Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-616/2024 08.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalov tərəfindən verilmiş əmlak üzərinə həbsin qoyulması barədə təqdimata Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ Bakı şəhəri Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalov təqdimatla məhkəməyə müraciət edərək, göstərmişdir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-945/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 850 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xətai rayon İcra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə birlikdə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi tam təmin etməmişdir. Belə ki, 300 manat ödəmiş, 580 manat isə ödəniməmişdir. Ona görə də borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə mənzilinə baxış keçirilmiş və 1 ədəd sintezor aşkar edilmişdir. Təqdimatda Borclu məxsus olan 1 ədəd sintezator üzərinə həbs qoyulması barədə qərardadın çıxarılması məhkəmədən xahiş edilmişdir. İş üzrə borclu, tələbkar və icra məmuru məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə icra məmurunun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və iş materiallarını araşdıraraq hesab edir ki, təqdimat təmin olunmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə, qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyula bilər. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-945/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Borclu 850 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İş materiallarında olan məktubun surətindən məlum olur ki, Xətai Rayon İcra Şöbəsinin icra sənədi üzrə icraata başlamaq haqqında 30 mart 2024-cü il tarixli qərar və icra sənədinin surəti 30 mart 2024-cü il tarixdə Borclu göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra şöbəsinin Borclu ünvanladığı 29 aprel 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda icra olunmadığından qanunamüvafiq qaydada borcluya məcburi icra tədbirləri tətbiq olunacağı bildirmişdir. İş materiallarında olan 03 may 2024-cü il tarixli ********* nömrəli qəbzin surətindən görünür ki, Tələbkar hesabına 300 manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan 29 may 2024-cü il tarixli aktın surətindən görünür ki, Xətai Rayon İcra Şöbəsinin icra məmuru Mehdi Zeynalov hal şahidləri X3, X1 və Borclu iştirakı ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-945/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədinin icrası ilə əlaqədar borclunun mənzilinə baxış keçirmiş, zəruri ev əşyalarından başqa yalnız 1 ədəd sintezator müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-945/2024-005 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədi tam olaraq icra edilmədiyindən məhkəmə qərarının icrasını təmin etmək məqsədi ilə tutulacaq pul vəsaitinin məbləği nəzərə alınaraq, Borclu məxsus olan 1 ədəd sintezator üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsaslanaraq, “İcra Haqqında” Azərbaycan Respublikasının Qanunun 50.1-ci maddəsini və Azərbaycan Respublikası MPM-nin 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqdimat təmin olunsun. Borclu məxsus olan 1 ədəd sintezator üzərinə həbs qoyularaq, özgəninkiləşdirilməsi qadağan edilsin. Qərardadın icrası müvafiq olaraq Bakı şəhəri Xətai Rayon İcra şöbəsinə həvalə edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №8(011)-616/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-616/2024
08.07.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver