Məhkəmə qərarları › İş №8(011)-613/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-613/2023

23.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-613/2023 23.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi Borclu iştirakı ilə Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin Borclu məxsus avtomobillərin üzərinə həbs qoyulması barəsində təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Kəmalə Həsənova – Borclu məxsus “NİSSAN QASHQAİ” minik markalı **-UK-*** dövlət qeydiyyat nişanlı və “RENAULT LOGAN” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulmasına dair təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2939/2023-003 nömrəli, xx.xx.2023- cü il tarixli icra sənədinə əsasən Borclu 2325.97 manat məbləğində pul vəsaiti və 43.26 manat dövlət rüsumu tutularaq tələbkar "xxxx" ASC-nin xeyrinə ödənilməlidir.İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir.Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəs ilə sorğular edilmişdir. Belə ki, “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu mülkiyyətində olan “NİSSAN QASHQAİ” minik markalı **-UK-*** dövlət qeydiyyat nişanlı və “RENAULT LOGAN” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilləri vardır.Hazırda icra sənədi üzrə borc 2369,23 manat təşkil edir. Borclu məhkəmə iclasında izahat verərək icra sənədində tələb olunan puldan hər ay 100 manat ödəməyə imkanının olduğunu bildirmiş və məhkəmədən təqdimatın təmin edilməməsini xahiş etmişdir. İcra məmuru, və tələbkar təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin olar məhkəmə iclasına gəlməmişlər İcra məmurunun və borclunun məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatın dəlillərini araşdıraraq hesab edir ki, təqdimat qismən əsaslıdır. Buna görə də təqdimat qismən təmin edilməlidir. Belə ki, "Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən “NİSSAN QASHQAİ” minik markalı **-UK-*** dövlət qeydiyyat nişanlı və “RENAULT LOGAN” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobillər Borclu adına qeydiyyata alınmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti tam ödənilmədiyindən, bununla da icra sənədinin sabit pul şəkilində olan pul məbləğinin borcludan alınmasının icrası mümkün olmadığından, qeyd edilən pul vəsaitinin borcludan alınaraq tələbkara ödənilməsi məqsədi ilə borcluya məxsus nəqliyyat vasitələrinin üzərinə həbs qoyulmasına dair təqdimat qismən əsaslıdır. Ona görə ki, göstərilən təqdimat mahiyyət etibarı ilə əsaslı olsa da, üzərinə həbs qoyulması tələb olunan avtomobilin hər birinin ayrılıqda dəyəri tələbkarın borcun tutulması tələbindən artıq qiymət təşkil edir. Buna görə də məhkəmə hesab edir ki, göstərilən nəqliyyat vasitələrindən yalnız birinin üzərinə həbs qoyulmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən, icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Digər tərəfdən, göstərilən avtomobil, nəqliyyat vasitəsi olub Azərbaycan Respublikası MPM-nin 158.3.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirinin görülməsi zamanı ilk növbədə üzərinə həbs qoyulması tələb olunan əmlaklar kateqoriyasına daxildir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, minik avtonəqliyyatı ilk növbədə üzərinə həbs qoyulması yol verilən əmlak olduğundan, təqdimat qismən təmin edilərək, pul tələbi borclunun nəqliyyat vasitəsinə yönəldilməsi məqsədi ilə həmin avtomobillərdən birinin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə qəraraaldı: Təqdimat qismən təmin edilsin. Borclu məxsus “RENAULT LOGAN” minik markalı, **-MS-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Təqdimat qalan hissədə təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar