Məhkəmə qərarları › İş №8(011)-617/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №8(011)-617/2023

28.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(011)-617/2023 28.08.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi Tələbkarın nümayəndəsi X1 iştirakı ilə, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-5248/2022-025 nömrəli, xx.xx.2022-ci il icra sənədinə üzrə “daşınar (avtomobil) əmlak üzərinə həbs qoyulması” barədə Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidovun təqdimatına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Xətai rayon İcra şöbəsinin icra məmuru Ceyhun Həmidov təqdimatla məhkəməyə müraciət edərək, icra sənədi üzrə Borclu mülkiyyətində olan “VAZ 2106” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin e- 2(011)-5248/2022-025 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən iddiaçı Tələbkar MMC ilə cavabdehlər Şıxəliyev (Əzizov) Sahil Səid oğlu və Borclu arasında bağlanılmış 33\21 saylı xx.xx.2021-ci il alqı-satqı müqaviləsi və 33\21 saylı xx.xx.2021-ci il zaminlik müqavilələrinə əsasən əsas borca görə 3480 manat məbləğində əsas borcun, 20 manat məbləğində cərimə məbləğinin, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcuna görə 50 manat, ümumilikdə 3550 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 92 manat, hüquqi xidmətə görə ödənilmiş haqqın əvəzi olaraq 200 manat məbləğində pul vəsaitinin cavabdehlər Şıxəliyev (Əzizov) Sahil Səid oğlu və Borclu alınaraq "Mopedo.Az” MMC -yə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Xətai rayon icra şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmişdir. Borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədilə elektron sistem vasistəsilə sorğular edilmişdir. Borclu xx.xx.2023-cü il tarixdə şöbəyə yaxınlaşaraq qərar və bildirişi qəbul etmişdir. xx.xx.2023-cü il tarixdə tələbkar "xxxx" MMCnin nümayəndəsi X2 ərizə ilə müraciət edərək borclunun əmlakına həbs qoyulmasını xahiş etmişdir. Həmin tarixdən bu vaxta kimi icra sənədinin icrası təmin olunmamış, borclunun bugünə olan borcu 3550 manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 92 manat, hüquqi xidmətə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 200 manat təşkil edir. “Elektron icra" informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan “VAZ 2106” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır.İcra sənədinin icrasını təmin etmək məqsədi ilə hesab edilir ki, məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəlməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Tələbkarın nümayəndəsi X2 məhkəmə iclasında izahat verərək təqdimatın təmin edilməsini xahiş etdi. İcra məmuru və borclu təqdimata baxılması üçün təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 231.2-ci maddəsinə əsasən məhkəmə təqdimata onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdimatı və təqdimata əlavə edilmiş sənədləri nəzərdə keçirərək, hesab edir ki, təqdimat təmin edilməlidir. Belə ki, “Elektron icra” informasiya sistemindən çıxarışından görünür ki, “VAZ 2106” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu məxsusdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İcra haqqında” Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlakın üzərində həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Hazırki işin hallarından görünür ki, iş üzrə borclu fiziki şəxsdir, yerinə yetirilməli olan icra hərəkəti isə tələbkarın xeyrinə pul tutulmasından ibarətdir. Təqdimatdan və ona əlavə edilmiş sənədlərdən icra məmuru tərəfindən icra sənədinin icrası ilə bağlı bütün zəruri hərəkətlərin edildiyi qənaətinə gəlmişdir. Borclu şəxsin adına pul vəsaitlərinin olmaması müəyyən olunmuşdur. “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, “VAZ 2106” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu məxsusdur. Göstərilənlərə və qanunvericiliyin qeyd olunan tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqdimat əsaslı olduğundan Borclu məxsus “VAZ 2106” minik markalı, **- OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231, 263-264, 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqdimat təmin edilsin. Borclu məxsus “VAZ 2106” minik markalı, **-OB-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar