Məhkəmə qərarları › İş №8(011)-615/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-615/2023

28.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-615/2023 28.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi Tələbkarın nümayəndəsi X1 iştirakı ilə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə təqdimatına açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barəsində təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli qərarla icraata başlanılan Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011 )-5248/2022- 025 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1970-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Tələbkar MMC ilə cavabdehlər Şıxəliyev (Əzizov) Sahil Səid oğlu və Borclu oğiu arasında bağlanılmış 33\21 saylı xx.xx.2021 -ci il alqı-satqı müqaviləsi və 33\21 saylı xx.xx.2021 -ci il zaminlik müqavilələrinə əsasən əsas borca görə 3480 manat məbləğində əsas borcun, 20 manat məbləğində cərimə məbləğinin gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcuna görə 50 manat, ümumilikdə 3550 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 92 manat, hüquqi xidmətə görə ödənilmiş haqqın əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin cavabdehlər Şıxəliyev (Əzizov) Sahil Səid oğlu və Borclu alınaraq ‘“'Mopedo.Az" MMC -yə ödənilməlidir. Qeyd olunan icra sənədi xx.xx.2023-cü il tarixində Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdirlər.İcraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surəti bildirişlə icra sənədi üzrə Borclu göndərilmiş, icra sənədində olan tələbi könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən edilmişdir. Lakin bu müddət ərzində borclu tərəfindən icra sənədində olan tələb könüllü təmin edilmədiyi üçün tərəflərindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə şöbəyə yaxınlaşaraq qərar və bildirişi qəbul etmişdir. xx.xx.2023 -cü il tarixdə tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2 ərizə ilə müraciət edərək borclu barəsində tədbir görülməsini xahiş etmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamış, borclunun bugünə olan borcu 3550 manat, ödənilmiş dövlət rüsumunun əvəzi oiaraq 92 manat, hüquqi xidmətə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 manat təşkil edir. Tələbkarın nümayəndəsi X3 məhkəmə iclasında izahat verərək, təqdimatın təmin edilməsini xahiş etdi. Bakı şəhəri Xətai rayon icra şöbəsi və borcluya təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsalar da, onlar (nümayəndələri) məhkəmə iclasına gəlməmişlər. Onların məhkəmə iclasına gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmadığından, məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.2-ci maddəsinə əsasən təqdimata baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tələbkarın nümayəndəsini izahatını dinləyərək, təqdimatı və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, təqdimat rədd edilməlidir. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən verilmiş e-2(011 )-5248/2022-025 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.1970-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan Tələbkar MMC ilə cavabdehlər Şıxəliyev (Əzizov) Sahil Səid oğlu və Borclu oğiu arasında bağlanılmış 33\21 saylı xx.xx.2021 -ci il alqı-satqı müqaviləsi və 33\21 saylı xx.xx.2021 -ci il zaminlik müqavilələrinə əsasən əsas borca görə 3480 manat məbləğində əsas borcun, 20 manat məbləğində cərimə məbləğinin gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcuna görə 50 manat, ümumilikdə 3550 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 92 manat, hüquqi xidmətə görə ödənilmiş haqqın əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin cavabdehlər Şıxəliyev (Əzizov) Sahil Səid oğlu və Borclu alınaraq “Mopedo.Az" MMC -yə ödənilməlidir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icra edilməsi üçün bildiriş Borclu tərəfindən qəbul edilmişdir. Həmçinin, borclu qərarı, bildirişi qəbul etmişdir. Həmçinin iş materiallarında olan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 617/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5248/2022-025 nömrəli, xx.xx.2022-ci il icra sənədinə üzrə “daşınar (avtomobil) əmlak üzərinə həbs qoyulması” barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun təqdimatı təmin edilərək, Borclu məxsus “VAZ 2106” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84-1.1-ci maddəsinə görə, məhkəmə qərarları, əmrləri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Göründüyü kimi qanunvericilik icra icraatı zamanı borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını bir sıra şərtlərin mövcudluğundan asılı etmişdir. Belə ki, qanunvericiliyin mənasına görə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması icrasının təmin edilməsinə yönəlmiş məcburi icra tədbiri kimi nəzərdə tutulmuşdur, ona görə də icra məmuru bununla bağlı təqdimat verərkən “İcra haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş digər imkanlardan istifadə olunduğuna dair sübutlar təqdim edərək məhkəmə aktının icrasının mümkünsüzlüyünü əsaslandırmalıdır. Həmin imkanların olmadığı və ya tükəndiyi halda isə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə əsaslandırılmış təqdimatla məhkəməyə müraciət edilə bilər. Birləşmiş Millətlər Təşkilatının Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, dövlət təhlükəsizliyinin, ictimai asayişin, əhalinin sağlamlığının, yaxud mənəviyyatının, yaxud başqalarının hüquq və azadlıqlarının və bu Paktda tanınan hüquqlara uyğun digər hüquqların qorunması üçün zəruri olan məhdudiyyətlərdən başqa, məhdudiyyət obyekti ola bilməz. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsinin həmin Paktın qeyd edilən maddəsinə dair qəbul etdiyi xx.xx.1999-cu il tarixli 27 saylı X5 göstərilir ki, həmin maddə ilə təmin olunmuş hüquqlara aid icazə verilən məhdudiyyətlər hərəkət sərbəstliyi prinsipini sarsıtmamalıdır. Bu hüquqlara dair məhdudiyyətlərin məqbul sayılması üçün onlar qanunvericilikdə nəzərdə tutulmalı, demokratik cəmiyyətdə Paktın 12-ci maddəsinin 3-cü bəndində göstərilən məqsədlərə nail olmaq üçün zəruri olmalı və Paktda göstərilən bütün digər hüquqlara uyğun gəlməlidir. Dövlətlər Paktın 12-ci maddəsinin 3-cü bəndində icazə verilmiş məhdudiyyətləri əks etdirən qanunları qəbul edərkən, hər zaman bu məhdudiyyətlərin nəzərdən keçirilən hüququn mahiyyətinə toxunmaması prinsipini rəhbər tutmalıdırlar. Məhdudlaşdırıcı tədbirlər mütənasiblik prinsipinə uyğun gəlməlidir; onlar müdafiə funksiyalarının yerinə yetirilməsi üçün yararlı olmalıdır; arzu edilən nəticəyə gətirib çıxara bilən bütün vasitələr sırasında onlar ən az məhdudlaşdırıcı vasitə olmalı və müdafiə olunan maraqlarla mütənasib olmalıdır. Mütənasiblik prinsipinə təkcə müvafiq məhdudiyyətin nəzərdə tutulduğu qanunvericilikdə deyil, həmçinin həmin qanunvericiliyin tətbiq edilməsi prosesi çərçivəsində inzibati və məhkəmə hakimiyyəti orqanlarında da əməl olunmalıdır. Bununla belə, iş materiallarından, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün əsaslar müəyyən olunmadı. Məhkəmə qeyd edir ki, əvvəla, hazırkı təqdimat yuxarıda göstərilən məzmunda əsaslandırılmamış, təqdimatı verən orqanının icra məmuru isə məhkəmə iclasında iştirak etməmiş, təqdimatın verilməsinə əsas yaradan hallarla bağlı sübutları məhkəməyə təqdim etməmiş, icra sənədinin borclu tərəfindən üzürsüz səbəbdən icra edilməməsinin nədə ifadə olunduğunu izah etməmişdir. Həmçinin borclunun ölkədən uzunmüddətli getməsinə dair sübutlar da icra məmuru tərəfindən məhkəməyə təqdim edilməmişdir. O cümlədən borclunun icra sənədinin icrasından qərəzli olaraq yayınması məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, təqdimat əsassızdır və buna görə də təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, qəraraaldı: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin – Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatı təmin edilməsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar