir. Lakin bu vaxta kimi icra sənədinin icrası tam təmin olunmamışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Məhkəmə iclasında iştirak etmiş tələbkarın nümayəndəsi X2 təqdimatı müdafiə edərək, borcluya məxsus avtomobillərin üzərinə həbs qoyulsa da, avtomobillərin hərraca çıxarılmadığını və icra sənədinin hələ də icra olunmadığını qeyd edrəkə, məhkəmədən təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında işirak etmiş Borclu mülkiyətində avtomobillər olduğunu, həmin avtomobillərin dəyərinin borcun ödənilməsi üçün kifayət etdiyini qeyd etmiş, həmçinin, səhhətində problem olduğu üçün müalicəsi ilə əlaqədar tez-tez ölkə xaricinə çıxmalı olduğunu, bunu nəzərə alaraq, hətta məhkumluğu dövründə də onun müvəqqəti ölkə xaricinə çıxmasına icazə verildiyini bildirərək, məhkəmədən təqdimatın rədd edilməsini xahiş etmişdir. Xətai rayon İcra şöbəsinin icra məmuru məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağrılsa da, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2ci maddəsinə əsasən işə icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat təmin edilməməlidir. İş materiallarında olan: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-6559/2021 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu 191567,45 manat pul və 30 manat dövlət rüsumu Borclu alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin xx.xx.2020-ci il tarixli İcraata başlamaq haqqında qərarına əsasən Xətai Rayon Məhkəməsinin 2(011)-6559/2021 saylı, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2020-ci il tarixli tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmiş və borcluya icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi üçün vaxt verilmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş məlumatlardan görünür ki, Borclu mülkiyyətində nəqliyyat vasitələri mövcuddur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-387/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Borclu məxsus “OPEL ASTRA” minik markalı ** EL *** dövlət qeydiyyat nişanlı, ”MERCEDES C 250 D” minik markalı ** XX *** dövlət nişanlı, “ MERCEDES C 220 CDİ” minik markalı ** KN *** dövlət nişanlı, “MERCEDES 190” minik markalı ** EA *** dövlət qeydiyyat nişanlı, “MAN 18222” yük markalı ** VM *** dövlət qeydiyyat nişanlı, “Y/SB U QOŞQU” markalı ** ZG *** dövlət qeydiyyat nişanlı, MİTSUBİSHİ CANTER” xüsusi markalı ** RR *** dövlət qeydiyyat nişanlı, ”OPEL ASTRAH” minik markalı ** TH *** dövlət qeydiyyat nişanlı, “OPEL ASTRA” minik markalı ** TZ *** dövlət qeydiyyat nişanlı, “MERCEDES C 180” minik markalı ** XH *** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ E220 CDİ” minik markalı ** BX *** dövlət qeydiyyat nişanlı, “MİTSUBİSHİ CANTER” xüsusi markalı** ZG *** dövlət qeydiyyat nişanlı, ”VAZ 21099” minik markalı ** DD *** dövlət qeydiyyat nişanlı, “FORD TRANSİT” mikroavtobus markalı ** ZG *** dövlət qeydiyyat nişanlı, “KİA SORENTO” minik markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomaşınların üzərinə həbs qoyulmuşdur. Borclu aid tibbi sənədlərdən görünür ki, onun səhhətində nasazlıqlar var və bununla əlaqədar ölkə xaricində müayinə və müalicə olunur. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: 45.6. Tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. 84-1.1. Məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2013-cü il 22 aprel tarixli 2-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra və probasiya qurumları tərəfindən tətbiqi qaydaları haqqında” təlimat: 2.2. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yarandıqda icra məmuru təqdimatla məhkəməyə müraciət etməzdən əvvəl: 2.2.1. könüllü icra üçün bildirişin borcluya rəsmən təqdim olunmasını, yəni icra məmurunun özü, yaxud müəyyən olunmuş qaydada sifarişli poçt göndərişi (məktubu) ilə rabitə orqanları tərəfindən borclunun yaşadığı ünvana və ya onun işlədiyi yer üzrə çatdırılmasını təmin edir. Könüllü icra üçün bildiriş borcluya qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Bildirişlərin rəsmi qaydada verilməsi icra qurumunda da həyata keçirilə bilər. Borclu onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapılmadıqda, bildiriş borclu ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda yerli icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Borclunun əvəzinə bildirişi qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməlidir; 2.2.3. borcun ödənilməsi tələbinə dair icra sənədlərinin icrası zamanı borclunun əmlakının axtarılması üçün bütün tədbirləri həyata keçirir, o cümlədən onun yaşadığı mənzildə tələbin yönəldilə biləcəyi əmlakların olub-olmamasını yoxlayır. Məhkəmənin mövqeyi: Göründüyü kimi qanunvericilik icra icraatı zamanı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. İcra məmuru ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. Məhkəmə qeyd edir ki, hazırkı təqdimat yuxarıda göstərilən məzmunda əsaslandırılmamışdır. Belə ki, iş materialları ilə təsdiq olunur ki, borclunun mülkiyyətində nəqliyyat vasitələri mövcuddur və icra sənədinin icrasını təmin etmək üçün borcluya məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmuşdur. Lakin nəqliyyat vasitələrinin qiymətləndirilərək borcun ödənilməsi üçün kifayət edib-etmədiyi müəyyən edilməmiş və hərraca çıxarılaraq borcun ödənilməsi həmin əmlaklara yönəldilməmişdir. Məhkəmə bu hallar müəyyən edilmədən borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatın lazımi qaydada əsaslandırılmadığını, həmçinin borclunun səhhəti ilə əlaqədar mütəmadi olaraq ölkə xaricində müalicə olunduğunu da nəzərə alaraq hesab edir ki, təqdimat təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 231, 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Təqdimat təmin edilməsin. Qərardaddan rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim:Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №8(011)-612/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-612/2025
05.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver